Ən zəngin əmirlik

 
Ən zəngin əmirlik

Birləşmiş Ərəb Əmirliyinin rəsmi paytaxtı olan Əbu-Dabi hündürmərtəbəli binaları ilə məşhurdur. Bu əmirliyi digər müasir şəhərlərdən fərqləndirən və müsəlman xüsusiyyətini əks etdirən cəhəti məscidlərin sayının çoxluğudur. Şəhərin istənilən nöqtəsində bir neçə dəbdəbəli minarə görmək mümkündür. Əbu-Dabi 7 əmirlik arasında əhalisi ən sıx olandır. Bağ və parkların çoxluğuna görə onu «körfəzin bağ şəhəri» adlandırırlar. Əbu-Dabi son iki onillikdə nəinki ölkənin, həmçinin dünyanın ən sürətlə inkişaf edən şəhəridir. 1966-cı ildə şeyx Zaid bin Sultan Nahayan Əbu-Dabinin hakimi olanda şəhər bir neçə ev toplusundan və daha çox palma komasından ibarət idi. Dəniz yeganə qazanc yeri idi. Əhali balıq və mirvari hesabına dolanırdı. İndi artıq şəhərdə köhnə tikili qalmayıb. Şəhər, həmçinin çoxsaylı fontanı ilə məşhurdur. Şəhərin sahəsi 67 min kvadrat kilometrdir, buraya Ərəbistan yarımadasının ətrafındakı 200 ada da daxildir.

Görməli yerləri

Əbu-Dabi dünyanın ən gözəl şəhərlərindən hesab olunur. Zəngin neft və qaz yataqlarının istismarı şəhərin infrastrukturuna böyük vəsait ayrılmasına imkan yaradıb. Burada turistləri yaşıllığın bolluğu, təmiz küçələr, fontanlar, böyük miqdarda park və məscidlər, Şərq bazarı heyran edir. Mülayim hava, təmiz çimərliklər, əla xidmət səviyyəsi var. Otellərdə hovuz, trenacor zalı və fitnes mərkəzləri fəaliyyət göstərir. Əbu-Dabi körfəzi su idman növu ilə məşğul olmaq üçün əla məkandır. Corniche Road onkilometrlik dənizkənarıdır. Əbu-Dabidə istirahət süni yaradılan Lulu adasına baş çəkmədən tam sayılmaz. Bu şəhər turizm və ticarət, idman və istirahət mərkəzidir. Şəhərin əsas görməli yeri Əl-Hüsn sarayıdır. Əbu-Dabidə turistlərə bir çox maraqlı ekskursiyalar təklif olunur: dəvədə gəzinti, vertolyotda uçuş, səhrada safari, qum xizəyində sürüşmək, dəvə cıdırına baş çəkmək, şeyxin atıcılıq klubunda atmaq və s.

Mətbəxi

Əmirliyin mətbəxi balıq, ət və düyü istifadəsinə əsaslanır. Əbu-Dabinin dənizlə birbaşa əlaqəsi olduğundan burada dəniz məhsullarının seçimi zəngindir. Bir sıra otellər digər yeməklərlə yanaşı, təzə tutulmuş balığı qrildə bişirərək verir. Əbu-Dabiyə yollanırsınızsa, bir gününüz ənənəvi ərəb mətbəxini dadmağa həsr edin. Burada bir sıra restoranlarda ləzzətli yeməklər dadmaqla bərabər, canlı musiqi dinləyəcək və qəlyan çəkəcəksiniz. Əl-Harris BƏƏ mətbəxində özəl xörəkdir. Onu əsasən toylarda və Ramazanda yeyirlər. Ət və düyüdən olan xörəyin hazırlanmasına çox vaxt gedir. Əl-Məclis xörəyi də ət və düyüdən hazırlanır. Ət qaynayan suya salınır və ədviyyatlar əlavə edilir. Əmirliyin çörəyi Rakak adlanır. Çörək yumşaq xəmirdən hazırlanır, hazır olanda üstünə kərə yağı çəkilir, şəkər tozu, pendir, ət səpilir. Ən dadlı şirniyyat isə Əl Hanfaruşdur. O, un, yumurta, şəkər tozu, maya, zəfəran və qızılgül suyundan hazırlanır.

Ramazan

Ramazan - dini aydır. Turistlər bu ayda müsəlman və ərəb adət-ənənələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Ramazan ayında bütün müsəlmanlar oruc saxlayır. Gün ərzində restoran və kafelər bağlı olur. Ramazan ayında Əbu-Dabi zəngin mədəni proqram hazırlayır. Bir sıra təşkilatların iş vaxtı gecəyə qədər uzadılır. Əbu-Dabi dress-kod məsələsində tolerantdır. Amma yenə də turistlərə yerli mədəniyyət və adətlərə hörmət əlaməti olaraq həddindən artıq açıq geyinmək məsləhət deyil. Qadınlar geyim stilində ciddiliyə önəm verməlidirlər. Bu, çimərliyə də aiddir, açıq-saçıq çimərlik dəstləri geyinilməməlidir. Yəqin ki, səfər zamanı çoxlu fotoşəkil çəkəcəksiniz, amma yerli əhali, xüsusilə qadınları çəkən zaman ehtiyatlı olun. İcazəsiz şəkil çəkməyin. Həmçinin hökumət və hərbi obyektlərin çəkilişi qadağandır. Səhraya səfər ən əyləncəli macəradır. Amma riskdən uzaq olmaq üçün yaxşı hazırlaşın. Qanunvericiliyə görə alış-veriş mərkəzlərində siqaret çəkmək qadağandır.

Şopinq

Uzun illər ərzində Əbu-Dabidə şopinq Dubaydan geridə idi. Amma son illər şəhərdə yeni dəbdəbəli ticarət mərkəzləri tikilib. Vergi tutumu olmadığından BƏƏ-nin qızıl məmulatları dünyada ən ucuz hesab olunur. Əbu-Dabidə qızıl mərkəzi var. Qiymətli daşlar və yerli ustaların qızıl məmulatları turistləri valeh edir. Bəxtiniz gətirsə, 70% endirim zamanına düşərsiniz. Le Meridyen otelinin qarşısında yerləşən İctimai ticarət kompleksi çox iri alış-veriş məkanıdır. Birinci mərtəbədə supermarket yerləşir. Burada kosmetikadan tutmuş saatlara qədər hər şey satılır. Üçüncü mərtəbədə yerləşən «Əl-Kapone» kafesində əla dincəlmək olar. Gözəl mənzərəyə tamaşa etmək istəyənlər sonuncu mərtəbəyə qalxsınlar. Bir başqa, dördmərtəbəli Ticarət mərkəzində 200 mağaza var. Alış-veriş etmək istəməyənlər 800 yerlik kinozala üz tuta bilərlər.


Geri dön

Sirli Melek

  • 9 avqust 2011 13:03
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
GÖZƏL YERDİ
ONA GÖRƏ HAMI DUBAYA GEDİR)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

MaCeRaÇı

  • 8 avqust 2011 20:10
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
təşəkkürlər

R.M_FaNaTka

  • 8 avqust 2011 18:49
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

Ay Üzlü

  • 8 avqust 2011 16:17
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

KaRola_16

  • 8 avqust 2011 15:53
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLIDIR TEWEKKURLER...

--------------------

liderka

  • 8 avqust 2011 14:29
  • Məqalə: 1
  • Şərh: 598
  • Bal:
{awards}
Sitat: HaYaliM
maraqli xeber ucun tesekkurler.cox gozel ve gezmeli yerlerdi


--------------------
HaYaLiM....

HaYaliM

  • 8 avqust 2011 13:36
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
maraqli xeber ucun tesekkurler.cox gozel ve gezmeli yerlerdi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Stephanie

  • 8 avqust 2011 13:36
  • Məqalə: 0
  • Şərh: 343
  • Bal:
{awards}
Tewekkur edirem

Мой Мир

  • 8 avqust 2011 13:32
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
twk ediremmmmmmmmmm

--------------------
∞♥

İLQAR.

  • 8 avqust 2011 13:03
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
super yerdir

ulka17

  • 8 avqust 2011 12:31
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekkurler

I miss you

  • 8 avqust 2011 12:30
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
tewekkurler men bilirdim

--------------------
°•°•ζø√ξ°•°•

★Azerbaijan girl★

  • 8 avqust 2011 12:23
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
hmmmm tsklerrrrrrrrrrrrr

Narka E-ZaDe

  • 8 avqust 2011 12:00
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebeere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}