Azərbaycanda hansı müğənnilər mühafizəçi ilə gəzirlər?

 
Azərbaycanda hansı müğənnilər mühafizəçi ilə gəzirlər?

Onlardan biri biri populyar müğənni Vasif Məhərrəmlidir. Gündəlik həyatında mühafizəçi ilə gəzmədiyini deyən ifaçı mühafizəçinin xidmətindən yalnız tədbirlərə gedərkən istifadə edir. "Bütün tədbirlərdə mühafizəçim Rövşən yanımda olur. O, peşəkar kikboksçudur və çoxlu sayda beynəlxalq nailiyyətləri var. İdman dünyasında Rövşəni çoxları tanıyır", - deyə Vasif Məhərrəmli bildirib.

Müğənni Samiranı isə tədbirlərdə həyat yoldaşı və ya yaxın qohumu ilə görmək mümkündür: "Mən qismətə çox inanıram. Alnımıza yazılanı dəyişmək mümkün deyil. Amma hər zaman diqqətli, ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, toylarda spirtli içkinin qəbulundan sonra bəzi qonaqlar həyasızlıq edirlər".

Səməd Səmədov isə hesab edir ki, indi əksər müğənnilərin toylara mühafizəçi ilə getməsinin səbəbi başqadır: "Bu, sadəcə, dəb halını alıb. Uitni Hyustonun çəkildiyi "Mühafizəçi" filmini xatırlayırsınız? Deyəsən, əksər ulduzlarımız özünü Uitni Hyustonun yerində təsəvvür etmək istəyir. Amma ciddi danışsaq, artistlərimizin mühafizəçiyə ehtiyacı var. Belədə daha rahat olursan".
S.Səmədov özü isə mühafizəçisiz gəzir.

Gənc ifaçı Gülay Zeynalovanı bütün tədbirlərdə həyat yoldaşı Kamil ilə birgə görmək mümkündür. O, sanki xanımının mühafizəçisi rolunu da yerinə yetirir. Kamil idmançıdır.

Rəhim Rəhimli də tədbirlərə mühafizəçi ilə qatılan ifaçılardandır. "Mən bütün tədbirlərə, toylara, konsertlərə həm köməkçi, həm də mühafizəçi rolunu oynayan etibarlı insanların əhatəsində gedirəm. Toylarımızın necə keçdiyini bilirik. Təəssüf ki, spirtli içki hamıya eyni cür təsir göstərmir", - deyə R.Rəhimli bildirib.

Populyar müğənni Səidə Sultan isə bütün tədbirlərə tək gedir və mühafizəçiyə ehtiyacının olmadığını bildirir. Amma o, gedəcəyi tədbirləri diqqətlə seçir. Səidə bildirir ki, indiyədək onu hər yerdə hörmət və gülərüzlə qarşılayıblar.

Digər populyar müğənni Elnur əksər tədbirlərə tək qatılsa da, tez-tez mühafizəçiyə də müraciət etməli olur: "Bu, tədbirin harada keçirilməsindən, necə tədbir olmasından asılıdır. Məsələn, rayonlara və ya xaricə gedirəmsə, mütləq mühafizəçiyə müraciət edirəm".


Geri dön

R.M_FaNaTka

  • 11 avqust 2011 19:54
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Ay Üzlü

  • 10 avqust 2011 20:21
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
paaaaaaaaaaaaa

İLQAR.

  • 10 avqust 2011 18:58
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
cox saqolun melumata gore

Narka E-ZaDe

  • 10 avqust 2011 17:02
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 10 avqust 2011 16:40
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
BƏZİLƏRİNƏ LAZIMDI)))

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 37

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}