Xurma pəhrizi

 
Xurma pəhrizi

Xurma Quranda adı çəkilən üç meyvədən biridir. Xurma ekzotik meyvə, şirniyyat, desert, isti ölkələr üçün "səhra çörəyi" və təəccüblənsəniz də pəhriz ərzağı kimi istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Çində qidalarının əsas hissəsini xurma təşkil edən uzunömürlülər var. Yabanı xurma 5-7 min il bundan əvvəl ərəblərin əcdadları tərəfindən istifadə olunub. Xurma təsvirlərinə Misir məqbərələrində də rast gəlinir. Ərəb cəngavəri yürüşə getməmişdən əvvəl dözümlülük üçün atına 2 kisə xurma yükləyərdi. Xurma ağaclarının böyük hissəsi Səudiyyə Ərəbistanında yetişir. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri də Səudiyyə Ərəbistanı tutur.

Xurmanın faydası

Qədim zamanlardan xurma müalicəvi xüsusiyyətilə tanınırdı. Belə ki, xurma insana güc, dözümlülük gətirir, kişi patensiyasını artırır. Xurma ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur.

Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları
hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.


Xurma pəhrizi

Xurma pəhrizi bu gün çox populyardır. Onun kim tərəfindən düşünüldüyünü demək çətindir. Amma bir şey faktdır ki, xurma həkimlər tərəfindən hamıya məsləhət görülür: diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara. Bu qrup insanlara adi şirniyyatları yemək məsləhət deyil. Pəhriz 10 gün ərzində tutulur. İlk 4 gün ancaq xurma yeyilməlidir. 5-ci gündən etibarən son 10-cu günə qədər qida rasionuna əlavə meyvələr - alma, armud, portağal (şirin olmayanı və sulularını seçin) daxil edilə bilər. Maye olaraq mineral su, səhərlər çay, acı qəhvə və yaşıl çay içilməlidir. 10 gündən sonra normal qidalanmaya qayıtmaq olar, amma həddindən artıq yeməmək şərtilə. 7 gündən sonra isə pəhrizi təkrar saxlamaq olar.

Pəhriz xurma yeməyə heç bir məhdudiyyət qoymur. Amma çox yemək də məsləhət deyil. Xurmanın elə spesifik dadı var ki, pəhrizin ilk vaxtlarında ən sevimli şirniyyatınız olan xurma pəhrizin sonlarına doğru belə olmaya bilər.

Pəhrizin effektivliyi

Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Belə bir sual yarana bilər ki, bu faizdə şirin olan meyvə insanı necə arıqlada bilər. Cavab sadədir: xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyin işi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir: 100 q quru xurmada 280 kalori var ki, bu da pəhriz ərzağı üçün çoxdur. Həmçinin 100 q xurmada 70 q karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və adi pəhrizlərdə olan başağrısının qarşısını alır. Bundan başqa, xurmada heç zülal olmadığından, pəhriz əzələ toxumasının qurumu və əlavə mayedən azad olmaq üçün aşağı effektivlidir. Pəhrizin əsas üstünlüyü xurmanın tez həzm olunmasıdır. Onlar orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir və piyə çevrilmədən tez həzm olunur.

Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur.
Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.

Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi
hesab edilir. Xurmanın tərkibindəki ftor dişləri kariyesdən qoruyur,
selen - xərçəng və ürək xəstəliyi riskini azaldır, immun sistemini gücləndirir.


Geri dön

YaĞMuR DaMLaSı

  • 9 fevral 2012 21:33
  • Məqalə: 3
  • Şərh: 44
  • Bal:
Xebere göre teşekkürler..

--------------------
Menim istediyimi ALLAH istemirse movzu baglanmisdir...

Sirli Melek

  • 12 avqust 2011 10:28
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
XURMA İLƏ ÇAY İÇMƏYİ XOŞLAYIRAM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

music_angel

  • 11 avqust 2011 21:57
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Tesekkur edirem

--------------------

Narka E-ZaDe

  • 11 avqust 2011 21:48
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
tesekkurler

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 11 avqust 2011 21:46
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

MiLeyla

  • 11 avqust 2011 21:25
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
hmm men bunlari bilmirdim,cox deyerli melumatlardi.ellerinize sagliq.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

BDU-telebesi

  • 11 avqust 2011 20:48
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
men pehriz saxlayanda sirniyat evezine xurma yeyirdim cox Wukurde gozel tesir ideal kiloma qayitdim

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

R.M_FaNaTka

  • 11 avqust 2011 20:05
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

KaRola_16

  • 11 avqust 2011 19:48
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
HMM LAZIMLI MELUMATDIR... TEWEKKURLER...

--------------------

HaYaliM

  • 11 avqust 2011 19:45
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
gerekli melumat ucun tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

beyaz melek

  • 11 avqust 2011 19:15
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
BU MARAQLI XEBERE GORE TESEKKURLER

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 43
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}