Varlıq bir kitabdır (4-cü hissə)

 
Varlıq bir kitabdır (4-cü hissə)

Kainatı kəşf edən, özünü dərk etməyə can atan Adəm övladı Yaradana yönəlmiş olacaq. Uca Xaliq yaratdıqlarını dünya adlanan imtahanlar aləmində başıboş buraxmamışdır. Daim qullarını haqqa çağıran mesajlar göndərmişdir. İnsanların özlərindən olan elçilər Allahın kəlamları, möcüzələri ilə Adəm övladlarını nura dəvət etmişlər. Nura, doğru yola, doğru dinə dəvət edən dəvətçilər əllərində həqiqi yola işıq salan Kitabları mayak olaraq tutmuşlar. Vəhylər bu kitabların əsaslarını təşkil etmişlər. Vəhy Allahı tanıdan ən səhih qaynaqdır. Vəhylərdən bütövləşən Quran da Allahı tanıdan ən səhih qaynaqdır.

Qaynaqlar qaynağıdır. Qaynaqlar qaynağı Quranın qaynağı vəhydir. Vəhy Allah kəlamıdır. Vəhy Allahın sözləridir. Kainat Bircə Ol sözü ilə canlandı, təslim oldu. İnsanoğluna isə 77934 söz göndərilmiş. İnsandan başqa bütün varlıqlara bircə söz yetdi.

Quran bir mündəricatdır. Quran ayələri kainat ayələrini, İnsan ayələrini, Hadisə ayələrini düzgün oxumağı öyrədən yol göstərəndir. Quran Əşrəf İnsana Öz dəyərini öyrədəndir. Qulluq, itaət, təslimiyyət İnsanın fitrətindədir. Quran İnsana öz fitrətinə uyğun yaşamağı, öz trayektoriyasında hərəkət etməyi öyrədən Kitablar Kitabı, qaynaqlar qaynağıdır.

Varlıq bir kitabdır (4-cü hissə)

“Əlif, ləm, mim. Bu heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. O, kəslərə ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər. O kəslərə ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə şəksiz inanırlar. Məhz onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır” ( Bəqərə, 1-5)

Quran - müttəqilərə doğru yol göstərən Kitab. Kimdir müttəqilər? Heç bir şəkk – şübhə etmədən Rəbbinə inanan və iman edən insanlar. Heç bir şəkk-şübhə etmədən eşitdik və itaət etdik deyənlər. Zatən Quran ona şəkk-şübhə etmədən yaxınlaşanlara öz sirlərini açmaqdadır. Qəlbində əyrilik olanlar Qurandan nəsiblərini ala bilməzlər. Quranda şəkk-şübhəyə yer yoxdur.

Allahım, qəlbimizdə zərrə qədər də olsa şübhə varsa, Sənə, Sənin axirətinə, Qiyamət saatına, yenidən dirilişə, ölümün bir yox olma deyil, yenidən dirilmə olduğuna, Cənnətinə, Cəhənnəminə zərrə qədər də olsa şübhə varsa, çıxar, at qəlbimizdən. Yoxsa, nə olar halımız. Quran bizə Səni tanıtmaz, öz sirlərini açmaz. Allahım, kor, kar qalarıq. Allahım, Sən haqqsan, haqq-hesab günü haqdır. Hüzuruna toplaşacağımız haqdır. Allahım, biz Sənə inandıq, iman gətirdik, yardım et bizə, bizi müttəqilərdən et.

Varlıq bir kitabdır (4-cü hissə)

“Əlif, lam, ra. Bu Quran elə bir Kitabdır ki, onu sənə insanları onların öz Rəbbinin izni ilə zülmətdən nura, yenilməz qüvvət Sahibi, tərifə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik” (İbrahim,1)

Allahım, nə qədər acizəm, nə qədər acizəm Kəlamından danışmağa, nə qədər acizəm.

Quran, səndə nə böyük əzəmət, qüvvət var. Bütün aləmlərin təslim olduğu bircə deyil də, tam 77000 dən çox Allah sözləri.

“De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir - birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər ”(əl-İsra, 88)

Ey, İnsan Yaradan hər şeyi sadədən yaratdı, atomlar, elektron, nüvə, həcmcə cox kicik olanlardan həcmcə möhtəşəm olanları yaratdı. Çünki, O, yoxdan var edəndir. O, bir Rəssamdır, gördüyümüz bütün gözəllikləri, rəngləri bizə bəxş etdi. Çox sadə hərflərdən söz, ayə, surə, Kitab yaratdı. Bir işıq edərək, yolları aydınlatdı. Buyur, özünü qüvvətli, bilikli zənn edən, Adəm övladı, məharətini göstər. Amma, unutma, hər şeyə Qadir Yaradan yaratdıqlarını canlı yaratmışdır, Onun yaratdıqları hərəkətdədir, yaratdıqlarına ruh bəxş edir. Bəs sən nə edə bilərsən?

Varlıq bir kitabdır (4-cü hissə)

Əlif, ləm, mim. Hər şeyi canlı yaradanın Kəlamı da canlıdır. Canlı olmasaydı, böyük partlayışla varlıq hərəkətə keçə bilərdimi?

Quran da canlıdır. Həm də qısqancdır. Yalnız onu sevənlərə, öz sirlərini açıb göstərir.Quran canlıdır və canlı insanları sevir. Ruhları, qəlbləri canlı insanları. Gözə sahib olub kor olanlar, qulağa sahib olub kar olanlar, bir sözlə ağıla sahib olub Allahı tanımayanlar kor, kar, ölü olduqlarından canlı Quranın canlı həyatını görə bilməzlər. Quran canlı, diri ruha sahib insanların həyat yollarına, yaşam tərzlərinə mayak olmaq üçün nazil oldu. Quran hərəkətdə olan insanları və vicdanları praktiki və canlı şəkildə yönləndirmək üçün nazil oldu. Quranla yaşamayan, Quranla mühakimə olunmayan, Quranla düşünməyən, bir sözlə Quranı həyat reallığından uzaq tutan və bir sıra qəlibə salınmış ibadət cümlələri Quran hesab edərək oxuyan və dinləyən insanın qəlbi ilə Quran arasında qalın bir pərdə olacaq. Quranın mükəmməliyi, möcüzəsi də buradadır. Nazil olduğu gündən bu günə qədər və Qiyamətə qədər ayələri həyatlarına, düşüncələrinə, məqsədlərinə tətbiq edənlərə daim nazil olmaqda davam edəcək. Quran yaşayır, yönləndirir, düşündürür, yaşadır, bu günkü həyatımızın nizamlanmasında gücünü qorumaqdadır. Kainat Allahın gözlərimizlə gördüyümüz, Quran isə oxuduğumuz Kitabıdır. Hər biri də yoxdan var edən Yaradıcılarını tanıdan və öyrədən dəlilidir. Yarandığı gündən öz funksiyasını yerinə yetirməkdə olan Ay, Günəş kimi Quran da öz funksiyasını yerinə yetirməkdədir. Zaman onlara mane ola bilmədiyi kimi Allahı tanıdan Quranımıza da öz funksiyasını yerinə yetirməkdə mane ola bilmir. İnsan da həmin insandır: mahiyyəti və fitrəti etibarı ilə heç bir dəyişikliyə məruz qalmayan həmin insan. Beləliklə, Allahın İnsana xitabı, müraciəti olan Quran da dəyişməz xitab və müraciətdir. Çünki, İnsanın özü dəyişməmiş, başqa bir varlıq halına düşməmişdir. Quran insanın mahiyyətinə, fitrətinə, daxilinə müraciət edir.

Varlıq bir kitabdır (4-cü hissə)

“De:İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanında Quran oxunduğu zaman üzü - üstə səcdəyə qapanar." (əl-İsra, 107)

“Həqiqi hökmdar olan Allah ucadır! Həm də sənə tamam – kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və “ Ey Rəbbim, elmimi artır! ”de ” (TA-ha, 114)


Allahım, elmimizi artır. Sənə yaxınlaşdırmayan elmdən Sənə sığınırıq. Allahım, elmimizi artır ki, biz də Sənin ayələrin oxunan kimi qarşında səcdəyə qapanaq. Qəlbimizi elə təmizlə ki, hidayət nurundan başqa nur Qəlbimizə yer tapa bilməsin. Quran hidayət qaynağıdır.

“Quran oxumaq istədiyin zaman məlun şeytandan Allaha sığın!” (ən-Nəhl, 98)

Pisliklər qaynağı olan şeytanın şərindən Sənə sığınırıq, Allahım. Və Sənin Rəhman, Rəhim adınla Quran oxumaq istəyirik. Rəbbim, elmimizi artır. Elm nurdur. Nur möminin silahıdır. Allahım bizi silahlandır. Daxili düşmənlərə qalib gəlməyə yardım et! Güc, Qüvvət Sahibi Sənsən. Sən bizə şah damarımızdan da yaxınsan.

Varlıq bir kitabdır (4-cü hissə)

Allahım, bu həqiqəti bizə Quran öyrətdi. Dua edərək silahlanmağı Quran öyrətdi. Heç bir yaradılmışın qarşısında səcdə etməməyi Quran öyrətdi. Yalnız Hər şeyin İxtiyar sahibi, Doğmamış, Doğulmamış, tayı bərabəri olmayan, heç bir bənzəri olmayan Sevən, Rəhmli olan Sənin kimi Uca varlığın qarşısında səcdə etməyi də Quran öyrətdi. Heç bir halda sənə şəriklər qoşmamağı da Quran öyrətdi. Quran bizə Sənin bizə şah damarımızdan da yaxın olduğunu öyrədir. Quran Sənin İnsanla Onun qəlbinin arasında durduğunu da öyrədir. Quran bizə Səni tanıdan ən gözəl vasitədir.

Allahım,Sən bu qədər yaxın olduğun halda nədən İnsanlar Sənə yaxınlaşmaq üçün vəsilə axtarmaqdadırlar?! Sən ki, Mənə hər şeydən yaxınsan.

“Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur ?! (əl-Bəqərə, 108)

Ey Adəm övladı, göylərin və yerin səltənətinin, insanların, onların beyinlərinin, həyatın, hər bir yaradılmışın Sahibi sənə, məhz sənə kiçik bir Adəm övladına öz dostluğunu təklif edir.
Allahım, nə böyük şərəf, nə böyük lütf.

Varlıq bir kitabdır (4-cü hissə)

Allah quluna dostluq təklf edir. Ey bacım, qardaşım, Allahın varsa nəyə möhtacsan? Amma, Allahın yoxsa nəyin var???
Allahın dostu İbrahimi od yandırmadı. Onun üçün sərin və səlamət oldu. Od onu Yaradanın əmrinə tabedir. Fiziki qanunları da Yaradan O deyilmi? Demək, yandıran alov belə Onun dostlarına səlamətlik bəxş edir. Allahım, bütün qanunları yaradan Sən, Hər şeyi idarə edən Sən. Və Sən İnsanoğluna dostluq təklif edirsən. Həqiqətən də insan nə qədər özünə zülm edir? Allah kimi dostu qoyub Allahdan bağışlanmaq diləyən digər yaradılmışları dost və yardımçı görür. Təbii, Quranı oxuyan və Allahın dostluğunu qəbul edə bilməyən böyük zülm içərisindədir. Ey Adəm övladı, tələs, Dostunu özündən razı salmağa tələs. Ötən hər gün demirəm, hər saniyə ömür ağacından tökülən yarpaqlardır. Qış çox yaxındır. Yaz yenə gələcək. Dostunla görüşə tələs.

“Allahı Onun Rəsulunu özünə dost bilən kimsə bilsin, yalnız Allah Firqəsinə qoşulanlardır qələbəyə çatanlar” (Məidə, 56)
“De ki: “Göyləri və yeri yaradan Allahdan başqasınımı dost tutum mən özümə? O, yemir, yedizdirir” (Ənam, 14)

“Siz nə yerdə, nə göydə Allahı aciz buraxa bilməzsiniz. Allahdan başqa nə bir dostunuz olar, nə bir mədədkarınız.” (Ənkəbut, 22)


Varlıq bir kitabdır (4-cü hissə)

“Bil ki, xalis din ancaq Allaha Məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” Şübhəsiz, ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (Zumər, 3)

Ey Adəm övladı, bacım, qardaşım, bil dostunun şəriki yoxdur. O, təkdir. O, Vitrdir. Məgər Allah sənə yardımçı və dost olduğunu bildirdikdən sonra Sənin həyatda yalnız olduğunu düşünmən, kimsənin səni anlamadığını israr etmən yalan deyilmi? Allah kimi yardımçıdan üz çevirmək nankorluq deyilmi?

Bəs öldükdən sonra yenidən diriləcəyinə inanmayanların halı necə olacaq? Ey ölümdən sonrakı həyatı inkar edən, Adəm övladı, Quran sənə ölümündən sonra diriləcəyini, haqq-hesab gününün yaxın olacağını xəbər verir. Qurana iman gətirən, Quranın xəbərlərinə necə inanmaya bilər? Namazın Haqq olduğunu bilən, səcdəyə necə getməyə bilər? Qurana iman gətirmədinmi? Evində ən əziz yerdə saxlamaq, əzizlənmək üçün deyil, Quran oxunmaq və yaşanmaq üçün nazil olmuşdur. Quran yardımçıdır, Quran şəfadır. Amma, Ona iman gətirənlərə, Onu oxuyaraq əmrlərinə riayət edənlərə bir hidayətdir, Quran. Allahın Haqq olduğunu bilən, Onun əmrlərinə necə təslim olmaya bilər? “ Hələ hazır deyiləm, yaxud vaxtım yoxdur”, deyərək Allahdan uzaq düşənlər, - həiqətən, vaxtınız yoxdur. Çünki, kimsə bu dünya həyatı üçün, onun neçə il sürəcəyi baxımından qarant almamışdır. Bəs Sənin Allaha vaxtın yoxdursa, amma Onun nemətlərilə məşğul olmağa Allahın verdiyi zamanı israf etməyinin adı nə? Quran Səni oxumağa çağırır. Həyatı, özünü, zamanı, hər bir yaradılmışı. Quran yaşanılmaq, hüzura çatmaq üçün Konstitusiya kitabıdır. Quran fal Kitabı deyil, Allah kəlamı olaraq Hidayət nurudur. Qəlbini Qurana aç, Quranı sev, Quranın aşiqi ol. Onda Quran Sənə öz sirlərini açaraq bütün elmlərdən pay verəcək. Quran hikmətlə dolu Kitabdır. Quran sənə hikmətdən pay verər, kimə hikmət verilibsə ona çoxlu xeyir verilmişdir. Quran quru teoriyalardan ibarət faktlar Kitabı deyil. Quran Allaha aparan yolun nurudur. Qəlbini Qurana aç, Quran Səni dostuna çatdıracaq, aradakı maneələri dağıtmağa yardım edəcək.

Varlıq bir kitabdır (4-cü hissə)

“O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın. Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin ”(Bəqərə, 22)

Allahım, İmanı olanın imkanı bitməz, Nə olur bizləri imandan və Qurandan ayırma! Ya Rəbbim, Quran nurdur. Qurandan məhrum olana işıq çatmaz. Bizləri Kitabına uyanlardan qərar ver, Kitabından uzaqlaşanlardan, uzaqlaşdıranlardan və Kitabının adına yalan yaxanlardan etmə. Quranı bizdən razı et, Bizi də Qurandan razı et! Hesab günündə Bizləri Quranın şahidliyi xoşbəxtliyinə nəsib et! Hesab günündə bizi Qurandan utananlardan etmə! Quranı bizə aç, bizi də Qurana. Susuz, toxumsuz torpaqlara vəhyi, dəvəti bizim də əllərimizlə aç, payla. Bu gün hər kəsin Sənin nuruna ehtiyacı var. Allahım, Quranı bizə sevdirdiyin kimi sevdiklərimizə də sevdirməyi bizə nəsib et. Bizləri Qurana və Özünə
layiq et!


Geri dön

Delya_91

  • 9 avqust 2011 23:00
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
cox sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

music_angel

  • 9 avqust 2011 20:25
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------

SUADA_M

  • 9 avqust 2011 19:38
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TEWEKKURLER AXRACAN OXTDUM COX GOZELDIR.

--------------------

Ay Üzlü

  • 9 avqust 2011 19:25
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

R.M_FaNaTka

  • 9 avqust 2011 18:42
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Narka E-ZaDe

  • 9 avqust 2011 18:40
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

qonce

  • 9 avqust 2011 18:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,,,,hemiseki kimi xeberinize soz ola bilmez....Ela idi..... smile

HaYaliM

  • 9 avqust 2011 17:50
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
cox tesekkurler oxudum axira kimi.adamin ruhu dincelir sanki

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

SABiNA

  • 9 avqust 2011 17:21
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
Cox sag oluz deyerli xeberivize gore ,Allah sizden razi olsun

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

moda_baz

  • 9 avqust 2011 17:04
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
cox saqol xebere gore

NİKİ

  • 9 avqust 2011 16:57
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}