Həzrəti Adəm (ə.s)

 
Həzrəti  Adəm (ə.s)

Adəm (a.s) ilk insan və ilk peyğəmbər, bəşəriyyətin atası idi. Allahu təala onu torpaqdan yaratdı.
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"
(Hud 11/61)

Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq (Taha 20/55)

Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. (Nuh 71/17)

Allah təala yer üzündə bir xəlifə yaradacağını mələklərinə bildirdi. Allah ona elm, iradə və qüdrət sifətərini verdi.

Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir. (30/20)

Həzrəti  Adəm (ə.s)

Allah təala Adəmi (a.s.) yaradarkən yaradıldığı maddə olan turabı (torpağı) müxtəlif mərhələlərdən keçirdi:

1.Tin (palçıq); torpağın su ilə qarışığıdır ki, buna da tin-palçıq deyilir. Bu mərhələ insanın ilk formalaşdırıldığı mərhələdir.

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı. (Səcdə 32/7)

Həyatın ruhdan (candan) sonra iki əsas ünsürü su və torpaqdır.

Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bə’zisi qarnı üstə sürünür, bə’zisi iki, bə’zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur 24/45)

İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur). (Furqan 25/54)

Həzrəti  Adəm (ə.s)

Yer kürəsinin 3/4-ü su ilə əhatə olunub. Həmçinin insan vücudunun da 75 faizi sudur. Deməli dünyadakı bu sistem insana köçürülmüşdür. Həmçinin Allahu təala Quranda belə buyurur:

Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan - nütfədən xəlq etdik). (Muminun 23/12)

2.Tin lazib (yapışqan palçıq); torpağın su ilə qarışdırılıb palçıq olduqdan sonra, digər bir mərhələsi (tin lazib) yapışqan palçıq mərhələsidir.

İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq. (Səffət 37/11)

3.Tin hamain məsnun: haməin məsnun surət və şəkil verilmiş, dəyişmiş və qoxumuş halda, palçıq deməkdir.
Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq! (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam! (Hicr 15/26-28)

Beləliklə Allahu təala Adəmi (a.s) torpaqdan yaratmağa başlayır. Torpağı su ilə qarışdırdıqdan sonra tin lazib halına gətirir. Daha sonra isə bunu da dəyişdirərək hamə halına gətirir.

4.Salsal (quru palçıq): Allahu təala müəyyən bir şəkilə düşmüş və qoxumuş palçığı da “faxxar” (saxsı, kirəmit) - qupquru hala gətirdi.
İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı. (Rəhman 55/14)

Həzrəti  Adəm (ə.s)

Adəmə (a.s) ruh verilməsi
Allah təala Adəmə (a.s.) palçığı yuxarıdakı mərhələlərdən keçirərək şəkil və surət verdikdən sonra ona can vermiş və yaratdığı ruhdan üfürmüşdür.

(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!" Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi; Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?" (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" (Sad 38/71-76)

(Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi. (Əraf 7/12)

Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu ne’mətlərə) az şükür edirsiniz! (Səcdə 32/8-9)

Beləliklə Allah təala Adəmi ən mükəmməl şəkildə yaratdı. Adəmin boyunun uzunluğu 60 “zira” (dirsək) olduğu bəzi mənbələrdə qeyd edilmişdir. (Qurtubi).Yaradılış tamamlandıqdan sonra Allah təala ona mələklərin yanına gedərək salam verməsini əmr etdi. Mələklər də ona “aleykəs salam və rəhmətullah” deyərək , cavab verdilər. (Səhih Buxari). Adəm (a.s.) insanların atası olduğundan hər kəs Cənnətə Adəmin gözəl surətində girəcəkdir. Adəmin nəvələri onun gözəlliyindən hərəsi bir parçasını itirməyə başladılar. Nəhayət, indi (Muhamməd (a.s.) dövründə) bu əksilmə sona çatdı. (Buxari, xəlqi Adəm)

Həzrəti  Adəm (ə.s)

Adəmə adların öyrədilməsi

Allah təala Adəmi (a.s.) yaratdıqdan sonra ona faydalanması üçün əşyaların adlarını və xüsusiyyətlərini öyrətdi. Həmçinin ona bu əşyaları dərk etmək qabiliyyəti verdi.

(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara: ) " Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!"- dedi. Onlar: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən", - dedilər. (Bəqərə 2/30-32)

Allah təala Adəmi (a.s.) “xəlifə” adlandırır. Yəni Allah təala öz iradə və qüdrət sifətindən ona bəzi səlahiyyətlər verəcək. O, Allahın yaratdıqları üzərində bəzi səlahiyyətlərə sahib olacaq və Allahın əmrlərini, qanunlarını yer üzündə bir xəlifə kimi icra edəcək.
(Ey insanlar!) Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri (xəlifələri) tə’yin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (mö’minləri) bağışlayan, (onlara) rəhm edəndir! (Ənam 6/165)

Allah təala Adəmi (a.s.) yaratdıqdan sonra zövcəsi Həvvanı onun qabırğa sümüyündən yaradır. İbn Abbas və İbn Məsud “Allah Həvvanı cənnətdə yerləşdirdikdən sonra yaratmışdır” fikrindədilər.

Həzrəti  Adəm (ə.s)

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa 4/1)

Adəmin (a.s.) cənnətdə yerləşdirilməsi

Allah təala Adəm və Həvvaya belə deyərək Cənnətə yerləşdirdi:
(Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız". (Bəqərə 2/35)

Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!" (Əraf 7/19)

Biz də belə dedik: "Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!) Həqiqətən, sən orada (Cənnətdə) acımaq nədir, çılpaq olmaq nədir bilməzsən! Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!" (Taha 20/117-119)

Həzrəti  Adəm (ə.s)

Adəm və zövcəsinə qadağan olunan bu ağacın hansı ağac olduğu dəqiq bilinmir. Bu ağacın buğda və ya üzüm yaxud incir olduğu haqda rəvayətlər vardır. Quranda isə Allah təala bu ağacın nə olduğunu bizə bildirməmişdir. Allah Adəmə (a.s.) Cənnətdə hər cür azadlıq verməsinə baxmayaraq, bu ağacı onun üçün bir məhdudiyyət və bir imtahan olaraq qoymuşdur.

Qurani Kərimdə İblisin Adəmin (a.s.) özündən üstün olamasını qəbul etməyərək Allahın əmrinə qarşı cıxdığı, Adəmə (a.s.) səcdə etməyərək ona hörmətsizlik etdiyi xəbər verilir. Elə buna görə də İblis Cənnətdən qovulur. Lakin ona Adəm və övladlarını azdırmaq və günaha təşviq gücü verilir. Çünki Adəmin və övladlarının şərəf və üstünlüyü nəfsinə və şeytana uymamaqla ortaya çıxır. Onlara məhz bunun üçün ağıl və iradə verilmışdir. Buna görə onalar imtahan ediləcəklər.

Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.

(Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi.

(Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!"

(İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!"
(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!"

Həzrəti  Adəm (ə.s)

(İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam!
Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!"

(Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam! (Əraf 7/11-18)

Adəmin (a.s.) hekayəsi digər bir surədə isə belə buyurulur:
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!

Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, tə’zim məqsədilə) səcdə edin!"
Bundan sonra mələklərin hamısı ona (tə’zim məqsədilə) səcdə etdilər.
Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
(Allah buyudu: ) "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?"

(Şeytan) dedi: "Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!" (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)

Həzrəti  Adəm (ə.s)

(Allah) buyurdu: "Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məl’unsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)

Sən qiyamət gününə qədər lə’nətlənmişsən!"
(İblis) dedi: "Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!"
(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən"

Ancaq mə’lum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!

(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!
Yalnız Sənin sadiq bəndələrindən başqa!"

(Allah) buyurdu: "Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)

Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz! (Hicr 15/28-42)

Vəsvəsə verərək insanları azdırma gücünə sahib olan şeytan bir yol taparaq Cənnətə girə bildi . Adəm və Həvvaya yaxınlaşaraq dedi:
Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!"
Həm də onlara: "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm",- deyə and içdi.
Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: "Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?"

Həzrəti  Adəm (ə.s)

(Adəm və Həvva) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" - dedilər. (Əraf 7/20-23)
Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.

(Allah Adəmə və Həvvaya) belə buyurdu: "Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! (Taha 20/122-123)

Beləcə Adəm və Həvvanın yer üzündə məskunlaşmaları, burada törəyib çoxalmaları və imtahan edilmələri təqdir edildi və həyata keçirildi.

(Allah) buyurdu: "Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır". (Əraf 7/24)

Həzrəti  Adəm (ə.s)

Adəmin peyğəmbərliyi

Adəm (a.s.) ilk insan olduğu kimi eyni zamanda ilk peyğəmbərdir. Adəm (a.s.) yer üzünə endirildikdən sonra Allah təala insan nəsillərinin hamısını onunla zövcəsi Həvvadan törətmişdir. Allah təala bu həqiqəti Nisa surəsinin birinci ayəsində belə zikr edir:
Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa 4/1)
Peyğəmbər (s.a.v.) Tirmizidə rəvayət olunan bir səhih hədisdə belə buyurur:
“Allahu təala Adəmi (a.s.) yer üzünün hər tərəfindən götürdüyü bir ovuc torpaqdan yaratdı. Buna görə də Adəm oğulları özlərində mövcud olan torpaq miqdarına görə kimi qırmızı, kimi ağ, kimi qara, kimi isə bunların ortasında bir rəngdə; (xasiyyət baxımından da ) kimi yumşaq, kimi sərt, bəziləri pis, bəziləri isə yaxşı olaraq dünyaya gəldilər.”
Allah insanı nəfsinin və şeytanın vəsvəsələrinə məruz qalacaq şəkildə yaratmış, ona bunlarla mübarizə aparmaq üçün ağıl, xeyir və şərri bir-birindən ayırd etmək üçün vicdan vermişdir. Həmçinin Allah təala insana hidayəti, haqqı və batili, öz əmrlərini bildirmək üçün peyğəmbərlər yollamışdır. İlk insanlara da peyğəmbər olmağa ən layiq olanı Allah təalanın vasitəsiz danışdığı ataları Adəm (a.s.) idi.

Həzrəti  Adəm (ə.s)

Adəmin (a.s.) peyğəmbərliyi ixtilaflı olsa da Qurani Kərimdə ona əmrlərin vəya nəhylərin gəldiyi bildirilməkdədir. Bütün bu əmr və nəhylər bilavasitə vəhy vasitəsi ilə gəlmişdir. Bu da onun peyğəmbərliyinə dəlalət edir. Misal olaraq: Adəmin iki oğlunun Allaha qurban təqdim etmələri, bunlardan yalnız birinin qurbanının qəbul olunduğunu bildirməsi Adəmə (a.s.) vəhylə bildirilmişdir.
(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər! (Maidə 5/27)
Quranda Adəmin (a.s.) peyğəmbər seçildiyini ifadə edən “ictiba” və “istifa” (seçilmək məansında) sözləri də işlədilir:
Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. (Əli-İmran3/33)
Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi. (Taha 20/122)
Bu sözlər digər peyğəmbərlər üçün də istifadə olnub:

Həzrəti  Adəm (ə.s)

(Allah) belə buyurdu: "Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu ne’mətlərə görə) şükür edənlərdən ol!" (Əraf 7/144)
Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir! (Həcc 22/75)
(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin də’vət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! (Şura 42/13)
Adəmin (a.s.) peyğəmbər olduğunu açıq şəkildə xəbər verən hədislər də vardır:
Əbu Ümamədən rəvayətə görə Əbu Zərr (r.a.) Rasulullaha (s.a.s) “ ey Allahın Peyğəmbəri Peyğəmbərlərdən ilk peyğəmbər kimdir?” deyə soruşur. Peyğəmbərimiz (s.a.v.) “Adəmdir” deyə cavab verir. Əbu Zərr (r.a.) “Ya Rasulallah o peyğəmbər idi?” deyə soruşduğunda Rasulullah (s.av.) “ bəli o mükələm (Allahın vasitəsiz
danışdığı peyğəmbər) bir peyğəmbər idi” dedi. (Əhməd b. Hənbəl)


Geri dön

velehat

  • 12 avqust 2011 23:02
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
xebere gore twk...

R.M_FaNaTka

  • 11 avqust 2011 19:54
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

SABiNA

  • 10 avqust 2011 21:29
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

Gizli_Bir_Dünyam

  • 10 avqust 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
Hz.Adəm haqqında oxumuşam yenədə dəyərli yazıya görə çoxsağol

Ay Üzlü

  • 10 avqust 2011 20:20
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

Narka E-ZaDe

  • 10 avqust 2011 16:57
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
хебере горе тщк...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 10 avqust 2011 16:37
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

ASMIYA

  • 10 avqust 2011 16:35
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
EZIYET ICIN TESEKKUR EDIREM. ILK PEYGEMBERIMIZIN (A.S) YASADIQLARINI NECE BILMEMEK OLAR. UNUTDUQLARIMIZ VAR IDISE HATIRLADIK SAG OLUN.

--------------------


HaYaliM

  • 10 avqust 2011 15:33
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
bunlarin bezilerini oxumusdum.melumatim var idi.yene de maraqla oxudum.

Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}