Müttəqilər xilas olar

 
Müttəqilər xilas olar

İzzət və əzəmət sahibi olan Rəbbimiz bizə oruc tutmağı buyurarkən, niyə məhz “təqva”lı olmağımızı əsas tutdu? Oruc tutmağı buyurduğu ayədə Allah Təala belə buyurur; “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (təqvalı olasınız) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183).

Deməli bir ay boyunca bütün müsəlmanlar oruc tuturlar ki, yalnız bir sifəti, bir əxlaq normasını mənimsəyə bilsinlər? Təsəvvür edin ki, bir il ərzində bircə ay məşq keçirilir, o da yalnız bu xüsusiyyətə nail olmaq üçündür. Niyə məhz təqva? Niyə Rəbbimiz “bəlkə sadiq və ixlaslı olasınız”, yaxud “bəlkə təmizlənəsiniz”, yaxud da “bəlkə islah olunasınız” demədi? Çünki “təqva”-lı olan şəxs insanlar arasında Rəbbini ən çox düşünən şəxsdir. Hər bir fikrində, addımında və əməlində, Allahın onu gördüyünü hiss edərək hərəkət edir. İstər aşkarda olsun, istərsə də, heç bir insanın onu görmədiyi bir yerdə. Hətta nəfsi onu bir anlıq aldatsa, iradəsi zəifləyib bir günaha yaxınlaşdığı anda belə, “Rəbbim məni bu halda görmək istəməz” fikriylə günah etməz. Gözəl və xeyirli bir işə də qərar versə, o işi həm can-başla, həvəslə edər və ən doğru şəkildə tamamlar, yarımçıq buraxmaz. Bilir ki, Rəbbi yalnız ən yaxşısını qəbul edəndir. Çünki “təqva”-lı olarsa bəndə, doğru hərəkət edər, Rəbbinin razılığını qazanmaq üçün yaşayar, sadiq və ixlaslı olar və təmiz biri kimi tanınar Rəbbi dərgahında. “Təqva” bir qəlbdə yerləşərsə, o insan üçün yalnız xeyir və bərəkət gətirər, ziyan və şərdən də həmişə uzaq edər.
İmam Əli bin Əbi Talib (Allah Ondan razı olsun) deyir ki; “Təqva; Uca və Pak olandan çəkinmək, nazil olanla əməl etmək, az olana da razı olmaq və axirət səfərinə hazırlıqdır.”


Müttəqilər xilas olar

Musa bin Ə’yun deyib ki; “Müttəqilər, bəzi halallardan imtina ediblər ki, birdən harama düşərlər. Ona görə də Allah onları müttəqilər adlandırıb.”
Əlbəttə, “təqva”-lı olmaq, mübah və halal olanları tərk etmək deyil, sadəcə çox diqqətli və ehtiyatlı davranmaqdır. İndi təsəvvür edək ki, Rəbbimiz bizə Ramazan ayı günlərində halal olan şeylərdən də imtina etməyi buyurub. Hansı ki, ən adi yemək-içmək, şəhvət və qeyri ehtiyaclarımızı normal olaraq edə bilirdiksə, məhz bu ayda “Təqva” xüsusiyyətinə doğru-dürüst yiyələnmək üçün, Rəbbimiz bizə bu cür tərbiyə metodunu seçmişdir. Bu ayı müqəddəs edərək, Uca Tanrımız bizi “təqva” üçün məşq etdirir. Çünki Rəbbimiz, bircə ay da olsa, adi maddi, dünyəvi və heyvani hisslərimizdən bir azca uzaqlaşıb, ruhani və nurani aləmimizə bir az daha çox vaxt və imkan ayırmamızı istəyir. Bədənlərimizin qidasını bir az azaldıb, ruhlarımızı daha çox qidalandıraq. Bunlara Allahın ehtiyacı yoxdur. Bizim ehtiyacımız olduğu üçün, bizi yaradan və ən doğru anlayan Rəbbimiz oruc tutmağı vacib edir.

Bu cür gözəl fürsət yalnız “təqva” sahibləri üçündür. Bütün Ramazan ayı boyunca, mərhəmət, rəhmət, bərəkət, bol-bol ruzi, ibadətli və nurani gecələr, son 10 gecənin ən möhtəşəm “Qədr” gecəsi və hesaba gəlməyən savablar kimlər üçündür?! “Təqva”lı olmağa çalışaq, çünki məhz bu cür orucun əsas mahiyyətini həyata keçirərək Rəbbimizin seçilmiş bəndələrindən ola bilərik. Ramazan ayını haqqıyla, buyurulduğu kimi istifadə və istismar etmək gərəkdir. Rəbbimizin bizim üçün istədiyi "təqva"nı əldə etməyə səy göstərməliyik. “Təqva”mız olarsa, Rəbbimizin mükafatından da məhrum olmarıq. “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha ) üz tutan, (Onun əmrinə) riayət edən, Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür! Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!” (Qaf, 31-34).

Müttəqilər xilas olar

Sənə ən əziz və ən sevimli olan insan səndən bir iş xahiş etsə, onu necə edərsən? Yarımçıq qoyarsanmı? Onu razı salmaq istəməzsənmi? Müdirin və rəisin bir iş tapşırsa, necə addım atarsan? Təqdirə layiq və bacarıqlı bir işçi olduğunu göstərmək üçün, işi lazımınca yerinə yetirməzsənmi? Bəs əgər sənə o əziz olan şəxs, yaxud lap müdirin olsun, işi sənə tapşırsa və yanında da oturub baxsa, o zaman hər hərəkətinə daha çox diqqət etməzsənmi? Hətta onun sənin yanında yaxın olmasını bir fürsət bilib, onunla ünsiyyət saxlayıb, özünü daha yaxşı göstərməyə, sevdirməyə çalışarsan. Rəbbimiz oruc tutmağı buyurmuşdur və O hər an bizi görür, bilir, xəbərdardır. O bizə o qədər yaxındır ki, sadəcə pıçıltımızı deyil, ürəyimizdən keçib dilimizə gətirə bilmədiyimiz muradımızı da bilir. Belə yaxın olan Rəbbimizə biz də yaxın olmayaqmı, Ona açılmayaqmı, səmimi olaraq hərəkət etməyəkmi?!

Bilirsinizmi oruc tutmağın savabı açıqlanmayıb. Rəbbimiz orucun qarşılığında müsəlman üçün elə bir möhtəşəm mükafat hazırlayıb ki, onu heç bildirməyib də. Rəsulullahdan (Allahın salam və duası Onun üzərinə olsun) rəvayət olunan hədisdə deyilir ki, Rəbbimiz “...oruc Mənimdir, onun mükafatını Mən verəcəyəm.”

Bir ömrümüzə, keçirtdiyimiz həyatımıza baxaq. Həyatımızın nə qədərini Allaha itəatlə keçirmişik? Həyatımızın nə qədərini günahlar, şəhvətlər və öz istəklərimiz üçün xərcləmişik? Əgər hətta xeyir və savab əməllər düşüncəsiylə etdiyimiz işlər varsa, onların belə qəbul olub olmadığından əmin deyilik. Dağlar qədər gözəl və saleh əməlləri olan toplumlar olacaq ki qiyamət günü, Allah təala onların etdikləri bu əməlləri qəbul etməyərək, göyə sovurub darmadağın edəcək. Bunu Peyğəmbərimizin buyurduqlarından öyrənmişik.


Müttəqilər xilas olar

Ramazan ayı bir fürsətdir. Həm “təqva”lı olmağımız üçün bir məşqdir, həm sağlamlıqdır, həm də səbrli, təmkinli, xoş və mehriban olmaq üçün fürsətdir. Daha çox təbəssüm edək, daha az əsəbləşək, daha çox gözəl söz deyək, vərdişlərimizi azaldaq, gözümüzü daha çox aşağı salaq, hər şeyə baxmaq və görmək ləzzətindən bir az imtina edək, hər lazım və ya lazımsız olanı dinləməkdən çəkinək, əzalarımız dincəlsin qoy, mədəmiz həzm və ifraz prossesindən azad olsun bir müddət, ruhumuz rahatlasın, qəlbimiz dincəlsin, Rəbbimizə daha yaxın olmağa çalışaq. Hətta bizimlə davaya qalxmaq, mübahisə etmək istəyən şəxs olsa da belə, Peyğəmbərimizin öyüdünü xatırlayaq və deyək ki; “Mən Orucam.” Hər xoşa gəlməzlikdən oruc tutaq, yalnız yemək içməkdən deyil.
Ramazan ayını yeni bir səhifə açaq özümüz üçün, Rəbbimizin rəhmət və mərhəmətindən məyus olmayaq. Tam olaraq Ona yönələk, Onun razılığı üçün səy göstərək, bütün ibadətlərimizi Rəbbimiz üçün həsr edək, Rəbbimiz özü bizə buyurduğu kimi deyək və addımlayaq; “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam 162).


Geri dön

Ay Üzlü

  • 9 avqust 2011 20:17
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
tewekkurle

R.M_FaNaTka

  • 9 avqust 2011 18:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Cilent_M.Q

  • 9 avqust 2011 14:22
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

Sweet life

  • 9 avqust 2011 13:59
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

NİKİ

  • 9 avqust 2011 13:18
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore twk...

xebere gore twk...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

music_angel

  • 9 avqust 2011 13:17
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

HaYaliM

  • 9 avqust 2011 11:58
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.cox sevindirici haldi bele cox dini xeberlerin yerlesdirilmesi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Narka E-ZaDe

  • 9 avqust 2011 11:21
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

★Azerbaijan girl★

  • 9 avqust 2011 11:18
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}