Unutdura bilməz

 
Unutdura bilməz

Unutdura bilməz səni heç bir şey, unudulsam da mən,
hər yerdə sən hər şeydə sən, bilmirəm necə söyləyim, sevincimdə sən hüznümdə sən...
Keçmişdə nə gözəl söyləmişlər, "nə varsa nostaljidə var, keçmişdə var" deyərdi anam...

Uşaqlığımda, babamın kitabxanasındakı o tozlu daş valları, köhnə kitab və məcmuələri,
iki adam arasında yaşanan o böyük eşqləri izah edən qara ağ fotoromanları
qarışdırmaq o zamanlar etməkdən zövq aldığım tək məşğuliyyət idi..."Sahibinin Səsi" idi onlar...

Artıq babam yox, o vallar harada bilmirəm, o gerçəkmiş kimi görünün
eşq fotoromanları, o kağız iy verən sarı yarpaqlı antikvar kitablar, o böyük ağ kitabxana yox...
Sanki geriyə bir mən qalmışım, bir də o unudulmayan, unutdura bilməyən mahnılar...


Unutdura bilməz


Mən səni həmişə o köhnə nostalji mahnılarda sevdim birdənəm...
Səni tanımadan əvvəl, o mahnıları ilk dinlədiyimdə yenə dəniz kənarında tək idim,
aylarla qaldım o səssiz sahil qəsəbəsində, həm sahildə həm düzənlikdə...
Daha uşaqkən təkliyə alışmışdım, daha kiçikkən dənizin dəlisi olmuşdum....
Daha böyümədən bütün o mahnıların mübtəlası olmuşdum...
Daha səni heç görmədən, daha səni heç bilmədən...

Hər yer qaranlıqkən, inləyən nəğmələr ruhumu sararkən, içimdəki həsrəti
yatırda bilməyirkən, söyləyin ulduzlar sevdiyim harada deyərkən, səmada
tək gəzən ulduzlar yer üzündə sizin qədər təkəm deyə ağlayarkən...
Babam çaşardı məni bu mahnıları dinlərkən, sözlərini həmişə yanımda gəzdirdiyim dəftərimə yazarkən görüncə...

Bir məna verə bilməzdi etdiklərimə, daha çox kiçikdim çünki, bir şeylərə sıxlaşmaq,
qarşılıqsız hisslər üçün ağlamaq və o köhnə qara ağ
fotoromanlarda gördüyüm eşqlərin, ehtirasların xəyalini qurmaq üçün...
Daha çox erkən idi o mahnıları içimə həzm edib,
yaddaşıma əlavə edib, dinlədikcə acı çəkmək üçün...


Unutdura bilməz


Sən yanımdaykən, mənə o qədər şeyi erkəndən öyrədən mahnıları bir tərəfə
buraxırdım, onları görməməzlikdən gəlirdim...Sonra bir gün səssizcə, xəbərsiz,
səbəbsiz çıxıb getdin..."O bir kölgədir, varlıq sanarsan" deyirdi o mahnı, çəkib getdiyin o yağışlı gündə...

Dəli olurdumi belə anlarda, bütün dünyaya üsyan etmək, bütün insanlardan hesab soruşmaq,
nə qədər əzab çəkdiyimi qışqırmaq istəyirdim sonsuzluğa...
Hər şeyə erkən başladığım kimi, səni yaşamağa,
sənin üçün yaşamağa erkən başladığım üçün səni heç tanımırdım, bilmirdim bəlkə...

Həyatımda hər şeyə erkən başladığım üçün bu qədər tez və mərhəmətsizcə
itirirdim bəlkə...Gedirdin və mənə erkəndən öyrədirdin xəyanəti, eqoizmi
və kimsəsizliyi; bu qorxunc səssizliyi, bu mahnılara sığındığım
yazıq ümidsizliyimi..."Heyif o gözlərdən sənin üçün axan yaşlara" deyirdim qışqıraraq

Məni bu uşaqlığımda öyrəndiyim mahnılarla elə böyük bir təkliyə məhkum etdin ki,
artıq yaşadığım bütün ağrıların günahını həmişə erkən inanmağa atırdım...
Amma dəyərindən heç bir şey itirməmiş, hətta daha çox dəyər və
məna qazanmışdı...O mahnılar, o sahibinin səsi misralar illərcə ürəyimin fəryadı
kimi əks-sədalandı qulaqlarımda...O qara ağ fotoromanlardakı ehtiras dolu
eşqlər illərcə girdi yuxularıma, xəyallarıma, ümidlərimə...

O daş valları dinləməyə, o hissləri, o axtarışları erkəndən yaşamağa başladığımdan
bəri sanki daş basıram bağrıma illərdir...Sən də mənim üçün erkən idin
bir dənəm...Buna görə öyrənməyə, tanımaya başladığım ilk
gündən etibarən mənə əzab verməyə başladın və zaman keçdikcə daha çox
məna qazandın....Eynilə o nostalji mahnılar kimi...


Unutdura bilməz


Gün keçdikcə üsyan etdirdin, bəzən xəyal qurdurdun,
bəzən unutdun, bəzən kədərləndirdin, bəzən həvəsləndirdin, bəzən sevindirdin...
Eynilə, daha uşaqkən varlığını kəşf etdiyim daş vallar, qara ağ fotoromanlar kimi...
Uşaqlığımda başladım səni sevməyə, artıq daş vallar yox, fotoromanlar yox;
o zamanlar qurduğum o çox günahsız və eqoist xəyallar yox...

Sən də yoxsan...Zamanında əldə edə bilmədiyim, həmişə erkəndən tanışım,
yaşadığım heç bir şey yox artıq yanımda...Yanımda deyil bunların heç biri,
amma dəyərlərindən heç bir şey itirmədilər...
Köhnələr, amma silinməzlər, unudulmazlar, imtina edilməzlər, əsla ölməzlər!

"nə varsa nostaljidə var, keçmişdə var" deyərdi anam...
Nə varsa səndə var bir dənəm...Gördün nəyə erkən başladımsa hamı/həmişə itirən,
həmişə kədərlənən mən oldum...Səni nə qədər dərin bir ehtirasla,
nə qədər erkən bir sevgiylə sevdimsə məndən bir o qədər qaçan sən oldun...

O mahnıları uşaqlığımda, səni isə o mahnılarda tapdım...
Və anladım ki, bir uşağın bir varlığı sevə biləcəyi ən günahsız, ən saf və dərin
duyğularla sevmişim səni...Və yenə anladım ki, o mahnıları, o mənaları nə qədər
erkən öyrənmişsəm, yaşamışsam, səni də o qədər erkən yaşamışam birdənəm...
Nə varsa köhnələrdə var, nə varsa erkən yaşamışlığımda var,
nə varsa və yoxsa, heç olmadığı qədər səndə var...


Unutdura bilməz


Səndə məndən bir parça var...

Mənə yazdığın o nostalji mahnının dərin
sözlərində gizli bizim ortaq tərəfimiz və hüzn dolu təkliklərimiz var...

Nə səni nə də o mahnıları çıxarda bilərəm həyatımdan, çünki onları çox çox
erkəndən öyrəndim mən, istəsəm də silib ata bilmərəm ürəyimdən...!

Unutdura bilməz


Geri dön

sevgi yalandir

  • 19 sentyabr 2011 20:54
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ay Üzlü

  • 9 avqust 2011 20:21
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

R.M_FaNaTka

  • 9 avqust 2011 18:58
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Cilent_M.Q

  • 9 avqust 2011 14:09
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
tesekkur, cox beyendim


tesekkur, cox beyendim

--------------------

NİKİ

  • 9 avqust 2011 13:20
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

music_angel

  • 9 avqust 2011 13:13
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

Sirli Melek

  • 9 avqust 2011 12:33
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MƏNCƏ ZAMAN HƏR ŞEYİ UNUTDURUR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Jasmin45

  • 9 avqust 2011 12:23
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Təşəkkürlər müəllifə..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

HaYaliM

  • 9 avqust 2011 12:02
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Unutdura bilməz səni heç bir şey, unudulsam da mən,
hər yerdə sən hər şeydə sən, bilmirəm necə söyləyim, sevincimdə sən hüznümdə sən...

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 9 avqust 2011 11:29
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Səndə məndən bir parça var...

cox gozeldi tsklerrrrrrrrrrrrrrrrrr

Narka E-ZaDe

  • 9 avqust 2011 11:24
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}