“Həqiqətən, məscidlər Allahındır...!

 
“Həqiqətən, məscidlər Allahındır...!

“Həqiqətən, məscidlər Allahındır...!

“Həqiqətən, məscidlər Allahındır...!”

P_S. Əsirlər nə qədər yenilənləsə də, dünyamız nə qədər müasirləşsə, dövran nə qədər dəyişsə də bəzi dəyişməyən varlıqlar vardır. Onlardan biri də məhz Məscid –dir. Məscid ona görə bu qədər önəmlidir ki, onun adında və təməlində İlahi iz və İlıahi rəng var.

___Məscid Allahın evidir. Ona görə də bəndə İlahi və ülvi hisləri duymaq üçün Məscid əhli olmalıdır. Necəki bir hədisdə İmam Sadiq (ə) bu haqda belə deyir:

«Sizlərə məscidlərə getməyi tövsiyə edirəm. Çünki məscidlər Allahın yer üzündə evləridir. Kim pak və təmiz halda oraya daxil olsa, Allah-taala onu günahlardan təmizləyər...» 2.

“Həqiqətən, məscidlər Allahındır...!

___Məscid həm də hüzur və aramlıq evidir. Çünki Allahı xatırladan hər şeydə hüzur var. “...Həqiqətən Allahı yad etməklə Qəlblər aram olar!” –deyir Qurani kərim. 3.

Və Allah ən gözəl formada məhz Məsciddə yad olunduğundan ürəklərin təskinliyi və hüzurudur Məscid.

___Məscid elə bir məkandır ki, orada alınan nəfəslər belə qiymətlidir. Bir hədisdə Allahın Peyğəmbəri (s) buyurur:

«Ey Əbuzər, Məsciddə oturduğun müddətdə Allah-taala hər aldığın nəfəs üçün sənə Cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə on yaxşı əməlin savabı yazılar və on günahın silinər.» 4.

“Həqiqətən, məscidlər Allahındır...!

___Qeyd etmək lazımdır ki, Məscidin Allah qatında dəyəri onun bər-bəzəyinə, gözəlliyinə, xal-xalçaları və s. şeylərə görə deyil, onu gözəlləşdirən orada ibadət edən, Allahına tərəf yönələn bəndələrdi.

___Məscidin əhəmiyyətinə sübut olan məsələlərdən biri də Dini təlimlərdə Məsciddə necə davranma qaydaları haqda “Məscidin adabı” başlığı altında bir çox açıqlamalara rast gəlinməsidir. Misal üçün, Allahın Peyğəmbəri (s) Məscid adabı haqda belə deyir:

«Məscidlərdə səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məsciddə olduğu müddətdə hədər və əhəmiyyətsiz işlərdən əl çəkilsin...!» 5.

Məscid qırıq qəlblərin məlhəm tapdığı yer, məxluqun xaliqə qovuşduğu məkandır.

Odur ki, Məscid əhli olaq! Məscid əhli olaq ki, Məsciddə haqqı tapıb, Məsciddən kənar dünyamızı da haqqa bürüyək!

“Həqiqətən, məscidlər Allahındır...!

Hüzurçün başqa yer arama, könlüm,

yalnız aram olar ürək Məsciddə.

Başqa ünvanlarda “doğru” bulunmaz,

Haqqı da tapasan gərək məsciddə.

Rəbbin görüşüdü, qərarı Məscid,

Qüssənin, kədərin məzarı məscid.

Ey könül, et səfər Məscidə doğru,

Eşqin, məhəbbətin diyarı Məscid.

“Həqiqətən, məscidlər Allahındır...!


Geri dön

velehat

  • 12 avqust 2011 22:55
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
xebere gore twk...

KaRola_16

  • 11 avqust 2011 20:05
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

Hüzurçün başqa yer arama, könlüm,

yalnız aram olar ürək Məsciddə.

Başqa ünvanlarda “doğru” bulunmaz,

Haqqı da tapasan gərək məsciddə.

Rəbbin görüşüdü, qərarı Məscid,

Qüssənin, kədərin məzarı məscid.

Ey könül, et səfər Məscidə doğru,

Eşqin, məhəbbətin diyarı Məscid.

--------------------

R.M_FaNaTka

  • 11 avqust 2011 19:20
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Emircane4

  • 11 avqust 2011 17:46
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
men hec bilmirdim mescidde nefes almaq bele savabdi...twkler very much

Doutzen Kroes

  • 11 avqust 2011 17:46
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Dəyərli yazıya görə təşəkkürlər.
Məscidin Allah qatında dəyəri onun bər-bəzəyinə, gözəlliyinə, xal-xalçaları və s. şeylərə görə deyil, onu gözəlləşdirən orada ibadət edən, Allahına tərəf yönələn bəndələrdi
.

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Sirli Melek

  • 11 avqust 2011 16:06
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaYaliM

  • 11 avqust 2011 16:04
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 11 avqust 2011 15:54
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewkkurler

Cilent_M.Q

  • 11 avqust 2011 15:51
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

Iriska

  • 11 avqust 2011 15:44
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Xebere gore size tesekkur edirem Bir insan cemi 1 defe olsun bele mescide getse ALLAH in qapisi onun de ayaq izleri olacaq

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 88

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}