Kartof və soğan ucuzlaşıb, qənd və “pesok” bahalaşıb

 
Kartof və soğan ucuzlaşıb, qənd və “pesok” bahalaşıb


Ərzaq məhsullarının qiymətlərində apardığımız müşahidələrə görə, ötən ay ərzində unun 1 kiloqramı 45 qəpikdən 40 qəpiyə, yumurtanın 1 ədədi 12 qəpikdən 10 qəpiyə qədər ucuzlaşıb.

2011-ci ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib. DSK-nin məlumatına görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,6% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. Ərzaq məhsullarının qiymətlərində apardığımız müşahidələrə görə, ötən ay ərzində unun 1 kiloqramı 45 qəpikdən 40 qəpiyə, yumurtanın 1 ədədi 12 qəpikdən 10 qəpiyə qədər ucuzlaşıb. Gündəlik ərzaq məhsullarından soğan və kartofun da qiyməti aşağı düşüb. Bir ay əvvəl kiloqramı 70 qəpikdən satılan kartof hazırda 60 qəpiyə, kiloqramı 60 qəpikdən satılan soğan isə 50 qəpiyə satılır. Bundan başqa çuğundurun qiyməti ay ərzində 34% (1,2 manatdan 80 qəpiyə), kökün qiyməti isə 23% (1,3 manatdan 1 manata) ucuzlaşıb. Ay ərzində ən çox şaftalının və əriyin qiyməti ucuzlaşıb. Son bir ayda şaftalının 1 kiloqramı 3 manatdan 1 manata, əriyin kiloqramı isə 2,5 manatdan 2 manata qədər düşüb. Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub ki, bu əsasən mal ətinin, kərə yağının, qənd və şəkər tozunun qiymətlərində qeydə alınıb.

Mal ətinin 1 kiloqramı 7,5 manatdan 8 manata, qəndin 1 kiloqramı 1,2 manatdan 1,3 manata, şəkər tozunun 1 kiloqramı isə 1,05 manatdan 1,1 manata qədər bahalaşıb. Digər ərzaq məhsullarının qiymətində isə dəyişiklik müşahidə olunmayıb.


Geri dön

mirkamal97

  • 11 avqust 2011 07:06
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

Ay Üzlü

  • 9 avqust 2011 20:02
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

R.M_FaNaTka

  • 9 avqust 2011 18:52
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

NİKİ

  • 9 avqust 2011 17:28
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Мой Мир

  • 9 avqust 2011 16:19
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
xebere gore twk edirem hic farkida diyilim vallahi bahalasim yoxsa ucuzlasim wink

--------------------
∞♥

★Azerbaijan girl★

  • 9 avqust 2011 14:48
  • Məqalə: 369
  • Şərh: 10176
  • Bal:
{awards}
tskler..................

tskler..................

Sirli Melek

  • 9 avqust 2011 14:27
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ŞƏKƏR TOZU 1MANAT 20 QƏPİYƏDİR(( HAMI QIŞA HAZIRLIQ GÖRƏCƏK. ONA GÖRƏDƏ BİLƏRƏKDƏN QİYMƏTLƏRİ QALDIRIRLAR!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Narka E-ZaDe

  • 9 avqust 2011 14:27
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
xebere gore twk.......

xebere gore twk.......

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}