Məni DƏYƏRSİZLƏŞDİRƏN əllərini qına

 
Məni DƏYƏRSİZLƏŞDİRƏN əllərini qına


Sevdin.....Çox sevdin...
İstənilən inkar sözlərimə baxmayaraq “Mənim olacaqsan” deyə biləcək qədər Çox sevdin....!
Hər an ətrafımda olmağa cəhd göstərdin...Həm pis,həm yaxşı....Həm kədərli,həm sevincli anlarımda mənə arxa oldun,dayaq oldun...
Dəyəri heç bir meyarla ölçülməyəcək qədər dəyərli idim o zamanlar sənin üçün....
İnamımı qazanmaq sənin ən böyük hədəfin idi. Verdiyim suallar bəzəkli-düzəkli xoşbəxtlik abu-havası ilə zəngin cavablarla cavablandırılırdı.....
Və nəhayət.....İNANDIM... Mən MƏNİ XOŞBƏXT edə biləcəyinə İNANDIM....
Ən əsası GÜVƏNDİM.
Bunları görmək səni də sevindirirdi....
Sevgimiz birtərəfli olsa da inamımız qarşılıqlı idi...
Və o an....
-“Səni bəyazlar içində mənə sarı gəlişini görmək istəyirəm....” dediyin an içimdəkiləri,nə hiss etdiklərimi qələmə alıb yazmaq mümkünsüzdür sadəcə.....
Saflığın, paklığın təcəssümü Bəmbəyaz bir Don.... GƏLİNLİK.... Hər qızcığazın xəyalını etdiyini, gözünün önündə canlandırdığı o Gəlinlik... Kimisinin ürəyində elə arzu , xəyal olaraq qalan Gəlinlik....və bu arzunun,xəyalın reallaşa biləcəyinin sevinci.... Sevindirdin əlbəttə ki... Kİm sevinməz ki?!

***
Vağzalı səslənir.... Anamın məni sanki son dəfə görürmüş kimi dolmuş gözləri ilə mənə baxması.... içimi ağlatdı..... damlalar süzülə-süzülə yanağımdan AnAma Son KƏS sarılırmış kimi bərk-bərk sarıldım.....!
O zaman hələ çox şeyi dərk etmir insan zəkası..... Hər şey çox rəngarəng,oynaq, sevincdolu görünür gözünə.
Gedirəm...hər cür şıltaqlığıma, ərköyünlüyümə, dəcəlliyimə tab gətirilən EVİMDƏN....

Yeni açmış tər çiçək kimi qayğı göstərir hamı...Sənin qayğın daha çox sevindirirdi , əlbəttə ki..
Xəyalını etdiyin, bir zamanlar əlçatmaz olan MəN artıq bircə addımlığında idim.

***
Zaman su kimi axıb....... gedir.... Mənsəbi yox ki?!
Bizə isə sadəcə zamana uyğunlaşmaq qalır.
Elə bil üzərimizdəki buludlar tez-tez qaralmağamı başladı?!
Gözlərim dolmuş buludlar tək yanağıma yaşlar süzdürməyə başladı.....

“Səni xoşbəxt etmək üçün əlimdən gələni əsirgəməyəcəm” deyənim , nədənsə son vaxtlar dilinə yaman “acı” dəyirəm...
Birdən-birə dəyişilə bilərmi bir insan bu qədər?!
Yoxsa mənmi indi fərqinə varıram əsl “SƏN”in....!

Axı çox dəyərli idim, çox sevilirdim...Dəyərimmi öldü, Sevginmi?!
Beynimdə dolanan,yuxumu ərşə çəkən cavabsız suallar...
Anamın məni evimizdən bərli-bəzəkli gəlin kimi yola saldığı gün baxışlarındakı o ifadəni ,üzündəki o hüznü indi-indi anlamağa başlayıram sanki...
“Hər Nə olursa olsun dözüb tab gətirməli, gücünü itirməyib hər çətinliyin üzərinə getməlisən... ” deyirmiş...

***
İndi isə cavab ver:
Bunun üçünmü bu qədər dil töküb sevginə inandırırdın?! Bunun üçünmü güvənimi qazanmaqdan ötrü əldən-ayaqdan gedirdin?!
Mən DƏYİŞİLMƏDİM Kİ.....
Bir insan 7sində nəisə 70də də ODUR! Gözünə Kəm görünməyimin səbəbi nə?!
Əlçatmaz ikən dəyərli idim.....əlin çatdı dəyərimmi öldü?!
O zaman Məni YOX - Mənə toxunub dəyərsizləşdirən Əllərini günahlandır!


Geri dön

R.M_FaNaTka

  • 11 avqust 2011 19:50
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Sirli Melek

  • 11 avqust 2011 11:57
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
“Səni xoşbəxt etmək üçün əlimdən gələni əsirgəməyəcəm” deyənim , nədənsə son vaxtlar dilinə yaman “acı” dəyirəm...
Birdən-birə dəyişilə bilərmi bir insan bu qədər?!
Yoxsa mənmi indi fərqinə varıram əsl “SƏN”in....!

OĞLANLAR QIZI ƏLƏ KEÇİRMƏK ÜÇÜN ŞİRİN DİLLƏRİNİ İŞƏ SALIRLAR HƏR ZAMAN.
AMMA ZAMANLA İÇ ÜZLƏRİ AÇILIR(

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 10 avqust 2011 20:07
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Narka E-ZaDe

  • 10 avqust 2011 18:46
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

MiLeyla

  • 10 avqust 2011 18:35
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox teessufki azerbaycanda cutluklerin coxu evlenenden sonra bu cur olur. recourse

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Мой Мир

  • 10 avqust 2011 17:38
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrr

--------------------
∞♥

Gizli_Bir_Dünyam

  • 10 avqust 2011 17:37
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
Çox kədərli yazıdı. Oxuya-oxuya kövrəldim.Belə dəyərli və gözəl yazıya görə müəllifə minnətdaram.


Vağzalı səslənir.... Anamın məni sanki son dəfə görürmüş kimi dolmuş gözləri ilə mənə baxması.... içimi ağlatdı..... damlalar süzülə-süzülə yanağımdan AnAma Son KƏS sarılırmış kimi bərk-bərk sarıldım.....!
O zaman hələ çox şeyi dərk etmir insan zəkası..... Hər şey çox rəngarəng,oynaq, sevincdolu görünür gözünə.
Gedirəm...hər cür şıltaqlığıma, ərköyünlüyümə, dəcəlliyimə tab gətirilən EVİMDƏN...


HaYaliM

  • 10 avqust 2011 17:27
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Mən DƏYİŞİLMƏDİM Kİ.....
Bir insan 7sində nəisə 70də də ODUR! Gözünə Kəm görünməyimin səbəbi nə?!
Əlçatmaz ikən dəyərli idim.....əlin çatdı dəyərimmi öldü?!
O zaman Məni YOX - Mənə toxunub dəyərsizləşdirən Əllərini günahlandır

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Iriska

  • 10 avqust 2011 17:26
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
O zaman Məni YOX - Mənə toxunub dəyərsizləşdirən Əllərini günahlandır!

Vauuuuu super Tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}