“Sehrli” Çubuq- Tozsoran 2011

 
“Sehrli” Çubuq- Tozsoran 2011

Cənubi Koreyalı dizayner Won Suk Lee
Du.Static adlı statik tozsoran işləyib hazırlayıb.


Tozsoranın başlıca hissəsi – işçi stansiya elektrik enerjisini kiçik çubuğa ötürür.
Bu çubuq bir növ Harri Potterin peşəkar alətini xatırladır. “Sehrli” çubuğu tozlu səth
üzərində yüngülcə yellətmək kifayətdir ki, o, bütün tozu özünə çəksin.

“Sehrli” Çubuq- Tozsoran 2011

Du.Static Tozsoranının Başlıca Özəllikləri

Bu tozsoranın başlıca üstünlüyü ondan ibarətdir ki, onun köməyilə divanın altından,
xalçaların üzərindən, hündür şkafların üstündən, eləcə də divardakı bəzək əşyalarından,
bir sözlə istənilən əlçatmayan və narahat yerlərdən tozu tamamilə təmizləmək mümkündür.

Konsept müəllifinin sözlərinə görə, bu “sehrli” çubuqla hətta paltarın tozunu da çəkmək olar.

“Sehrli” Çubuq- Tozsoran 2011

Çirklənmiş Çubuq Necə Təmizlənir?

Çubuq çirkləndikdə, statik elektrik enerjisi ilə qidalanan adi fırçalardan fərqli olaraq,
onu yumağa ehtiyac yoxdur. Çubuğu sadəcə öz yuvasına taxıb müvafiq düyməni
basmaq kifayətdir ki, tozsoran ventilyatorun köməyilə bütün tozu xüsusi kassetə
toplasın. Beləliklə, çubuq təmizlənən kimi siz yenidən təmizlik işlərinizə davam edə bilərsiniz.

“Sehrli” Çubuq- Tozsoran 2011

İnterfeys

Tozsoranın idarəetmə interfeysi, sadəcə, yan tərəfdə yerləşən “yandırıb-söndürmək”
düyməsi və çubuğun enerji təchizatı səviyyəsi və
tozu çəkməsini göstərən indikatorlardan ibarətdir.

“Sehrli” Çubuq- Tozsoran 2011

Won Suk Lee-nin işləyib hazırladığı bu innovativ elektrostatik
tozsoran Sparks Awards müsabiqəsində yüksək qiymətləndirildi:
koreyalı novator gümüş medalla təltif olundu.

“Sehrli” Çubuq- Tozsoran 2011


Geri dön

R.M_FaNaTka

  • 11 avqust 2011 20:02
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Narka E-ZaDe

  • 10 avqust 2011 12:23
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
хебере горе тщк....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 10 avqust 2011 09:44
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ELADIKİ ))

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

.angela

  • 10 avqust 2011 08:11
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk

★Azerbaijan girl★

  • 10 avqust 2011 00:08
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
neler cixiacaq helem tsklerrrrrrrrrrr

moda_baz

  • 10 avqust 2011 00:02
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
eladi amma coox baha olar yeqinki fellow

Ay Üzlü

  • 9 avqust 2011 23:52
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

music_angel

  • 9 avqust 2011 22:54
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

qonce

  • 9 avqust 2011 22:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqlidir....tesekkur xebere gore.....

Delya_91

  • 9 avqust 2011 22:01
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
HaYaliM,
hiii,her halda ucuz olan deyil))

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

HaYaliM

  • 9 avqust 2011 21:41
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
aa superdiki.indi gorun onun qiymeti neceye olacag e smile

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 67
Cəmi: 89

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}