Həzrəti Xədicə

 
Həzrəti Xədicə

Həzrəti Xədicə

Möminlərin ilk anası Xədicə [radiyallahu ənhə] bint Huveyliddir.
Xədicə adının mənası vaxtından əvvəl doğulan qız uşağı deməkdir. Yeddi aylıq doğulduğu üçün ona bu adı vermişdilər. Əslində isə o, 15 il əvvəl doğulmuşdu...

“Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o mənə malı ilə arxa durdu. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.” [Hədisi şərif]

Həzrəti Xədicə

Cahiliyyə dövründə onu ət-Tahirə [təmiz] deyə çağırırdılar. Çünki həqiqətən də təmizlərdən idi. Peyğəmbərimizdən [s.a.s] əvvəl iki dəfə ailə qurmuşdu. Birinci həyat Hind İbnun Nəbbaş İbn Zurarə [Əbu Halə] idi. Xədicə anamızın ondan Halə və Hind adlı iki oğlu olmuşdur. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Cəld İbn Abid əl-Mahzumi ilə ailə qurmuşdur. Ondan da Hind adında bir qızı olmuşdur. İkinci həyat yoldaşı da dünyasını dəyişdikdən sonra Məkkətini tanınmış insanları - Əbu Cəhl, Vəlid b. Muğirə, Əbu Sufyan - onunla evlənmək istədilər. O isə gələn elçilərin hamısını geri qaytarır heç kimlə ailə qurmayacağını söyləyirdi.
Xədicə anamız peyğəmbərimizin ilk həyat yoldaşı, ilk səhabəsi, övladlarının anasıdır. Peyğəmbər [s.a.s] onunla düz 25 il yaşayıb. Xədicə anamız dünyasını dəyişdikdən sonra isə 2 ildən çox müddət ərzində də heç kimlə evlənməyib. Bu gün iki və daha çox evliliyi sünnətdir deyə həyatlarına tətbiq etmək istəyənlər bir qadınla 25 il bir yastığa baş qoymağın nə demək olduğunu peyğəmbərimizin həyatına baxmaqla öyrənsinlər. Bəs bu sünnət deyilmi?

Həzrəti Xədicə

Həzrəti Xədicənin atası Huveylid İbn Əsəd İbn Abduluzza qövmü arasında sayılıb seçilən, zəngin bir adam idi. O qədər zəngin biri idi ki, qızı ərə gedərkən ona cehiz olaraq bir ev bağışlamışdı. Bu ev möhtəşəmliyinə görə yalnız Kəbə ilə müqayisə olunur və ona “Kəbənin süd qardaşı” deyirdilər. Həyat yoldaşlarından da kifayət qədər mal-mülk qalmışdı. O isə bütün var dövlətini İslam yolunda xərclədi. Peyğəmbərimizin yalnız həyat yoldaşı deyil, həm də can dostu, ilk səhabəsi idi. Onunla yalnız xoş günlərini deyil, həm də acı günlərini paylaşmışdı. Ən ağır vaxtlarda, 3 il davam edən “baykot” günlərində bu zəngin qadın günlərlə ac qalır, qohumlarının ona göndərdiyi ərzaqları digər möminlərə paylayırdı.

Həzrəti Xədicə

Xədicə anamız bu gün də müsəlman xanımlarımıza bir örnəkdir. Kişilərin hakim olduğu bir toplumda heç kimdən qorxmadan, çəkinmədən ticarətlə məşğul olur, ticarətdə hər kəsə meydan oxuyurdu.
Bizans, Rum, Hindisdan kimi bölgələrdə qadının insan olub olmamağı, onun ruhunun olub olmamağı müzakirə olunarkən o biznesmen qadın olaraq ticarətdə ad-san qazanmış, Tacirə olaraq anılmışdı. Onun ticarət karvanları bütün Qureyişin karvanlarının hamısından çox idi. O dövrdə oxuyub yazmağı bacaran barmaqla sayılacaq qədər az insan var idi. Əmisi oğlu Varakadan oxuyub yazmağı da öyrənmişdi Xədicə anamız. Hər bir şeydə öncül olduğu kimi burda da dövrünün nəinki qadınlarını, hətta kişilərini də qabaqlamışdı.

Həzrəti Xədicə
O, Allahın salam göndərdiyi və peyğımbərin unutmadığı bir qadın idi. Adı cənnətin dörd böyük qadınları arasında zikr olunur.

O yalnız peyğəmbərlikdən sonra deyil, ondan öncə də Rəsulullahın ən yaxın dostu, sirdaşı idi. Peyğəmbərə peyğəmbərlik verilməmişdən əvvəl o, Hira mağarasına inzivaya çəkildiyində Həzrəti Xədicə ya özü Məhəmmədə [s.a.s] yemək aparır, ya da ki, evdəki kölələrin biri ilə göndərirdi. Onun bu tənhalığını anlayır, ona dəstək olurdu. Bəlkə də məhz ona görə Məhəmmədə [s.a.s] peyğəmbərlik veriləndə o “elə deyil, evə gəldi”. Dostunun, tanışının yanına deyil, Xədicəsinin yanına gəldi. Onunla paylaşdı, ona anlatdı özünün də anlamadığı bu fövqəladə hadisəni. Xədicə də inandı, iman etdi. Rəsulullahın "mən kahinlərdən nifrət edirəm, heç bir zaman bütlərə tapmamışam, bundan sonra mən kahinmi olacam?" sualına Xədicə anamız: “Sən qohumlarınla ünsiyyət saxlayırsan, sözün doğrusunu söyləyirsən, əmanətə riayət edirsən və Sənin əxlaqın gözəldir. Allah səni utandırmaz” dedi. İlk gündən peyğəmbərin yanında oldu, onu dəstəklədi, dəvət yolunda ona yardım etdi. Qövmünün təhdid və təhqirlərinə məruz qalan, anlaşılmayan, qəbul olunmayan Məhəmməd [s.a.s] hər evə gəldiyində, Xədicəsindən təsəlli alırdı, güc alırdı... Evdən dəstəklənən Rəsulullah dəvətə daha böyük inamla gedirdi.

Həzrəti Xədicə

Həzrəti Xədicə 3 illik baykotun sonunda, Əbu Talibdən 3 gün sonra bisətin [peyğəmbərlik verilməsinin] on üçüncü ilində Ramazan ayının onunda 65 yaşında dünyasını dəyişdi, Hacun qəbristanlığında dəfn olundu. Onu qəbrə Rəsulullah öz mübarək əlləri ilə yerləşdirdi. O tək həyat yoldaşını deyil, həm də ən yaxın dostunu, cihad qardaşını itirmişdi. Daha sonra siyer tarixçilərimiz həmin ili hüzün ili adlandıracaqlar. Bu il həm də Rəsulullahın Məkkədəki son ili idi, daha sonra hicrət dönəmi başlayır.

Xədicə anamız bütün müsəlmanlar üçün örnək bir həyat yaşadı, həyatla da örnək bir müsəlman kimi vidalaşdı. Həzrəti Xədicənin xəstəliyi şiddətlənincə övladları bundan çox üzüldülər. Bu əzəmətli qadın isə onlara təsəlli verirdi: “Əcəl bu sıxıntılı an keçincəyə qədər mənə möhlət versəydi, gözüm arxada qalmadan vəfat edərdim” dediyində qızı Ümmül Gülsüm:
- Səndə heç nə yoxdur, ana - dedi.

Həzrəti Xədicə

Həzrəti Xədicə “Təbii ki, qızım məndə heç nə yoxdur! Qureyişli heç bir qadın mənim daddığım nemətləri dadmadı. Bəlkə də bu dünyada heç bir qadın mənim əldə etdiyim şərəfə nail olmadı; Dünyada Məhəmməd Mustafanın zövcəsi olmaq, axirətdə ilk mömin qadın olaraq dirilmək və möminlərin anası olmağım mənim nemətimdir...” deyə cavab verdi.
Sonra gözlərini yumaraq pıçıldadı “Allahım, saya bilməyəcəyim qədər həmdə layiqsən! Allahım, Sənin hüzurunda Səninlə görüşməyi narahatlıqla qarşılamağım, mənə verəcəyin nemətlərə daha çox layiq ola bilmək üçün, daha çox fədakarlıq etməyi istədiyimdəndir.”

Həzrəti Peyğəmbərin həyatında daha sonralar başqa qadınlar da oldu, amma heç biri Xədicənin yerini tutaraq o boşluğu doldura bilmədi. Qadınları onu Xədicənin xatirəsinə belə qısqanırdılar. O, Həzrəti Məhəmmədə tarixin bənzərini kimsəyə bəxş etməyəcəyi şəkildə örnək sevgi, sədaqət, vəfa və cəfakar bir qadın olmuşdur. Yeri gəlmiş malını fəda etmiş, yeri gəlmiş canını fəda etmişdir.
Dünya durduqca Həzrəti Xədicə, müsəlman qadınlarına hər baxımdan örnək olacaq.
Ondan sonra bir çox qadın İslamı qəbul etdi, dünya durduqca da edəcəklər. Amma ilk səhabə qadın olmaq ona nəsib oldu. Peyğəmbərə iman edənlərin ilki oldu. Başqa sözlə desək Peyğəmbərimizin ilk səhabəsi qadındır...

Həzrəti Xədicə


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:24
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Jasmin45

  • 3 sentyabr 2011 12:19
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun sizdən..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

GOD_of_WAR

  • 13 avqust 2011 18:00
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------
G O D _ o f _ W A R

velehat

  • 12 avqust 2011 22:51
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
xebere gore twk...

Sirli Melek

  • 12 avqust 2011 10:18
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Xədicə anamız bütün müsəlmanlar üçün örnək bir həyat yaşadı, həyatla da örnək bir müsəlman kimi vidalaşdı.

ALLAH RƏHMƏT ELƏSİN. BÖYÜK ÜRƏKLİ QADIN OLUB.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

eleviyye

  • 12 avqust 2011 09:40
  • Məqalə: 5
  • Şərh: 61
  • Bal:
{awards}

“Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o mənə malı ilə arxa durdu. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.” [Hədisi şərif]
winked
RESULULLAHIN BIRINCI VE EN SEVIMLI XEDICE XANIMA ALLAHIN SALAMI OLSUN!!!!
EHSEN, QARDAW, GOZEL XEBERDI! ALLAH RAZI OLSUN INSHALLAH!

--------------------
Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

Narka E-ZaDe

  • 11 avqust 2011 21:47
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
tesekkurler

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 11 avqust 2011 21:35
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
O, Allahın salam göndərdiyi və peyğımbərin unutmadığı bir qadın idi. Adı cənnətin dörd böyük qadınları arasında zikr olunur.

Allah razi olsun sizden

--------------------

NİKİ

  • 11 avqust 2011 21:29
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tesekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

SABiNA

  • 11 avqust 2011 21:26
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
Allah razi olsun.muellife sonsuz tesekkurler

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

R.M_FaNaTka

  • 11 avqust 2011 20:04
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore minettdaram cox sagol

--------------------

HaYaliM

  • 11 avqust 2011 19:50
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.muellife sonsuz tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Doutzen Kroes

  • 11 avqust 2011 19:40
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
O, Allahın salam göndərdiyi və peyğımbərin unutmadığı bir qadın idi. Adı cənnətin dörd böyük qadınları arasında zikr olunur.

ALLAH RAZI OLSUN müəllifdən

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Cilent_M.Q

  • 11 avqust 2011 19:18
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}