İnsanlıqda yaşıd

 
İnsanlıqda yaşıd

Söz insandan öncə yaradıldı: Əvvəlcə kəlam, sonra isə İnsan. Elə məhz ona görə də kəlam insandan böyükdür.
Allah “OL!” dedi, bütün varlıq aləmi də əmrə təslim olaraq “olmağa” başladı. “Olunca” da zikr və təqdis edərək Rəbbinə ibadət etdi. Günəş şüası, ay nuru, yer təvafı, gül ətri... İNSAN QULLUĞU ilə ibadətdədir.

İnsanlıqda yaşıd

Allah insanı yaratdı və ona dəyər verərək onunla danışmağa başladı. Ona “olar -olmaz”, “yaxşı - pis”, “gözəl - çirkin” anlayışlarını aşıladı, onların tərifini insanın ixtiyarına vermədi, Özü dəyərləndirdi. Axirətdə də bu dəyərləndirdiyi ölçü ilə də insanoğlunu hesaba çəkəcəyini öncədən bildirdi. Bu dəyərlər bütününə də İslam adını verdi, insanlığı İslama dəvət etdi. Mesajlarını bütün insanlara yönəltdi.
Allah yaratdı və yaratdığı hər bir varlığa da yaradılış məqsədini, yaradılış qayəsini açıqladı. Lakin bəzən nəyi, niyə yaratdığını insana açıqlamaz, onu yalnız Özü bilər. Yaratdıqlarına özəl diqqət ayırmağımızı istədikdə onlara xüsusi vurğu vurar:
And olsun günəşə.
And olsun aya.
And olsun on günə.
And olsun qədr gecəsinə...
Allah bütün bunlara niyə and içdiyini də bəzən açıqlayar, bəzən isə açıqlamaz. Bizim dərk etməyimizi, anlamağımızı, bunu düşünməyimizi istəyər.


İnsanlıqda yaşıd

Bəzən seçər:
Məxluqatın içindən İnsanı.
Mələklərin içindən Cəbrayılı (a.s).
Rəsullar içindən Muhəmmədi (s.a.s).
Kitablar içindən Quranı.
Şəhərlərin içindən Məkkəni.
Məbədlərin içindən Kəbəni.
Günlərin içindən cüməni.
Gecələrin içindən qədr gecəsini.
Ayların içindən Ramazanı.
İbadətlərin içindən həcci...
Bunların da səbəblərini bəzən açıqlayar, bəzən isə yox.

İnsanlıqda yaşıd

Quranın nazil olduğu ay olduğu üçün aylar içində Ramazana sultan deyər. Qurandan öncə də kitablar göndərilmişdi: Tövrat, İncil, Zəbur... Lakin Qurana başqa bir özəllik, başqa bir dəyər verməklə onu daha öncə göndərilən kitablardan ayırdı, onu Öz qoruması altına aldı. Hərfinə belə toxunmağa heç kimə səlahiyyət vermədi. İlk göndərilən kitablardakı vəhyi də ehtiva edən Quran insanlıq üçün tamamlanmış, qiyamətə qədər dəyişdirilməyəcək son mesaj oldu.

Cəbyaıl (a.s) Rəsullarla Allah arasında elçi olmaq üçün seçildi. Allah bir çox qulu ilə onun vasitəsi ilə danışdı. Musa Peyğəmbər istisna olunmaqla bütün Peyğəmbərlərə vəhy Cəbrayıl (a.s) vasitəsi ilə göndərildi.


İnsanlıqda yaşıd

Muhamməd (sas) bütün insanlıq üçün göndərilən, aləmlərə rəhmət, Həbibullah bir elçi olaraq digər peyğəmbərlərdən seçildi. Ondan öncə gələn nəbilər, rəsullar qövmləri üçün göndərilsə də o Aləmlərə rəhmət olaraq bütün insanlığa göndərildi.

Şəhərlərdən Məkkəni, məbədlərdən Kəbəni seçərək yalnız iman edənləri deyil bütün insanları həccə çağırdı. “Ey insanlar!” deyə xitab edərək insanların hər birinə dəvatnamə göndərdi.

Bir də orucu seçdi.
Oruc da İslamla deyil insanlıqla yaşıd olan bir ibadətdir. Ona görə də ayədə “sizdən öncəkilər kimi sizə də fərz qılındı” deyilir. Bizdən öncəkilər... Bizdən sonrakılar... Yəni bütün insanlıq...

İnsanlıqda yaşıd

Bizdən öncə də oruc tutublar, bizdən sonra da tutacaqlar. Lakin heç biri təkrar olmayacaq. Necə ki, Ramazan ayı təkrar deyil, yəni əvvəlki Ramazan ayının təkrarı olmur, daha doğrusu ola bilmir... Hər il 10 gün zaman dəyişikliyi etməklə, ilin bütün fəsillərini, ilin bütün aylarını gəzir. Bir insan ömrü eyni ayda, eyni gündə başlayan Ramazanı təkrar yaşamağa yetərli deyil. Təkrarı olmayan bir Ramazanla qarşılaşdığımız, təkrarsız bir ayı yaşamağa məcbur olduğumuz kimi, bir – birini təkrarlamyan oruc tutmaqla da mükəlləfik. Peyğəmbərimiz də elə demirdimi:
“iki günü eyni olan ziyandadır”. İki günün eyniliyi ziyandırsa, iki Ramazan eyni ola bilərmi? Ramazanlar eyni deyilsə bir mömin iki günü eyni olan oruc tuta bilərmi?

Təkrarı olmayan Ramazanda təkrarı olmayan ibadətlər etməklə mükəlləfik. O zaman yeniliyə doğru bir addım ataq. Ramazanı Ramazana layiq bir şəkildə təkrarsız qarşılayaq.
Gedərkən üzülməmək üçün, gələrkən Ona layiq olmağa çalışaq. Qarşıladığımızın bir SULTAN olduğunu unutmayaq. Sultan Sultanlara layiq qarşılanmazsa Sultandan Sultanlara layiq mükafat gözləmək əbəsdir.

Hamılıqla birlikdə xeyirli Ramazanlara.


Geri dön

velehat

  • 12 avqust 2011 23:02
  • Məqalə: 0
  • Şərh: 204
  • Bal:
xebere gore twk...

R.M_FaNaTka

  • 11 avqust 2011 19:55
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

SABiNA

  • 10 avqust 2011 21:30
  • Məqalə: 24
  • Şərh: 123
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

Ay Üzlü

  • 10 avqust 2011 20:29
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

ASMIYA

  • 10 avqust 2011 17:00
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
YAZILANLAR HEPSI DOGRU, HEPSI GERCEK VE COX DA GOZEL. MINNETDARAM.

--------------------


★Azerbaijan girl★

  • 10 avqust 2011 14:45
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tskler.............

tskler.............

lovely_angel

  • 10 avqust 2011 14:24
  • Məqalə: 2
  • Şərh: 74
  • Bal:
{awards}
tewekurler

emo__boy

  • 10 avqust 2011 14:07
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
twk ?
wink

HaYaliM

  • 10 avqust 2011 13:55
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

qonce

  • 10 avqust 2011 13:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,maraqli ve dusundurucu xebere gore.Allah razi olsun! smile

Tesekkur,maraqli ve dusundurucu xebere gore.Allah razi olsun! smile

Tesekkur,maraqli ve dusundurucu xebere gore.Allah razi olsun! smile

Ada...07

  • 10 avqust 2011 13:38
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
Tewekkurler cox qozel yazibsiz...Hamılıqla birlikdə xeyirli Ramazanlara. Allah her birimizden razi olsun.

--------------------


MaCeRaÇı

  • 10 avqust 2011 13:08
  • Məqalə: 0
  • Şərh: 101
  • Bal:
{awards}
Oxudum çox anlamlı və ibrətamiz yazıdı. Allah müəllifdən razı olsun.

Narka E-ZaDe

  • 10 avqust 2011 13:02
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 10 avqust 2011 12:43
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

MuslimGirl

  • 10 avqust 2011 12:38
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Xeyirli Ramazanlar..Tam oxuya bilməsəm də, müəyyən qədər oxudum ALLAH razı olsun!

✰GlaMurKa✰

  • 10 avqust 2011 12:37
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 73

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}