Sənsiz ömür bir kədər, eşqim

 
Sənsiz ömür bir kədər, eşqim

O gündən sonra səni ikinci dəfə idi görürdüm. Həyatımızın ən böyük cəzasından- əbədi ayrılığımızı dərk etdiyimiz o dəhşətli gündən sonra ikinci dəfə göz-gözə gəldik.
Dünən gecə o qəfil gizli nömrədən gələn telefon zəngi və “Sənsiz ömür bir kədər, eşqim..” deyə səslənən o mahnı bütün xatirələrimlə üz-üzə qoymuşdu məni. Sonra açmışdın nömrəni gecənin gec saatlarına qədər tək kəlmə belə demədən o mahnını təkrar –təkrar dinlətmişdin mənə. Əslində “dinlə” deməmişdin, mən də “dinləyəcəm” deyə söz verməmişdim. Biz susmuşduq, sükut imzalamışdı
“-Dinlə
-Dinləyəcəm”

deyən bu duyğu müqaviləsini. Fərqində deyildim artıq neçənci dəfə idi o mahnını dinləyirdim..dinlətdirirdin mənə.. Hər şey gözümün önündən kino lenti kimi keçirdi. Keçib gedən xatirələrin ardından isə göz yaşlarım su səpirdi.

Sənsiz ömür bir kədər, eşqim

“Bir bulud olub dolub, qalıb kövrəlmişəm mən, eşqim...”
deyə-deyə... Xəttin o başındakı SƏNin də əzabını əzbər bilirdim. Son dəfə mahnını dinləyib kiçicik mesaj yazdım sənə. “Artıq hər şey üçün zaman çox gecdir. Hətta mahnı dinləmək üçün də!”

Və bu gün təsadüfən qarşılaşdıq. Üzümə baxırdın. “Necəsən?” deyə soruşub ardından zarafatından da qalmadın “dirilmisən, yaxşısan) . “Hə, əlayam, Allah razı olsun, ümid edirəm sən də yaxşısan və dediklərimi unutmamısan, xoşbəxt olacağına dair söz almışam səndən, imza atmısan altına. Sözünü unutma, hələlik “ deyib tez keçmək istəyirdim. Bu təsadüfi qarşılaşma heç nəyi geriyə qaytarmaq iqtidarında deyildi və yeni nəyisə başlatmasına qətiyyən imkan verməyəcəkdim. “Dur” dedin
-Buyur...
Hərarəti yüksək insanların sayıqlaması kimi heç nədən danışacağını belə xəbər etmədən ard-arda cümlələri düzdün...Səhvlərimizi deyirdin:
-Sən....Mən...Sən...Mən....Sən ....Mən
Ağzım açıq qalmışdı, balaca uşaq kimi sənə baxırdım. Sonluğa kimin səhvi möhür vuracaqdı onu gözləyirdim.

Sənsiz ömür bir kədər, eşqim

-Sənə “son şansımızdır, 1 dəqiqəlik məsafəndəyəm, çıx gedək” dedim. Gələydin və danışmayaydın mənimlə, illərlə yalvaraydım sənə məni bağışlaman üçün, amma gələydin. Bir səhvin iki ömrü yandırdı. Sənin və mənim ömrümü..Mənim ömrümü kül etdi hətta
dedin...Gözlərin dolmuşdu, başını yerə dikmişdin, yumruqların bir-birinə sıxılmışdı. Səni belə görmək mənə dünyanın ən dəhşətli ölümünü görməkdən daha ağır idi. Titrək səsin gəldi yenə:
-Olanları bilirsən. Borclu sayırdım özümü sənə. Mənə görə xoşbəxtliyini itirən insandan ayrı xoşbəxt olmağa haqq tanımırdım özümə. Hər şeydən imtina etdim. İndi yenə inad edirsən..

Nə deyəcəyimi bilmirdim. İki misranı xatırladım həmin vaxt. Həmin misraları ki, səndən mənə kiçicik bir kağız qalmışdı xatirə olaraq. Ötən xoşbəxt günlərimizdən birincə ilk dəfə küçədə yan-yana addımlayanda əlimi tutmuşdun, sonra qəfildən buraxıb məndən kağız qələm almışdın, orda xəyallarımızdan qaynaqlanan gerçəyə çevriləcəyini dəqiq bildiyimiz ( yaman da dəqiq bildik, fələk biz plan quranda yaman gülürmüş bizə ürək dolusu) zarafatla yan-yana “Bəyin imzası, Gəlinin imzası” yazmışdın və ikimizdə o kağıza imza atmışdıq. Sonra həmin o dəhşətli gün anlayanda ki, sən əbədilik mənim deyilsən daha o kağızın ardına hardansa ağlıma gələn iki sətir yazmışdım :
“Taledənmi küsək biz...?
Talesiz arzudanmı?”

İndi o misraları xatırlayırdım. Gözlərimə baxırdın sevgi dolu yalvarışla.. Bütün hisslərimi ürəyimdə boğmalıydım. Buna gücüm çatmalı idi.

Sənsiz ömür bir kədər, eşqim

-ÜMİDLƏRİNİ ARZULARIMIN YANINDA BASDIR!!!!- deyib ardıma da baxmadan addımladım.
Sənli hər dəqiqəm möcüzə dolu olmuşdu. Ən sonuncu dəqiqə olan bu dəqiqə də adətinə xilaf çıxmadı. Küçədə tanımadığımız bir göy qapının önündə rastlaşmışdıq səninlə. Səndən uzaqlaşmaq üçün ilk addımımı atanda göy qapılı həyətdən bir mahnı sədası yayılırdı...

“Açılmır səhər...
Sənsiz ömür bir kədər...
Eşqim...”


Geri dön

sevgi yalandir

  • 1 oktyabr 2011 14:32
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
-ÜMİDLƏRİNİ ARZULARIMIN YANINDA BASDIR!!!!- deyib ardıma da baxmadan addımladım.
Sənli hər dəqiqəm möcüzə dolu olmuşdu. Ən sonuncu dəqiqə olan bu dəqiqə də adətinə xilaf çıxmadı. Küçədə tanımadığımız bir göy qapının önündə rastlaşmışdıq səninlə. Səndən uzaqlaşmaq üçün ilk addımımı atanda göy qapılı həyətdən bir mahnı sədası yayılırdı...

“Açılmır səhər...
Sənsiz ömür bir kədər...
Eşqim...”

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sevgi yalandir

  • 19 sentyabr 2011 20:50
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
xeber ucun tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Cilent_M.Q

  • 13 avqust 2011 00:25
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

Sirli Melek

  • 12 avqust 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
SEVİB SEVİLMƏK GÖZƏL HİSSDİR İNSAN O AN XOŞBƏXTDİR
AMMA AYRILIQ PİSDİ((

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

BELLA_SWAN

  • 12 avqust 2011 08:35
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
təşəkkur.....

--------------------
VAMPİRE GİRL

Narka E-ZaDe

  • 11 avqust 2011 22:11
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 11 avqust 2011 21:56
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

KaRola_16

  • 11 avqust 2011 19:39
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKKURLER...

--------------------

R.M_FaNaTka

  • 11 avqust 2011 19:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

Iriska

  • 11 avqust 2011 19:08
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
“Taledənmi küsək biz...?
Talesiz arzudanmı?”


Tesekkur edirem bezen ele hiss edirik ki her sey bizden ve yaxud taleyden aslidi ama eslinde bele deyil biz ozumuzden cox etrafimizi dusunuruk sonra da taleyimizden nigarancilig edirik

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}