2012-ci ildə nə baş verəcək

 
2012-ci ildə nə baş verəcək

Cəmi 5 ay qalıb. 5 aydan sonra 2012-ci il başlanacaq. İndiyə kimi deyilənlər, yazılanlar və göstərilənlərə görə, qarşıda bizi çox təhlükəli il gözləyir. Qədim mayyaların təqviminə əsaslanan təxminləri də Günəş, dünya və kosmosla bağlı bir çox nəzəriyyələr təsdiqləyir.

Ehtimallar çox, hamısı da bir-birindən qorxulu.

Bəzi ehtimallara görə, 2012-ci ildə Günəşdəki maqnit qasırğaları və tufanları Yeri silkələyəcək. Başqa nəzəriyyələr isə iddia edir ki, yox, maqnit tufanları olmayacaq - nəhəng meteorit və ya kiçik meteorlar Yerlə toqquşacaq.

1000 ildə bir dəfə olur bu hadisə...

Avstraliya, Fransa, İrlandiya, Rusiya və ABŞ alimlərindən ibarət "Holocene Impact Working Group" adlı elmi-tədqiqat qrupunun hazırladığı hesabat çox maraqlıdır. Həmin hesabatda 2012-ci illə bağlı bütün ehtimal və nəzəriyyələr toplanıb, cəmləşdirilib və onlardan ortaq bir proqnoz hazırlanıb.

Bəri başdan yazaq ki, hesabat nüfuzlu "Nature" jurnalında dərc olunandan sonra çoxları, hətta ən ciddi media orqanları - məsələn, "The Guardian" və ya "Le Monde" - alimlərin təxminlərini çox sərt tənqid etdilər. Bu alimləri növbəti şarlatanlar, 2012-ci il mövzusundan sui-istifadə etməyə çalışaraq ucuz populyarlıq qazanmağa çalışan yaramazlar adlandıranlar da oldu.

Qrupun "Hər min ildən bir Yer kürəsi meteorla toqquşur,
fəlakətlər yaşanır" açıqlamasına isə aşkar şəkildə lağ elədilər.

Amma bir müddət keçdi, tənqidçilər susdular.

Çünki Avstraliya, Madaqaskar, Yeni Zelandiya və Rusiyada az qala dalbadal kəşf edilən meteor kraterləri kosmosdan müəyyən fasilələrlə Yerə meteorların çarpıldığını sübut etdi.

Hesablamalar aparıldı və məlum oldu ki, həmin meteorlar nə az, nə çox - hər 1000 ildən bir Yerlə toqquşur.

O kraterlər arasında ən "gənc"inin izi Rusiyada tapılıb. Həmin kraterin yaranmasına səbəb olmuş meteor partlayışı 1954-cü ildə amerikalıların sınaqdan keçirdikləri "Castle Bravo" termonüvə bombasının gücünə bərabərdi.

Həmin kəşflər və hesablamalar da Yer Kürəsinin yaxın illərdə meteorla toqquşacağını göstərir.

Vəziyyət o qədər ciddidir ki, belə toqquşmanı vaxtından əvvəl təxminləmək, meteoru Yerə çatmamış məhv etmək üçün "B612" adlı xüsusi dövlətlərarası qrup da yaradılıb.

Günəş təhlükəsi

Alimlər daha sonra deyirlər ki, hər 10,7 ildən bir Günəş xüsusi, əlahiddə bir orbitlə hərəkət etməyə başlayır və həmin orbit Yerin iqlimini də əhəmiyyətli dərəcədə dəyişir.

Ümumiyyətlə, Günəşin hərəkət orbitinin iki formasından biri olan belə "döngə" zamanı Yerdə həyatın mənbəyi olan Günəşdə hərarət yüksəlir və elektrik-maqnit sahəli qaz buludları kosmosa püskürdülür.

Sonuncu orbit döngəsinin 1992-ci ildə baş verdiyini nəzərə alsaq, 2012-ci ildə bizi yeni iqlim dəyişikliyi gözləyir.

Özü də o hadisə son əsrdə Günəşin ən böyük orbit dəyişikliyi olacaq. ABŞ-ın Milli Aeronavtika Agentliyinin (NASA) apardığı hesablamalara görə, "SuperStorm" ("Superfırtına") adlanan bu döngənin Yer planetinə təsiri yalnız havaların pisləşməsi ilə kifayətlənməyəcək. Günəşin "yolunu azması" insanların orqanizmlərində fəsadların yaranmasından tutmuş, nəqliyyat və kommunikasiyalara qədər hər şeyə təsir edəcək.

Peyk bağlantısı ilə işləyən naviqasiya qurğuları və alətləri sıradan çıxacaq, bank sistemləri və aviadaşımalarda çox pis problemlər yaranacaq. Mobil telefonlardan tutmuş, kompüterlərə qədər bütün elektronika əşyaları çökəcək və ya olduqca pis işləyəcək.
Əslində, 2010-cu ilin noyabrından bəri Günəş "yolunu azaraq" orbitini dəyişib və fərqli orbitlə fırlanır. Yer planeti də təbii ki, həmin dəyişikliyin ağırlı nəticələrini dadmaqdadır. NASA ilə Avropa Aerokosmik Tədqiqatlar Agentliyinin birgə yaratdıqları "Ulduzla birgə yaşamaq" (Living with a Star) adlı proqram da məhz Günəşin orbitinin dəyişməsinin elektromaqnit dalğavari nəticələrinin müşahidəsi, ölçülməsi və bundan sonrakı proqnozlaşdırılması məqsədini güdür.

Daha doğrusu, amerikalılarla avropalılar Günəşin "yol azması"nın ən yuxarı həddə çatmasını gözləməyərək bu bəlanın Yerdəki həyata təsirinin ən pis variantlarını indidən təxminləmək və imkan olarsa, fəsadların nəticələrini aradan qaldırmaqdır.
Xülasə, alimlər düşündülər və işə başladılar. Söhbət 2010-cu ildən gedir. Bir qədər keçdi, məlum oldu ki, Günəşin orbitinin dəyişməsini müşahidə etmək üçün ən yaxşı yer elə Günəş qütbüdür.

Kosmosa göndərilən və Günəş qütbünə yaxınlaşan zondun Yerə yolladığı hesabatlar, rəqəmlər, rentgen və ultrabənövşəyi şəkillər isə tükürpədici idi.

Alimlər gördülər ki, Günəş, sən demə, 2010 yox, 2005-ci ilin dekabr ayından hərəkət orbitini dəyişibmiş. Üstəlik, Peqas II ulduz topasında baş vermiş orbit dəyişikliyi də Günəşin "yol azması" ilə üst-üstə düşdüyündən, Yeri gözləyən təhlükə dəfələrlə artıb.

Çünki indi Günəş sisteminin mərkəzi ulduzu sayılan səma cisminin dəyişdiyi orbitlə hərəkəti nəticəsində ayrılan enerji 50 milyon atom bombasının partlayışına bərabərdir.
Hərəkət dayanmadan davam edir. Bu isə o deməkdir ki, həmin 50 milyon atom bombasının enerjisi 4 ay sonra planetimizə çatacaq.

Bəs Nebula - onu unudaq?

İndi haqqında ən çox bəhs edilən ulduz topası və ya elmi dillə yazsaq, astronomik səma cisimləri yığını olan Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır.
Alimlərin bəziləri deyirlər ki, kosmosdakı süni peyklərlə zondlar və teleskopların çəkdikləri görüntülərin arasında real olanları gizlədilir, insanlara saxtalaşdırılmış, yalançı Nebula göstərilir.

Daha sonra deyirlər ki, "Google Sky"da Nebulanın Yerə çox yaxınlaşdığını təsadüfən əks olunduğu üçün, həmin görüntülər də dərhal silinib, daha "təhlükəsiz" olanlarla əvəz edilib.

Halbuki Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim mayya təqvimi ilə yanaşı, mayyaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir.

Mayyaların"Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı.
Mayya sivilizasiyası məhv oldu, Nebula unuduldu.


Ta XVII əsrə qədər Nebuladan heç bir kitabda, yazıda və ya rəvayətdə bəhs olunmadı.
Elə bu səbəbdən isə yalnız mayyaların Nebulaya bələd olmaları xeyli suallar doğurur. Həmin qədim millətin təqviminin 2012-ci ilin dekabrın 21-də başa çatması və üstəlik, ötən ilin sonlarından başlayaraq Nebulada xüsusi aktivliyin müşahidə olunması alimləri bərk narahat edib.

Hər halda təqvimin bitməsi ilə Nebulanın Yerə maksimum dərəcədə yaxınlaşması kimi iki hadisənin üst-üstə düşməsini adi təsadüf saymaq o qədər də doğru olmazdı.

Qlobal istiləşmə uydurmadır?

«Nature»dakı hesabatda o da bildirilir ki, ABŞ-ın prezident administrasiyası bundan sonra «qlobal istiləşmə» əvəzinə «qlobal iqlim pozuntuları» ifadəsindən istifadə etmək niyyətindədir. Səbəb isə amerikalıların problemə daha çox diqqət cəlb etməyə can atmalarıdır.

Yalnız Ağ Evdəki məmurlar yox, dünyanın ən məşhur alimləri də qlobal istiləşmənin səbəbkarının insan olduğunu və belə davam edərsə, qiyamət yaradacağını deyirlər.
İnanılmaz olsa da, faktlar budur ki, əgər qlobal istiləşmə əvvəlki templərlə davam etsəydi, hər şeyə alışmaq olardı. Amma nə edəsən ki, 2008-ci ildən bəri havalar isinmək əvəzinə soyuyur və bunun nəticəsində fəsillərdəki iqlimlər baş-ayaq olub.

Ömürləri boyu qar görməyən insanların yaşadıqları yerə yayda qar yağır, Avropa və ABŞ-da çovğunlar tüğyan edir, amma Azərbaycan da daxil olmaqla, nə qədər ölkədə qış qarsız keçir.

Sonra da yay gəlir, havalar elə isinir ki, nəfəs almaq mümkün olmur - amma tropiklərə qar yağır.

Alimlər deyirlər ki, bütün bunlar indiyədək media vasitəsilə insanların beyninə yeridilən böyük yalanın üstünü açır. Həmin yalanın başlıca məqsədi isə 2012-ci ildə baş verəcək hadisələrin təxminlənmələrindən və proqnozlarından insanların fikrini yayındırmaq, «qlobal istiləşmə» söz birləşməsi ilə milyardları qorxutmaq və onları daha pis hadisələrə psixoloji cəhətdən hazırlamaqdır.

Doğrudur, insanları aldatmaq olar. Amma elmi aldatmaq mümkün deyil və buna çalışanlar həmişə uğursuzluqlara düçar olublar.

Elmi araşdırmalar göstərir ki, Günəşin orbitinin dəyişməsi Yerdə zəlzələ və sunamilərdən tutmuş, qasırğa və tufanlara qədər bir çox fəlakətlərin sayını artırıb. NASA ilə Avropa Kosmik Tədqiqatlar Agentliyinin kosmosa çıxardıqları 5 tədqiqat peykinin apardığı ölçmələr də bunu təsdiq edir. Daha doğrusu, astronomlar və astrofiziklər deyirlər ki, Günəşdəki elektromaqnit fəallıq kosmosda dalğa titrəyişləri yaradıb. Bu titrəyişlər də Yerə çatandan sonra zəlzələlər, daşqınlar, fırtınalar, vulkan püskürmələri, qasırğa və s. təbii fəlakətlərə səbəb olur.

Ötən illə yanaşı, bu il başlayndan bəri zəlzələlər, daşqınlar və hətta neft-qaz boru kəmərlərindəki partlayışların da arxasında Günəşdən gələn dalğa titrəyişlərinin durduğu deyilir.

Ona görə də alimlər 2012-ci ildə belə fəlakətlərin maksimuma çatmasına hazır olmadığımızı istəyirlər.

Dünyanın oxu əyilib

Amerikalı alim, professor Çarlz Hapqrud bildirir ki, dünyanın fırlanma oxu ilə yanaşı, geomaqnetik oxlarında da əyilmələr yaranıb. Bu isə planetimizin fırlanma sürəti ilə orbitinə təsir edib.

Belə ox əyilmələri vaxtilə çayların axdığı, meşələrin boy verdiyi Antarktidanın indiki vəziyyətə düşməsinə səbəb olub.

Ümumiyyətlə isə, son 100 min ildə Yerdə 3 dəfə orbitdən sapma və ox əyilməsi olub. Sonuncu belə hadisə 12 min il əvvəl yaşanıb. Hapqrud onu da yazır ki, növbəti ox əyilməsi 2012-ci ilə təsadüf edəcək. Kim bilir gələn ildə iqlim necə dəyişəcək, həmin dəyişikliklər canlılara necə təsir edəcək…

… 2010-cu ildə Günışdə dörd geomaqnit partlayışı olmuşdu və bunu müxtəlif ölkələrdəki teleskoplar asanlıqla qeydə almışdılar. "Holocene Impact Working Group"un hesabatında isə bildirilir ki, bu partlayışlar 2012-ci ildə Günəşdə baş verəcək dəyişikliklərlə müqayisədə fişəng partlayışı təsiri bağışlayacaq...
Bu deyilenler sizce dogrudurmu..?


Geri dön

Ay Üzlü

  • 9 avqust 2011 19:49
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
tewekkurler

qonce

  • 9 avqust 2011 19:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur xebere gore.Amma bu cur xeberleri esitmekden bezmisem artiq. .....Qismet ilahiden...Ne olar olarda......

R.M_FaNaTka

  • 9 avqust 2011 18:50
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

RAY OF MOON

  • 9 avqust 2011 17:55
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
bunu ALLAHdan bashqa hech kim bile bilmez... teshekkurler

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

liderka

  • 9 avqust 2011 17:21
  • Məqalə: 1
  • Şərh: 598
  • Bal:
{awards}
onu bilirem ki,2012-de nese olacaq...eger teeccublu felaket olmasa,hec kim heckime,hetta alimlere bele inam olmayacaq..insallah her weyin yaxsisi olar.Amin

--------------------
HaYaLiM....

NİKİ

  • 9 avqust 2011 17:12
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

MuslimGirl

  • 9 avqust 2011 17:05
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Əgər 2012-ci ildə dünya dağılsa, ya da başqa bir hadisə olsa idi, mütləq Quranda verilərdi. Təşəkkürlər

MaCeRaÇı

  • 9 avqust 2011 16:16
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
ALLAH bilən məsləhətdu. ALLAH müsəlmanları qorusun.AMİN.

Мой Мир

  • 9 avqust 2011 16:03
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
her sey allahin elindedi her seyin duzunu o boyuk rebbim biler esdafurulla her kes allahin isine qarismaq isteyire muellife twk edirem

--------------------
∞♥

★Azerbaijan girl★

  • 9 avqust 2011 14:39
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
inanmiram........................

Narka E-ZaDe

  • 9 avqust 2011 14:21
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
her wey allahin elindedi...hamimiz allaha inanmalliyiq..

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 9 avqust 2011 14:15
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ALLAHDAN BAŞQA HEÇ KİM BİLMİR SONU

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Sweet life

  • 9 avqust 2011 14:11
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
hec bilmirik 5 deqiqeden sonra basimiza ne gelecek?!

--------------------

HaYaliM

  • 9 avqust 2011 14:04
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Qurban olum Allaha.her sey onun elindedi.ne deyirler desinler.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Stephanie

  • 9 avqust 2011 14:01
  • Məqalə: 0
  • Şərh: 343
  • Bal:
{awards}
Hamisi gopdu ALLAHDAN basqa hec Kim bilmir

music_angel

  • 9 avqust 2011 13:58
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem..he bu 2012 haqqinda xeberler indi cox aktualdir..ama genede Allah bilen meslehetdi

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}