Bir Eşq Məktubu

 
Bir Eşq Məktubu


Bu an yuxumda yenə sən var idin. Saat olmuş gecənin 3-ü. Hər kəs yatmış. Anam, atam, qardaşım, məndə yatmışam. Amma könlüm həmişə ayaqda, eşqim həmişə ayaqda, onlar heç yatmadı ki. Səni tanıdığımdan, sənə vurulduğumdan bəri gözümə yuxu girmədi eşqimin, sevdamın da. Nə müalicələr axtardım, nə dərmanlar istifadə etdim. Çarəsi bir möcüzə bu xəstəliyin. O da sənsən.

Ağlayıram bu saat. Unutma məni ağladan sənsən. Yatırtmayan, həyatı zindan edən sənsən. Nə həyat dad verir, nə hava, nə çörək, nə su... Yalnız amma yalnız sənsən o dad. Sənsən mənim həyatım, sənsən.
Səndən imtina etməmimi istəyirsən? Yaxşı qəbul. Çıxsın bir insan günəşə yazsın adını (mənim yazdığımın yanına) imtina edərəm səndən. Ya da kar bir rəssam, torpağa düşən gülün səsini çəksin bir kağıza o zaman imtina edərəm səndən. O zaman imtina edərəm anlayırsanmı? İMTİNA ETMƏRƏM SƏNDƏN.


Məndən qalan bir neçə gözyaşı var bu kağızda. Sənə olan Eşqim var. Əgər bir gün ağlayarsansa! Bu kağıza ağla. Göz yaşlarımız xoşbəxt olsun sonunda. Onlar qovuşsunlar eşqlərinə. Biz qovuşa bilməsək də.

Həm mən səni kimə imtina edə bilərəm? Kimsə sənin dodaqlarındakı istiliyi vermir. Kimsə vermir səndəki o gözəl qoxunu. Kimsə hiss etdirmir sənin tenindəki xəyali. Kimsə baxa bilmir sənin baxdığın gözlərlə mənə. Kimsə sənin toxunduğun hətta vurdun kimi vurmur mənə. Kimsə tutmur sənin əllərinlə, kimsə qucaqlamır sənin kimi qollarıyla. Kimsə amma kimsə səndəki eşqi mənə vermir. Mən sənə məcburam, sonu olmasa belə.


Ürəyim uçarsa o sözlərin arasına oxuyarkən tut onu. Yaxşı bax incitmə olarmı? Dost et öz ürəyinlə, dost olsunlar, aşiq olsunlar bir-birlərinə. Ölənə kimi həm də, sıx sarılsınlar heç buraxmasınlar bir-birlərini. Getsin mən onsuzda yaşayaram. Təki onlar xoşbəxt olsunlar. Sənə soruşuram? Yaraşıqlı deyiləm, çox ağıllı deyiləm amma eşqim çatmazmı sənə? Niyə mən deyil də səni sevməyən bir başqası ya da mənim qədər dəyər verə bilməyən biri. Niyə? Bunu unutma; Qırmızı güllərə çatmaq istəyənlər ayaqları altında əzilən digər gülləri görməzlər...

Sənin uğruna imtina etməyəcəyim şey yox. Qürurum xaric. O zaman niyə mən deyiləm? Niyə başqası? Sənə başqasının əllərinin toxunmasına dözə bilmirəm. Buna dözə bilmərəm başa düşürsən məni? Niyə mən deyiləm Allahım? Səbəbi nə? Niyə Allahım niyə?

Sənə sığınıram başa düşürsən? Sənə sığınıram? Bəs niyə hər tənəffüssizin sinifə gəlişim? Niyə həmişə başqa mövzular axtarıram.

Çox maraqlanmışdın. Dostum ilə mənim bildiyim o hadisədən. Söyləyim. Dostum bunu sinif yoldaşından öyrənmişdi. Sinif yoldaşın ona ikinizin birlikdə olduğunuzu söyləmiş. Mən bunu eşidincə içimdəki bütün göz yaşlarını o an çıxarmaq istədim. Kar olmağı istədim, bunu eşitməyim deyə. Bu gün olmasın istədim, bu hadisəni yaşamayım deyə. Kor olmaq istədim səni heç görməyim deyə. Ürəyim olmasın istədim sənə heç aşiq olmayım deyə. Hislərim olmasın istədim sənin qoxuna, isti əllərinə öyrəşməyim deyə. Sənin olmamaq istədim, sənə həsrət qalmayım deyə. Gözlərim qaraldı o an? Dostum buraxsaydı sonsuza qədər elə qalardım. Yuxunu həmişə səninlə qurardım. Həmişə ikimiz olardıq, həmişə səninlə olardıq. Pis ürəklilər aramıza girməyə çalışar amma mən həmişə mane olar, buna icazə verməzdim. Hər şey sənin istədiyin kimi olardı. Bir tək eşqimiz ortaq. Sənə həsr edərdim hər şeyimi. Səninlə sənin qədər gözəl, sənin qədər yaxşı, sənin qədər gözəl gözlü, sənin qədər . Bir körpəmiz olardı. Amma nəysə ki, hətta təəssüf ki, dostum məni yuxumdan erkən oyandırdı. VƏ YENƏ SƏNƏ QOVUŞA BİLMƏDİM.

Həm sənə nifrət edirəm həm özümə? Ölümü dəi gözə alıram. Sənsin həyat onsuz da ölüm mənə. Bunlar zarafat kimi gəlir amma mən sənə nifrət edə bilmirəm. Nifrət edə bilmirəm sənə bilirsən. Eşqim məni dağlasa da, eşqin məni məcnun etsə də, sənə nifrət edə bilmirəm. Son söyləmək istədiyim: Səninlə son dəfə danışmaq istəyirəm və deyirəm ki Səni Çox Sevirəm


Geri dön

milana-023

  • 6 mart 2011 18:45
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
xebere gore tesekkur

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

only-girl

  • 16 fevral 2011 16:57
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
cox sag ol

--------------------

Payner

  • 20 dekabr 2010 01:30
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
mecnun vaxtlarimi yadima salma bu saat agliyajam cunki istediyim qizi qacirdiblar

miss she

  • 13 sentyabr 2010 12:00
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
ee gozlerim yawardi

Ulya

  • 11 sentyabr 2010 12:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cooox gozel yazidi.coox sagol

Afran007

  • 11 sentyabr 2010 00:58
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Twkrler amma mene bele movzular maraqli deyil

Mr_Unlimited

  • 11 sentyabr 2010 00:48
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler eladi. ama men artiq sevgi yazilarina elede maraq gorsetmirem. belkede sevmirem ondandi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}