Qəmin dərmanı səbrdir

 
Qəmin dərmanı səbrdir

Dərd,kədər qapı bilməz-bu dəmirdir,ya taxta.Vaxtsız,vədəsiz döyər,açılmaz,zorla açar,onu evdən bir kimsə qova bilməz,ta ki,Allah özü qovmasa,istəsən özbaşına qapıdan qovasan,pəncərədən girəcək,pəncərədən qovasan....
Qəm dəmiri çürüdər,kədər isə ürəyi.Dəmiri nəmişlikdən qurtarmağın iki yolu var-işləmək və isti yer.Ürəyi qəmdən,kədərdən qurtarmağın yolu da ikidir-soyuqqanlılıq və səbr.Ürəklər birdir,dərdlər bambaşqa.Dərd üçün deyirlər ki, filankəsin böyük ürəyi var.Bəzən bunu yaxşı ürək sahibinə də aid edirlər.Böyük ürəkdə böyük dərd gəzər.
Adəmi yaradarkən Allah 40 gün yer üzünə yağış yağdırmışdır.Qədim məxəzlərdə də göstərilir ki,bunun 39 günü qəm yağışıdı,deməli bəşər xilqətinin palçığında qəm daha çoxdur.Məhəmməd Peyğəmbər buyurduğudur"Allah sevdiyi bəndəsinə dərdə mübtəla edir ki, onun yalvarışını eşitsin".
Böyüklər Allahdan da irəli əziyyətdən qorxar.Düşdüyü ağır vəziyyətdən çıxmaq üçün Allaha yalvarar ki, bu əziyyətdən qurtarsın.Və qurtulandan sonra Allaha yalvarır ki, bir də o əziyyətə düşməsin,İlahi onu o əziyyətə salmasın.


Qəmin dərmanı səbrdir

Ən əsası da odur ki, başqasını qəminə,kədərinə şərik çıxa biləsən,onu qəmində,kədərində dayana biləsən,onu özününkü biləsən,bir də biləsən ki,bu gün onun üçündürsə sabah da sənin üçün ola bilər.Sən başqalarının iztirabına layeqdsənsə,insan adına layiq deyilsən.İnsan adına layiq olmaq üçün başqalarının dərdinə şərik durub,gərək onun iztirablarına laqeyd dayanmayasan.
Məhəmməd Petğəmbər buyurub ki,sizdən mənim üçün ən əzizi o kəsdir ki,xoş üzlə qəmginliyini şadlığa çevirir.Qəmli,kədərli günlərinizi şadlığa,nəşəliyə çevirib,yaşayın.Həyatın ləzzəti,bəlkə də ,elə bundadır.
Bəzən insanlar əzab verilən,əziyyət çəkən adama kənardan dayanıb baxmağı xoşlayır və həmin dərdli adamaların dözümü onlara ləzzət eləyir və üzünə,daldada fəxrlə bu dərdə dözümü üçün onu tərifləyirlər,dərdə,kədərə,dözümə görə,tərifdə olunurmuşuq Allah!O səbəbdən dərdini,kədərini,şadlığını gərək heç adamlar arsında çoxda biruzə verməyəsən.Kədər,dərd insanın öz xasiyyət və fəaliyyətindən yaranır.O,səbəbdən dərd toxumunu səpən özümüzük-taleyi,Allahı suçlandırmayaq.
Dərdə öyrədəndir,dərd tərbiyə edəndir,o da bir məktəbdir insan üçün.Həyat çox şirindir-inanmırsınızsa gedin sağır,yetim dərddən soruşun,o deyər.


Geri dön

Ulya

  • 12 sentyabr 2010 11:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
ZoLuShKa,
dangerous_angel,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}