Aforizmlər

 
Aforizmlər


Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir. V. İ. Lenin

Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl bir keyfiyyət. L. İ. Brejnev

Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın. M. F. Axundzadə

Öz vətənin sevmək – bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatana qədər buna kömək etmək deməkdir. V. Q. Belinski

Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir. Ə. H. Bəhmənyar

Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur. T. V. Vilson

Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. L. Vovenarq

Öz vətənindən üz döndərən adam öz vicdanından da üz döndərmiş olur. A. Qalan

Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. M. İ. Kalinin

İnsanın tam xoşbəxt olması üçün doğma vətəni olmalıdır. Simonid Keosski

Qürbət vətən ola bilməz. İ. V. Höte

Mən tamamilə əminəm ki, dünyada heç bir xalq başqa bir xalq üzərində üstünlüyə malik deyildir. Q. E. Lessinq

Vətəndən əziz heç bir şey yoxdur. Lukian

Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. N. Nərimanov

Vətən hissi izahedilməzdir, biz onu analıq hissinə bağlayırıq. M. M. Prişvin

Vətəni sevməyən insan olmaz,

Olsa, o şəxsdə vicdan olmaz. A. Səhhət

Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam. M. T. Siseron

Vətəndən kənarda xoşbəxtlik yoxdur, hər kəs doğma torpaqda kök salmalıdır. İ. S. Turgenev

Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör. D. İ. Fonfizin

Vətən uğrunda ölmək şərəfdir. F. K. Horatsi

Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir. V. Hüqo

İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. N. Q. Çernişevski

Milli qüsurlara görə millətə nifrət edən alçaqdır. Y. V. Çəmənzəminli

Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil. Alman atalar sözü

Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir. Rus atalar sözü


Geri dön

_RONALDO_

  • 14 mart 2011 19:46
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
gozeldi hamisi thx

--------------------

sevgi yalandir

  • 11 oktyabr 2010 17:55
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 12 sentyabr 2010 11:28
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
gozel sozler idi.cox sagol

Mr_Unlimited

  • 12 sentyabr 2010 03:22
  • Məqalə: 429
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurelr gozel aforizmlere gore

Dj_Tural

  • 11 sentyabr 2010 18:51
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler gozel aforizmlerdi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 34
Qonaqlar: 124
Cəmi: 196

 

Top 10 Müəllif

WOUNDED MONSTER
Xəbərləri: 40
Cəmi: 99
 
I ♥ M.B
Xəbərləri: 39
Cəmi: 211
 
Mrs. BLaCK BLO_oD
Xəbərləri: 39
Cəmi: 216
 
azer_
Xəbərləri: 36
Cəmi: 397
 
Angry Boy
Xəbərləri: 35
Cəmi: 307
 
_Black Devil_
Xəbərləri: 30
Cəmi: 98
 
ヅ Sweetka SaBoŞ ヅ
Xəbərləri: 30
Cəmi: 410
 
Rose16
Xəbərləri: 29
Cəmi: 407
 
Zehra_Aşiqi
Xəbərləri: 28
Cəmi: 134
 
_Angry Girl_
Xəbərləri: 27
Cəmi: 83