Həzrəti Harun

 
Həzrəti Harun

Sina Dagi

Həzrəti Harunun adı Qurani Kərimdə 20 yerdə keçsə də həyatı haqqında məlumat olduqca azdır. Bir çox ayələrdə adı özündən yaşca kiçik qardaşı Həzrəti Musanın yardımçısı olaraq zikr olunmuş və buna görə də onun yanında bir növ ikinci planda qalmışdı.

Müfəssirlərimizdən bəzilərinin, o cümlədən İbn Kəsirin qənaətinə görə (“Qisasul ənbiya” II, s. 468), Həzrəti Harun Firon II Ramzesin zamanında oğlan uşaqlarının öldürülməsi əmrindən daha əvvəl və ya İsrail oğullarının bir il öldürülüb, digər sağ buraxıldığı il dünyaya gəlmişdir. Tarixi faktlardan bilirik ki, Firon İsrailoğullarından birinin onu öldürəcəyini yuxuda görmüş və bunun müqabilində də tədbir görmüşdü; doğulan oğlan uşaqlarını öldürmək. Təbii ki, Allah bir şeyə “Ol!” deyərsə kimsə onun qarşısını ala bilməz. Firon da onu öldürəcək İsrailoğlunu Allahın təqdiri ilə öz evində özü böyütdü. Bu, Allahın ona bir dərsi, bir növ ironiyası idi. (Bu barədə daha geniş Həzrəti Musa bölümündə danışacağıq.)

Həzrəti Musa Mədyəndən dönərkən Sina dağında peyğəmbər olaraq vəzifələndirilib təbliğ üçün Fironun yanına getmək əmrini alınca bu vəzifəni yerinə yetirə bilməyəcəyindən narahat olaraq Allahdan qardaşı Harunu yardımçı olaraq verməsini niyaz etmiş, Allah da rəhmətinin bir nişanəsi onun bu diləyini qəbul etmişdir.

Həzrəti Harun

“Biz ona dağın sağ tərəfindən nida etmiş və onu vəhyimizə yaxınlaşdırmışdıq.
Və Ona rəhmətimizin nişanəsi olsun deyə qardaşı Harunu da peyğəmbər qılaraq yardımçı etdik.” (Məryəm, 52-53)

Peyğəmbərlik verildikdən sonra hər ikisi təbliğ üçün Misirə Fironun yanına döndülər. İlk imtahanları sehrbazlarla oldu. Haqqın batilə qalib gəlməsini görən sehrbazlar həmin andaca aləmlərin Rəbbinə təslim oldular.
“Nəhayət sehrbazlar səcdəyə qapanaraq dedilər ki: “Biz Harun və Musanın Rəbbinə iman etdik.” (Taha, 70)

Bu imtahanda onlar bərabər idilər. Həzrəti Musa Həzrəti Harunu dəstəklədiyi kimi, o da qardaşını dəstəkləyirdi. Birlikdə Fironla imtahandan qalib çıxdılar.
Həzrəti Musa Allah tərəfindən mikata çağrılıb Sina dağına çıxdığı zaman isə qardaşını yerinə vəkil qoymuşdu. Bu, Həzəti Harunun ilk tək imtahanı idi. Onu dəstəkləyən, ondan daha üstün olan Musa yanında yox idi. Yanında olanlar isə onlara iman edən qövm idi. Əslində Fironla olan imtahan bundan daha asan idi. Çünki əvvəlcədən kiminlə görüşəcəklərini bilirdilər. Haqqla batil savaşında haqq olan iki qardaş qalib gələcəklərindən əmin idilər. Həzrəti Harun qövmü ilə yalnız qalanda onu nə gözlədiyini bilmirdi. Yanındakıları mömin hesab etsə də əslində onlar münafiq idilər və ilk zərbə də mömin görünən münafiqlərdən gəldi. Allah onları sınadı, onlar isə bu imtahanı uduzdular. Düşmənlərinin bütünə tapmaqla, onun aqibətini özləri üçün istədilər. Bunu dillə deməsələr də əməlləri ilə təsdiq etdilər. Bütpərəstlik insanın öz-özünü və öz ağlını təhqirdir. Bunu anlamaq üçün düşünmək kifayətdir. İnsan düşünmədiyi və tarixdən dərs almadığı üçün özündən əvvəlkilərin yanlışlarını təkrar edir. Musanın qövmü də bu səhvi təkrarladı. Həzrəti Harun bütün əzminə rəğmən qövmünün inəyə tapmasını əngəlləyə bilmədi.

Həzrəti Harun

“(Musa dönmədən) öncə Harun onlara “Ey qövmüm!” demişdi,
“Tələyə düşdünüz; unutmayın ki, sizin Rəbbiniz hüdudsuz rəhmət qaynağıdır:
o halda artıq məni təqib edin və mənim təlimatlarıma uyun!” (Taha, 90)

Ayədən də görürük ki, Həzrəti Harun qövmünü doğru yola yönəltmək istəmiş, lakin bunu bacarmamışdır. Azmaq istəyənlərin yanında Peyğəmbərin olması kifayət deyil, istərsə lap yaxın qohumu belə olsun. Xatırlayın, Həzrəti Nuhun oğlunu, Həzrəti İbrahimin atasını, Həzrəti Lutun xanımını, Həzrəti Məhəmmədin əmisini... İman etmək üçün Peyğəmbərlə bir dövrdə və bir məkanda yaşamaq kifayət deyil.
Musanın qövmü gördüyü bütün möcüzələrə rəğmən yenə azdı, Rəblərinə qarşı nankorluq etdi.

Bu xəbəri Allahdan öyrənən Musa qövmünə hiddətlənərək geri döndü və sonra qardaşını qınadı, onu günahkar bildi, onun saçını-saqqalını yolmağa başladı. “İman qardaşlarımızın” azdığını, yanlış yolda yürüdüyünü görüb bundan üzüldüyümüz an Həzrəti Musanın bu reaksiyasını anlayırıq. Bunu həzm etmək olduqca çətindir. Tanıdığın, bildiyin, səninlə eyni yolda yürüyən birinin azdığını gördükdə üzülmürsənsə vicdanını yoxla, yerində olub-olmamağına bax. Əks halda bu “mənə nə” devizi ilə yaşamaqdır. Axirətdə bunun da hesabı soruşulacaq.

Həzrəti Harun

Qardaşının reaksiyasını görən Həzrəti Harun qövmünü çəkindirməyə çalışdığını, lakin bunu bacarmadığını dilə gətirir:
"Ey anamın oğlu!" dedi, “Saçımı, saqqalımı yolma! İnan ki, sənin mənə İsrailoğulları arasında ayrılıq toxumları saçdın, nəsihətimi dinləmədin!” deməyindən qorxdum.” (Taha, 94)

“Musa xalqının yanına döndüyündə hüznlə qarışıq bir qəzəblə dedi ki: “Mənim yoxluğumda nə bərbad bir yol tutmusunuz! Rəbbinizin əmrinə qarşı gəlməkdə nə yaman tələsmisiniz?” Həmən lövhələrini atdı, qardaşının başını tutub özünə tərəf çəkdi: (Harun) “Ey anamın oğlu! Bu topluluq məni təsirsiz hala gətirdi, hətta az qaldı canıma qəsd etsinlər! Məni düşmənimə qarşı gülünc vəziyyətə salmaqdan çəkin və bu zalımlar qrupu ilə məni bir tutma!” (Əraf, 150)

Həzrəti Musa qəzəblənməkdə haqlı idi. Çünki gözləmədiyi bir hadisə, köklü bir dəyişikliklə qarşılaşmışdı. Lövhələri yerə atdı. Onun bu hərəkəti sərt reaksiyasının ifadəsidir. Bu lövhələr onun Rəbbinin sözlərini ifadə edirdi. Bu zaman Həzrəti Musanın belə davranmasını üzüntüsündən olduğunu düşünənlər də olmuşdu: “Bu qövm Allahın onlara göndərdiyi əmrlərə layiq deyil.” Müfəssirlərimizdən bəziləri isə onun lövhələri atmasını gördüyü mənzərə qaşısında sarsıldığı üçün nə etdiyini bilmədiyini söyləyirlər. Onun qardaşının saçını-saqqalını yolması da bu sarsıntıdan idi.

Harun onun əsəblərini sakitləşdirmək məqsədi ilə qardaşlığın şəfqət duyğularına yönəldi: “Ey anamın oğlu!” və öz vəziyyətini ona açıqlayır; O İsrailoğullarına nəsiət verməkdə və onları doğru yola gətirməyə çalışmaqda qüsur etmədiyini anlatmağa çalışır: “İnan ki, sənin mənə İsrailoğulları arasında ayrılıq toxumları saçdın, nəsiətimi dinləmədin!” deməyindən qorxdum”, “Bu topluluq məni təsirsiz hala gətirdi, hətta az qaldı canıma qəsd etsinlər!"
Ayələrdən də anlayırıq ki, Harun ölüm təhlükəsi ilə üz-üzə qalana qədər İsrailoğullarına nəsiət etməyə davam etmişdi. Onu bu missiyasından çəkindirən isə ölümlə üz-üzə qalması deyil, İsrailoğulları arasında ayrılıq toxumları sala biləcəyi ehtimalı idi. O zalımlardan ddeyildi: “Məni zalımlarla bir tutma!”

Həzrəti Harun

Həzrəti Harun, qövmünün içində ayrılıq toxumu səpməmək, onları bir-birinə düşmən etməmək üçün, Musa dönənədək gözləyir. Qardaşının Allahdan bir mesaj gətirərək, onları bu fitnədən uzaqlaşadıracağına inanır. Zalımlarla bir inancı paylaşmasa da, Musa dönənə qədər onların yanından ayrılmır.
Bəzən biz də Harunun düşdüyü bir vəziyyətə düşürük. Haqqı batilə qarışdıran bir topluluğun içində haqqı bərpa etmək istəyirik. Əslində isə orda fitnə toxumları səpir, ayrılıq salırıq. Belə bir vəziyyətdə ən yaxşısı toplumun içində imana daha yaxın, haqqa könül verənləri seçib ayırmaq, onlarla fərdi işləmək lazımdır. Ya da ki, “MUSA”nı gözləmək. Daha üstün və elmli birini gözləmək. Bu o demək deyil ki, biz batil qarşısında susmalıyıq.

Yox, əksinə batili gördüyümüz anda onu əvvəlcə əlimizlə, bacarmasaq dilimizlə, onu da bacarmasaq qəlbimizdə dua edərək düzəltməliyik. Lakin biz haqqı söyləyirik deyə ayrılıq toxumu səpməməliyik. Bacarmayacağımızı bildiyimiz zaman (hər kəs nəyə qadir olduğunu bilir) “Musa”nın yardımını gözləməliyik.
Həzrəti Harunun açıqlamasını qəbul edən Həzrəti Musa Rəbbinə yönələrək Onu və qardaşını bağışlaması üçün Rəbbinə dua edir:

“Musa dedi ki; “Ey Rəbbim məni və qardaşımı bağışla; və bizi qoruyucu
şəfqətinlə ehtiva et! Çünki Sən mərhəmətlilərin ən mərhəmətlisisən” (Əraf, 151)

Həzrəti Harun

Qarşımızda iki peyğəmbər tipi var: Biri haqsızlığa səbr edə bilməyib hiddətlənən
Musa tipi, ikincisi haqsızlığı görsə də onunla mübarizədə uduzacağını bilərək, daha doğru bir zamanı gözləyən Harun tipi.
Yəqin ki, bu keyfiyyətini çox yaxşı bilən Musa ondan daha mülayim və duyğularına hakim olan Harunu özünə yardımçı istəmişdir...

Həzrəti Musanın ilk hiddəti qövmünə qarşı olur, daha sonra qardaşına hiddətlənir. Bütün həqiqəti öyrəndikdə isə əsl günahkara, - Samiyə yönəlir. Onu qövmündən uzaqlaşdırır. Sami onları bu işə məcbur etməmişdi, sadəcə onları aldatmışdı. Ona görə də birinci dərəcədə özləri günahkar idilər, ikinci dərəcədə onların lideri. Onları aldadan isə üçüncü dərəcədə məsul idi:
“Hər kəs ağlından sorğu sual olunacaq”
“Necəsinizsə eləcə də idarə olunursunuz”
“Şeytanın yolu ilə gedənlər başqalarının da onlarla olmasını istəyərlər”


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

music_angel

  • 1 sentyabr 2011 16:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 12 avqust 2011 19:47
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooooooooooox tesekkurler

--------------------

Iriska

  • 12 avqust 2011 13:20
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Hezreti Harun hakkinda cox da melumatim yox idi hemise bilmek isteyirdim melumat verdiyin ucun cox sagol Tesekkur edirem

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

NİKİ

  • 12 avqust 2011 12:53
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Sirli Melek

  • 12 avqust 2011 12:00
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Biri haqsızlığa səbr edə bilməyib hiddətlənən
Musa tipi, ikincisi haqsızlığı görsə də onunla mübarizədə uduzacağını bilərək, daha doğru bir zamanı gözləyən Harun tipi.

HƏR ZAMAN SƏBR ETMƏK LAZIMDI

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Sergio Ramos

  • 12 avqust 2011 11:58
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Müəllifə təşəkkürlər....

--------------------

Narka E-ZaDe

  • 12 avqust 2011 11:56
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 12 avqust 2011 11:41
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.muellife sonsuz tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 57
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}