Ay ana,dostum evlənir

 
Ay ana,dostum evlənir

Muəllib yazısı rubrikasında sizlərlə,
hər birimizin həyatın mövcud olan “gənclik teoremi”
mövzusundan bir qədər yazmaq istədim.
Beləliklə gəlin birlikdə bu movzu barədə həmsöhbət olaq

Hər birimizə Allah tərəfindən verilmis bir ömür payı var. Və bu müqəddəs payın, özümüzü dərk edənə kimi, yəni hardasa 16-17 yaşımıza qədər olan olan hissəsi, sonradan yaşadığımız zamanda bizə nagıl kimi gəlir.Hətta unutduğumuz məqamlar da olur.
Amma necə deyərlər,həddi-buluga catdıqmı, başlayır əsl həngamələr.
Bu yaxında bir yazım dərc olundu. Valideyn savaşının usaqa təsiri barədə. Həmin yazımda hər bir ailədə baş verə biləcək müəyyən məqamlar əks olunmusdu.
Hec kəs deyə bilməz ki,”xeyr,bizim ailəmizdə valideynlərimin bircə dəfə də olsun söz-söhbəti olmayıb”.Əlbəttə inanılası deyil
Cünki, bu insan psixologiyasının normal təzahürüdür.
Məsələn bizim evimizdə valideynlərim sozləsəndə mən hec vaxt müdaxilə etmirdim. Kənardan olanları izləyərək kimin haqlı, kimin haqsız olduğunu özlyümdə dərk edirdim və haqsız tərəfə qarsı qəzəb və kin duyğuları yaşayırdım özlüyümdə. Bəlkə də qarsımda məndən kicik biriləri savaşsa idi, mən də səsimi ucaldardim,ən

Ay ana,dostum evlənir

azından onları sakitləşdirməyə çalışardım. Təbii ki,hardasa sakitlik yaranacaqdi.
Amma türklər demişkən “söz konusu” – valideynlərimiz olanda...
Gəlin bir anlıq düşünək - valideynlərimiz savaşır, bizim əsəblərimiz tab gətirmir, səbrimiz pik noqtəyə çatır və səsimizi atriq başımıza var gücümüzlə qışqırırq:” Eeeeee bəsdirin dəəəəə... Bezdim e əlinizdəəənn”
Hətta bəzi “dilli dilavər” olanlar da heç də çəkinməyərək bu ifadəyə müəyyən “bəzəklər “ də əlavə edir. O an valideynlərimizin bizə baxışlarını təsəvvur edin ) Sanki əcaib bir varlıqa baxırlarmış kimi heyrətlə baxırlar.Bax bu an onlar bizi uşaq görürlər.Hətta hardasa qıçıqlanırıar “sən səsini kəs deyə” Deməli bizim 17 yox lap 27 yaşımız olsa da biz hələ də onların gözündə uşağıq.
Bax burdan başlayır mənim yazmaq istədiyim mövzu
Gənclik və valideyn təzyiqi
Mən zərif cinsin nümayəndəsi olduğum üçün mənə daha da yaxın olan qız psixologiyasından yazacam.
Hər bir gənc müəyyən yaş həddində sevgi macəraları yaşayır. Təbii olaraq,bunu əvvəlcə valideyndən gizlədir,telefonların səsi bağlanır. Sistem kecir hər kəsin bu dönəmdə “müqəddəs xilaskar “saydığı “vibrasiya” rejiminə. Amma insan özündəki dəyişikliyi təbii ki,gizlədə bilmir. Və bizim olduqca həssas olan analarımız başlayırlar gizli “operativ əməliyyata”.
Telefonu əlimizdə görduyundə anamız “kiminlə danışırdın? “ deməkdən, biz isə “telefonla danışmırdım ki, “iqra”oynayırdım” deməkdən yorulmuruq.

Ay ana,dostum evlənir

Bəs niyə gizlədirik? Niyə canimizdan da artıq sevdiyimiz bir varlıqa əsl həqiqəti söyləmirik?
İstər istəməz “başımız sakit olsun deyə” müəyyən yalanlara əl atırıq.
Kim yaradır bu cıxılmaz vəziyyəti? Bizim cəzarətsizliyimizmi yoxsa valideynlərimizin bizə hələ də”usaq” gözü ilə baxmasımı? Özü də bir məqama diqqət edin. Sevib secdiyimiz şəxs səviyyəmizdən bir az aşağı olduğunda daha cox baş verir bu cür aqressiyalar.
Anma necə olur ki,sevdiyi şəxsin imkani”full” olduqda , hec onda bəzi valideynlər oz övladını hec də usaq hesab etmir. Əksinə bu sevdanin baş tutmasına var gücləri ilə şərait yaradır
İndi deyəcəksiniz ki, burda nə var ki,hər bir ata və ana öz övladının gələcəyini düşünür və onun daha da imkanlı bir tərəflə ailə qurmasını istəyir.
Amma belə deyil axi. Deməli “damad alayi”kasibdisa qiz hələ uşaq hesab olunur,yox əyər imkanlıdırsa “uşaq nədi,qızın yaşı keçir artiq “)
Və ya hansısa bir oğlan biq qız sevir. Amma anası bunu hec hec qəbul etmək istəmir. Başlayır hələ tanımadığı, bilmədiyi, görmədiyi “ğələcək gəlini” haqqında “təriflər yağdırmağa.

Ay ana,dostum evlənir

Amma elə ki,esidir ki,oglunun sevdiyi,secdiyi qız “əsilzadələrdəndir” başlayır “qadasın alım gəlnimin”mahnısını dodaqaltı zümzümə etməyə..
Doğurdan da qəribədir.Hətta bəzilərimiz özümüzdə bir az cəsarət tapıb etiraz səsimizi ucaldanda
Valideynlərimiz o dəqiqə kecir özünümüdafiəyə:
- “Hec bilirsən sənin üçün nə qədər yuxusuz gecələr keşirtmişik. Budur çöx sagölun.Unutma ki, nələr etsən də ömrün boyu biz valideynlərinə borclusan. Əzizim,biz sənin pisliyinə demirik.. Şikayət eləmə ki, səni öz arzularımızla idarə edirik. Əmin ol ki, vaxt gələcək,sənin də uşaqların olacaq, sən də onların həyatını quracaqsan.Onları idarə edəcəksən. Bax onda sən bizi anlayacaqsan.”
Bax indi gəl səbr et də...
Artıq mövzunu bağlayıram. Sizlərə isə kiçik bir sualım var
Sizcə kimdir haqlı...?


Geri dön

RoMaNTiK SerSeRi

  • 14 fevral 2012 21:54
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

R.M_FaNaTka

  • 11 avqust 2011 19:55
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Ay Üzlü

  • 10 avqust 2011 20:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Narka E-ZaDe

  • 10 avqust 2011 17:04
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 10 avqust 2011 16:45
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
VALİDEYNLƏRƏ HƏR ZAMAN BORCLUYUQ. ONLARIN DEDİKLƏRİNƏ QULAQ ASMALIYIQ

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KaRola_16

  • 10 avqust 2011 15:47
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
TEWEKKURLER... MARAQLI XEBERDIR...

--------------------

HaYaliM

  • 10 avqust 2011 15:27
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
duzdur bezi hallarda valideyinlerimizle razilasmasaqda amma axirda gorurukki her sey onlarin dediyi kimidir.dusunuremki hec bir valideyin oz ovladinin pisliyini istemez.ve men hec vaxt ata anamin sozunden cixmaga cesaret etmerem ve vaxt olubki qerar vermeli olmusam.sonda valideyinlerimin dediyini secmisem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}