Həzrəti Yusuf

 
Həzrəti Yusuf

Həzrəti Yusuf

Həzrəti Yusuf deyilərkən ilk ağla gələn gözəllik, iffət və mərhəmət simvolları olur. Yusuf gözəlliyin timsalıdır. Yusuf iffətin timsalıdır. Yusuf "ayı, günəşi və on bir ulduzu" qarşısında səcdə etdirən bir peyğəmbər misalıdır. Yusuf qissəsi bir "peyğəmbər necə olmalıdır?" sualının cavabıdır.

Həzrəti İbrahimin nəticəsi,
Həzrəti İshaqın nəvəsi,
Həzrəti Yaqubun oğludur.
Peyğəmbər nəslinin Peyğəmbər övladıdır...
Rəsulullahın ən böyük təsəlli örnəyidir...

Həzrəti Yusuf

Bu surə Rəsulullah Taif səfərindən üzgün halda dönərkən nazil olmuşdu. Sanki Rəsula bir təsəlli verirdi.
Ey Məkkənin Yusufu! Taif sənin quyun, Məkkə zindanın, hicrət Misir yolçuluğun, Yəsrib sənin Misirindir [Mədinən!]. Yusufu gözləyən xoşbəxt sonluq səni də gözləyəcək.
Quyudan başlayan yolçuluq sarayda bitəcək.

Bu təsəlli özünü doğrultdu. Məkkənin Yusufu Mədinənin sultanı oldu. Və nəinki Mədinənin sultanı, hətta bütün müsəlmanların qəlblərinin sultanı oldu. 14 əsrdir o bu kürsüdən heç enmədi və heç enməyəcək də...
Taif itirdi, Mədinə qazandı.
Yusufu da qardaşları itirmişdi, Misir isə qazanmışdı. Yusuf kimi bir peyğəmbərə qucaq açdığı üçün Misir xoşbəxt olmuşdu, Misir xilas olmuşdu.
Misir hər zaman fironların yurdu olmayıb ki...

Yusuf qissəsi Qurani-Kərimdə yalnız “Yusuf” surəsində zikr olunur. Ənam və Muminun surələrində isə onun sadəcə adı keçir.
Müfəssirlərin ittifaq etdiklərinə görə Yusuf surəsi Məkkə surələrindəndir, Rəsulullahın Taif dönüşü, hicrət öncəsi nazil olub. Və içində həm möminlərə [Rəsulullahın şəxsində], həm də müşriklərə mesaj daşıyır: "Sizi quyuya salsalar da, kölə kimi satsalar da, zindanda çürütməyə çalışsalar da Biz sizi xilas edəcək, Misirə [Mədinəyə!] sultan edəcəyik."

Həzrəti Yusuf

Qissələrin ən gözəli

Quranın söylədiyi kimi bu qissə qissələrin ən gözəlidir [əhsəni qissas]. Quran bizə “Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəni danışırıq” [Yusuf, 3] deyir. Digər peyğəmbərlərin qissələri bir çox surələrdə qısa-qısa hekayələr şəkilində anladılırsa da, Həzrəti Yusufun qissəsi tamamilə Yusuf surəsində anladılır və qissələrin ən gözəli olaraq vəsf edilir.
Heç düşündükmü ki:
Nə üçün Quran Yusuf qissəsini qissələrin ən gözəli olaraq zikr edir?
Burda diqqət yetirilməsi vacib olan amil Həzrəti Yusufun fiziki gözəlliyidirmi, ya onun iffətin, mərhəmətin simvolu olmasımı?
Yusufu quyuya salan qardaşlarını, zindana salan Züleyxanı bağışlaya bilməsi idimi bu qissəni başqalarından ayıraraq qissələrin ən gözəli edən?
Yusuf quyudan çıxdı, amma qardaşlarının vicdanları quyuda qaldı...
Əsl fəlakət sizin quyuda olmanız deyil, ürəyinizin və zehninizin quyuda olmasıdır. Əsl fəlakət quyuya atılmaq deyil, quyuya atan olmaqdır... Sən əslində qardaşını deyil, özünü quyuya atırsan. Başqa bir ayədə deyildiyi kimi, “Hər kəs əməlinin girovundadır.”
“Doğrusu, Yusuf və qardaşlarının [qissəsində, öyrənmək] istəyənlər üçün bir çox dərslər var” [Yusuf, 7]
Biz bu dərsi öyrənə bildikmi?

Yusuf zindanda azad idi, Züleyxa sarayda əsir... Azad ola bilmək üçün zindanımı seçirik, əsir olmaq üçün sarayımı? Biz Yusuf olub Züleyxalardanmı qaçırıq, Züleyxa olub Yusuflarımı qovuruq? Burda iffət şəhvət duymamaq deyil, duyduğu halda bu istəyə qarşı gəlib, zinadan Allaha sığına bilməkdir. Günaha yaxınlaşmamaq üçün ona arxa çevirməyi bacarmaq, günaha arxadan göynəyini cırdıra bilməkdir.

Həzrəti Yusuf

“Mənim Züleyxam yoxdur!” demə. Züleyxa bir qadın olmaya da bilər. Bir məqam, bir mövqe, pul, mal-mülk, bir sözlə dünya sevgisi də ola bilər.
Bütün günahların başında dünya sevgisi gəlmirmi?
Günahamı qaçırıq, günahdanmı? Ona diqqət edək.
Əgər köynəyiniz öndən cırılacaqsa siz bunu hər kəsdən gizlətməyə çalışacaqsınız. Çünkü bu sizin eyibinizdir və siz onu gizlətməyə cəhd edəcəksiniz. Yox əgər sizin köynəyinizi arxadan cırdıracaq bir iffətə sahibsinizsə, bu yalnız sizi deyil, həm də ətrafınızdakı insanları da inşa edir. Siz bir növ dəvətçi olursunuz. Yusuf Züleyxadan qaçarkən Allaha sığınır və bunu dilə gətirir. Bu, bir möminin halıdır. Yusufun təbliğ metodunu zindan səhnəsində də görürük. Zindan yoldaşlarının yuxusunu yozmazdan əvvəl onları bir olan Allaha dəvət edir və yalnız bundan sonra yuxunu yozur.

İmtahanları

Həzrəti Yusuf ilk əvvəl qardaşları ilə imtahan olunur. Atasının ona olan sevgisini anlamayan qardaşları bu sevgini boğmaq üçün Yusufu öldürməyi belə gözə alırlar. Yusuf olmazsa, ataları Yaqub onları daha çox sevər, deyə düşünmüşdülər. Həzrəti Yaqub "digər oğlanlarını sevmirdi" deyə bilmərik. Amma Həzrət Yaqub oğlu Yusufu daha çox sevirdi. O çox yaxşı bilirdi ki, "Allah Yaqub soyu üzərindəki nemətini Yusufla tamamlayacaq"
"Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin biləndir, hikmət sahibidir!” [Yusuf, 6]

Həzrəti Yaqub kimsənin bilmədiyini bilirdi. Həzrəti Yaqub kimsənin görmədiyini görürdü. O oğlu Yusufu sadəcə bir ata məhəbbəti ilə sevmirdi, həm də bir peyğəmbəri sevərcəsinə sevirdi. Qısqanclıqdan "kor" olan oğlanları bunu bilmirdi, hardan bilərdilər ki...Bilsələrdi Allahın təqdirinə qarşı gəlməzdilər. Bunu ğörmək üçün baxmaq kifayət deyil, baxdığını da görmək lazım idi. Necə ki, Həzrəti Yaqub kor gözü ilə bunu görmüşdü. Yusufun sağ olduğu xəbərini almamışdan öncə onu ətirini uzaq Misir vilayətindən duymuşdu. Onun fiziki gözü kor olmuşdusa da qəlb gözü görürdü...
Yusuf qardaşlarını bağışladı... Çünkü onun da qəlb gözü açıq idi. Quyuda tərk edilərkən Allahdan vəhy almış, bunu bir sınaq olduğunu anlamışdı. O da qardaşlarının görə bilmədiyini görmüşdü. Quyuda tərk edilməyinə üsyan etmədən Allahın təqdirinə boyun əymişdi.
Yusufun ikinci imtahanı kölə kimi satılmaq idi. Kölə kimi satıldı, amma heç bir zaman kölə olmadı... Kölə ola bilməzdi. Çünkü O bir "Qul!" idi və bu qulluğunun yolunda bütün imtahanlara layiqi ilə səbr edirdi.
Üçüncü imtahan bir qadından - şəhvətdən gəldi. Bəlkə də bütün imtahanlardan daha çətin idi Yusuf üçün. O bir qadına deyil, məşru olmayan şəhvətə "Yox!" deyirdi. Və bundan Allaha sığınırdı.
Qardaşları onu quyuya atarkən o bir məzlum idi. Zülmə uğramışdı.
Kölə kimi satılanda o seçim edə bilməmişdi. Burada da təslimiyyət göstərərək qədərə boyun əymişdi.
Züleyxaya arxa çevirəndə isə Yusufun seçim haqqı var idi. Burada seçimi o edirdi. Və Yusuf zindana hicrət etdi. Züleyxanın tələsinə düşməmək üçün Rəbbindən yardım istədi, Ona sığındı.

Həzrəti Yusuf

Zindan Yusufun son imtahanı oldu. Burada da üsyan etmədi. Çünkü bunu özü seçmişdi. Zindan Züleyxadan gələn imtahandan çıxış yolu idi. Bütün imtahanlarının bir gün xoşbəxt sonluqla bitəcəyini bilirdi. Və bir gün gözlədiyi gün gəldi.

Yusuf, onu zindandan azad etməyə gələn kralın adamlarından isə bir xahiş etdi. Günahsızlığını etiraf etsinlər, ondan sonra o zindanı tərk edəcək. Kimsənin gözündə ləkəli qalmaq istəmirdi. Yusufun məqsədi özünə bəraət qazandırmaq deyildi, haqqı, ədaləti bərpa etdirmək idi.
Yusufun yuxusu sonunda gerçəkləşdi. Ona "səcdə" də etdilər. Bunu Allah üçün edilən səcdə ilə qarışdırmaq olmaz. Bu Mələklərin Adəmə etdikləri səcdənin (təzim) eynisi idi. Yusufun yuxusu bütün imtahanlarını layiqi ilə verdikdən sonra gerçəkləşdi...
Surə son ayələrində “Bu, hər kəsə sadəcə bir xatırlatmadır” deyir. [Yusuf, 104] Bizə bir hekayə danışır və “bu sadəcə xatırlatmadır” deyir... Bizə gözəl bir hekayə danışır və xatırlatmadır deyir. Xatırlatdıqları isə ibrətlik örnəklərdir: Allahın təqdirinə qarşı çıxma, kölə olma, əxlaqlı, iffətli ol ki, sənə şər ata bilməsinlər, bəzən həqiqi azadlıq üçün zindan çıxış yolu ola bilir...
"Yusuf qissəsi" qissələrin ən gözəlidir.
Yusuf surəsi bizə başdan sona qədər Həzrəti Yusufun qissəni anladır. Yusufun yuxusundan başlayan hekayə onun yuxusunun reallaşması ilə sona çatır.
Allah dilədiyinə sadəcə “Ol!” deyər. Siz onu quyuya salsanız da, zindana atsanız da Allahın iradəsinə mane ola bilməzsiniz.
İKİ
Bu qissədə qəribə bir ikilik var. Yusuf da yuxu görür, Misir kralı da.
Birinci "yuxu" Yusufu quyuya salır, ikinci yuxu Yusufu zindandan çıxarır.
Zindan yoldaşlarının ikisi də yuxu görür.
Yaqub da yuxu yozur, Yusuf da.

Həzrəti Yusuf

Qardaşların da dəlili köynəkdir, Züleyxanın da. Sonda ikisi də Yaquba verilir. Biri “Yusuf öldü!” deyə gətirilərkən, o biri "Yusuf sağdır" mesajını daşıyır. Biri Yaqubu bu həsrətdən kor edərkən, o biri vüsaldan xəbər verərək kor gözlərinə məlhəm olur.
Yusuf zindana "iki" dəfə atılır; Biri Züleyxa tərəfindən, digəri yuxusunu yozduğu zindan dostundan onu kralın yanında xatırlatmasını istədiyində... Yusuf bir anlıq yanlış edir. Və bu ona baha başa gəlir. Yardımı Allahdan deyil, zindan dostundan istəyir. Allah da əvəzində onu daha bir neçə il orda saxlayır. Zindan yoldaşı kralın yuxu görməsinə qədər Yusufu “unudur”.
Yusufun quyuya da atılmasının səbəbi sevgi idi, zindana da. Qardaşları onu atalarına qısqanaraq quyuya atır, Züleyxa onun sevgisinə arxa çevirdiyi üçün zindana atır...

Qardaşları da günah işlədi, Züleyxa da...
Onlar da günahlarını etiraf edıb tövbə etdilər,
Züleyxa da... Yusuf da hər ikisini bağışladı.

Yusuf da peyğəmbər idi, atası Yaqub da...

Həzrəti Yusuf

HİCRƏT
Hər peyğəmbərin həyatının bir hicrət dönəmi var. Yusufun hicrət yolçuluğu qardaşlarının onu atdığı quyudan başladı... “Bir mühacir nə edə bilər?!” deyənlər Yusufa baxsın. Quyuya atılmaq, kölə kimi satılmaq, iffət qarşılığı zindana tərk edilmək... bütün bunlar maneə ola bilməz və bilmədi də. Olsa-olsa sadəcə "iqtidar" yolçuluğunda bir imtahandır. Yusuf bu imtahanı üz ağlığı ilə verdi. Quyuya tərk edilərkən Rəbbinin mesajını alan Yusuf [Yusuf, 15] Züleyxanın şərindən də Rəbbinə sığındı [Yusuf, 23], Rəbbinə hicrət etdi.
Bütün olanlar Allahın muradının gerçəkləşməsi üçün idi. Həzrəti Yusuf bu ilahi ssenaridə “qul!” rolunu oynamış, qardaşları və Züleyxa isə yanlış rol seçmişdilər. Yusufun iffəti və əhvi sayəsində onlar səhvlərini anlamış və günahlarını etiraf etmişdilər. Bütün hicrətlər kimi Həzrəti Yusuf da hicrəti qələbə ilə bitmiş, ona xəyanət edənlər sonda təzim məqsədi ilə ona səcdə etmişdilər. Burdakı səcdə Həzrəti Adəmə üstünlük timsalı olaraq edilən səcdə ilə eynidir. Bir zaman Mələklər də Adəmin üstünlüyü qarşısında ona səcdə etmişdilər. Həzrəti Yusufa da səcdə edildi.
Rəbbi onu seçərək üstün etdi. Çünkü O, “yaxşılıq edənləri belə mükafatlandırır” [Yusuf, 22]
Həzrəti Yusufun quyudan Misirə sultan olaraq getməsi quyuya atılanlara bir müjdə verir:
Ey dövrünün Yusufu! Sultanlığa gedən yol bəzən quyulardan, bəzən zindanlardan, bəzən də kölə olmaqdan keçir. Əgər sən Dünya adlı Züleyxana arxa çevirə biləcək bir iffətə sahibsənsə onda əmin ol ki, bir zaman mütləq sən də dövrünün Misirinə sultan olacaqsan...

Həzrəti Yusuf


Geri dön

KRiPToS

  • 12 yanvar 2012 15:06
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
Allah razi olsun!!!

--------------------

velehat

  • 12 avqust 2011 23:03
  • Məqalə: 0
  • Şərh: 204
  • Bal:
{awards}
xebere gore twk...

music_angel

  • 11 avqust 2011 22:20
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
H.yusifin filmine de baxmisam...cox sagolun Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 11 avqust 2011 19:58
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Ay Üzlü

  • 10 avqust 2011 20:42
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

İLQAR.

  • 10 avqust 2011 19:27
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
cox saqolun.

★Azerbaijan girl★

  • 10 avqust 2011 14:57
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
aydaa bir vaxtlar nece hevesle baxardim bu kinoya tsklerr

qonce

  • 10 avqust 2011 14:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,maraqli xebere gore.....Insan oxuduqca oxumaq isteyir.......Minnetdaram!Allah sizden razi olsun!

Tesekkur,maraqli xebere gore.....Insan oxuduqca oxumaq isteyir.......Minnetdaram!Allah sizden razi olsun!

Tesekkur,maraqli xebere gore.....Insan oxuduqca oxumaq isteyir.......Minnetdaram!Allah sizden razi olsun!

Narka E-ZaDe

  • 10 avqust 2011 12:58
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

ZEHRA

  • 10 avqust 2011 12:45
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
Allah razi olsun

✰GlaMurKa✰

  • 10 avqust 2011 12:41
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH razi olsun

Sirli Melek

  • 10 avqust 2011 11:59
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
BU HAQDA SERİALA BAXMIŞDIM.
ÇOX MARAQLI İDİ

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

.angela

  • 10 avqust 2011 11:57
  • Məqalə: 0
  • Şərh: 234
  • Bal:
{awards}
twk

KaRola_16

  • 10 avqust 2011 11:53
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLI XEBER IDI ALLAH RAZI OLSUN...

--------------------

HaYaliM

  • 10 avqust 2011 11:50
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}