Məktəblərin I sinfinə şagird qəbuluna başlanılıb

 
Məktəblərin I sinfinə şagird qəbuluna başlanılıb

Yeni tədris illərinə hazırlıq işləri gedir

Növbəti tədris ili üzrə Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna başlanılıb. Təhsil Nazirliyinin müvafiq əmrilə təsdiq olunmuş qaydalara əsasən ümumtəhsil məktəblərinə bir qayda olaraq hər il sentyabrın 15-dək 6 yaşı olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonuna qədər olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-a qədər Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb, müvafiq qərar verilir.

6 yaşlı Lamiyə məktəbə qəbul olunmaq üçün sınaqdan keçməyə gəlib. Onun istəyi oxuyub həkim olmaqdır. Lamiyə kimi onlarla balaca məktəbli adını daşımaq üçün məktəblərdə sənəd qəbulu komissiyalarında müvafiq sınaqlardan keçirlər. Bu sınaqlarda əsasən balacaların məktəb öncəsi hazırlığı, yaşına uyğun məntiqi, intellekti yoxlanılır.

Nazirliyin ibtidailər üzrə dərs hissə müdiri Kainat İbrahimova sınağın əsas məqsədinin balacaların məktəb öncəsi və sonrakı inkişafını müqayisə etmək olduğunu bildirib.

“Tədris dövründə monitorinq apardıqca hansı inkişafa malik olduqları bir daha bizə aydın olur. Uşaq məktəbə gələndə nəyi bilirdi və sonrakı inkişaf dövründə nələri öyrənə bilir, onun qavrama qabiliyyətini hansı baxımdan inkişaf etdirə bilirik və s.”, - deyə Kainat İbrahimova vurğulayıb.

Qeyd edək ki, bu il I sinfə gedəcək uşaqların sayı ötən illərlə müqayisədə daha çoxdur. 2010-2011-ci tədris ilində ölkədə I sinif şagirdlərinin sayı 120420 nəfər, 2009-2010-cu dərs ilində isə 118947 nəfər təşkil edib.

Dərs ilinin başlamasına 1 aydan bir az çox qalmasına baxmayaraq, aktual məsələlərdən biri, bəlkə də elə birincisi məktəbli formalarıdır. Bakı Tikiş Evinin rəhbəri Fədai Rəhimov tədris ilinin başlamasına az qaldığından gərgin işlədiklərini bildirib. Məktəbli formalarının qiymətlərinə gəlincə, ötən illə müqayisədə heç bir qiymət dəyişikliyinin olmadığını bildirdi.

Belə ki, 26 ölçüdən 38 ölçüyə qədər, yəni, I sinifdən VI sinifədək olan modeldə kostyumun qiyməti 30 manat, köynək və poluverin qiyməti 5 manatdır. 40-42 ölçüdə kostyumun qiyməti 35 manat, köynək və poluverin qiyməti 5 manatdır. VII-XI siniflərə qədər olan 50 ölçüdə kostyumun qiyməti 40, köynək və poluverin qiyməti 7 manatdır.

Ötən illə müqayisədə bu il Tikiş Evinin mərkəzi mağazasında sıxlıq və çaşqınlığın yaranmaması üçün Bakı və Bakı ətrafında fəaliyyət göstərən daimi, yaxud səyyar mağazalara da müraciət etmək olar.

Qeyd edək ki, Tikiş Evinin mağazaları il boyu fəaliyyət göstərir. İlin istənilən dövründə bu mağazalardan istənilən ölçüdə məktəbli forması əldə etmək olar.

Sonda bütün məktəblilərə uğurlu tədris ili arzularyırıq.


Geri dön

yanigam sonra

  • 12 avqust 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
geleceyleri isdedikleri kimi olsun

--------------------
GAME_OVER_GOZELIM

R.M_FaNaTka

  • 11 avqust 2011 19:46
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Sirli Melek

  • 11 avqust 2011 11:04
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
BÜTÜN MƏKTƏBLİLƏRƏ SAVADLI OLMALARINI ARZU EDİRƏM.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

mirkamal97

  • 11 avqust 2011 06:59
  • Məqalə: 48
  • Şərh: 408
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

Clever_Girl

  • 11 avqust 2011 00:16
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
təşəkkürlər

yanigam sonra

  • 10 avqust 2011 23:01
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
USAGLIG GUNLERI

--------------------
GAME_OVER_GOZELIM

Narka E-ZaDe

  • 10 avqust 2011 22:11
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Delya_91

  • 10 avqust 2011 21:27
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

NİKİ

  • 10 avqust 2011 20:30
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
tesekkur...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Ay Üzlü

  • 10 avqust 2011 19:52
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

KaRola_16

  • 10 avqust 2011 19:43
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
BUTUN BIRINCILERE UGURLAR...

--------------------

HaYaliM

  • 10 avqust 2011 19:34
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
bütün məktəblilərə uğurlu tədris ili arzularyırıq.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 62

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}