"Ramazan orucu"

 
"Ramazan orucu"

İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur.
Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır.

Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir.

Onu məcazi mənada "on bir ayin sultanı" da adlandırırlar, çünki bu ayın
gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim
nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır.

"Ramazan orucu"

Qədir gecəsinin konkret olaraq hansı gün olduğu
bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var.

Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının
son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

İslamşünasların fikrincə, bu gecə Ramazan
ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir.

"Ramazan orucu"

Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqda
belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min
aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın
əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür".

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.
Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan
fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz.

"Ramazan orucu"

Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar,
döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar.

Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül
iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir.

Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam
etdirsə də, özünü Allaha ibadətə həsr edir,
nəfsini təmiz saxlarır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir.

Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin
qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.

"Ramazan orucu"

Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir
vaxtda onun əvəzinə (qəzasını)tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini
ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu
yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar
bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

"Ramazan orucu"

Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda,
yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq
imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr
tarixli "Azərbaycan Respublikasının bayramları haqqında"
Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

music_angel

  • 1 sentyabr 2011 16:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

velehat

  • 12 avqust 2011 22:49
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
xebere gore twk...

R.M_FaNaTka

  • 12 avqust 2011 19:51
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooooooooooox tesekkurler

--------------------

eleviyye

  • 12 avqust 2011 09:50
  • Məqalə: 5
  • Şərh: 61
  • Bal:
{awards}
Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqda
belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min
aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın
əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür"
İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir.

[b]♥Princess♥

beli, baci, revayetlere esasen qedr geceleri 3 yox, beshde ola biler, sadece ALLAH bilir hansi gunde O bize bu pakligi nazil edib!!!
EHSEN MEQALEYE GORE! ALLAH RAZI OLSUN![/b]

--------------------
Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

Sirli Melek

  • 12 avqust 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TANRI ORUCLARI QƏBUL ETSİN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

.angela

  • 12 avqust 2011 05:55
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk

Cilent_M.Q

  • 11 avqust 2011 23:26
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

ŞƏHLA

  • 11 avqust 2011 23:02
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

Musique Sage

  • 11 avqust 2011 22:58
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun

Narka E-ZaDe

  • 11 avqust 2011 22:42
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 11 avqust 2011 22:34
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

HaYaliM

  • 11 avqust 2011 22:31
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.


Xeyirli Ramazanlar her kese

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}