Həzrəti Yaqub

 
Həzrəti Yaqub

Həzrəti Yaqubun soy-kökü Həzrəti İshaq vasitəsi ilə Həzrəti İbrahimə dayanır. Onun ən məşhur ləqəbi İsraildir. Qardaşı Aysdan qaçaraq [onun zülmündən] dayısının yanına gedərkən gündüzləri gizlənmiş, gecələr isə yol getmişdir. Buna görə də ona İsrail ləqəbi verilmişdir. İsrail kəlməsinin mənası gecə [Allaha] gedən deməkdir.
[Ət-Tabəri, Tarix, Misir, 1326, I, 162]

Həzrəti Yaqubun doğulacağı və peyğəmbərliyi əvvəlcədən müjdələnmişdir. Ayələrin mealına baxaq: “...Biz o qadına [İbrahimin zövcəsinə] İshaqı müjdələdik; üstəlik İshaqın ardınca da [onun oğlu] Yaqubu [müjdələdik].
[Hud, 71]

Həzrəti Yaqub

Qurani-Kərimin bir çox ayəsində Həzrəti Yaqubun
peyğəmbərliyindən və fəzilətlərindən bəhs edilir. Ayələrin meallarına baxaq:

“Ən sonunda onlardan və onların Allahı buraxaraq tapındıqlarından uzaqlaşınca, Biz ona İshaqı və Yaqubu ərməğan etdik və onların hər birinə də peyğəmbərlik verdik; daha artığı onlara rəhmətimizi bəxş etdik; nəhayət onları doğruluğun və həqiqətin təmsilçisi etdik.”
[Məryəm, 49-50]

“Nuha vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmayıla, İshaqa, Yaquba, nəvələrinə, İsaya, Eyyuba, Yunusa, Haruna, Süleymana da vəhy etmiş və Davuda da Zəburu vermişdik.”
[Ən-Nisa, 163]

Həzrəti Yaqub

“Qüvvətli və bəsirətli qullarımız İbrahimi, İshaqı və Yaqubu da zikr et. Onlar güclü bir şəxsiyyət və idrak sahibi idilər. Biz onların şəxsiyyətlərini [əbədi yurdu] unutmasınlar deyə saflaşdırdıq.”
[Sad, 45-46] və s.

Bundan başqa Həzrəti Yaqubun bir özəlliyi də var idi ki, bu da onun yuxu yozmaq qabiliyyəti idi. Biz bunu da Qurandan öyrənirik. “Bir zaman Yusuf atasına demişdir: “Atacan! Mən [yuxuda] on bir ulduz, günəşi və ayı gördüm. “Gördüm ki, onlar hamısı mənə səcdə [təzim] edirlər” demişdi. [Atası Yaqub da ona belə] demişdi: Övladım! Yuxunu qardaşlarına söyləmə, yoxsa onlar sənə bir hiylə qurarlar. Çünki şeytan, insanların açıq-aşkar düşmənidir...”
[Yusuf, 4-5]

Həzrəti Yaqub haqqında olan ayələrin hamısını burada zikr etmək niyyətində deyilik. Həm də Həzrəti Yusuf qissəsində bu mövzuya bir daha müraciət edəcəyik. Ona görə də Həzrəti Yaqubla bağlı ən vacib hesab etdiyimiz amilləri ardıcıllıqla araşdırmağa çalışaq:

Həzrəti Yaqub

VƏSİYYƏTİ

“Müsəlman olaraq can verin!”
Bu sadəcə bir atanın deyil, eləcə də bir peyğəmbərin vəsiyyətidir. Ondan sonra gələnlərin haqq dinə uymalarını və salehlərdən olmalarını onlara vəsiyyət etmişdir. “Bunu İbrahim, oğullarına vəsiyyət etdi, Yaqub da: “Övladlarım, şübhəsiz Allah sizlərə bu dini seçdi, siz də ancaq Müsəlman olaraq can verin!”- dedi."
[Bəqəqrə, 132]

Müsəlman olaraq can vermək, Allahdan qorxan insanların ən önəmli dualarından biridir. Çünki bir insan həyatı boyunca saleh əməllər işlədiyi halda sonradan niyyətini pozub imanından dönsə etdiyi bütün əməlləri boşa gedəcək, cəhənnəm əzabına layiq olacaq bir mövqeyə düşəcəkdir. Həzrəti Yaqub oğullarına "Müsəlman olaraq can verin" deyərkən onları bu barədə xəbərdar edir, onlara səmimi niyyətlərini və imanlarını qorumalarını vəsiyyət edir. Atalarının vəsiyyətinə əməl edəcəklərinə söz verən oğulları da: “Sənin və ataların İbrahim, İsmayıl, İshaqın da ilahı olan yeganə ilaha qulluq edəcəyik və yalnız Ona təslim olacağıq...”
[Bəqərə, 133]

Həzrəti Yaqub

Müsəlman olaraq can vermək Allaha qeydsiz-şərtsiz təslim olmaqdır: İbrahim kimi, İsmayıl kimi... Buna söz verənlər sözlərinin nə mənaya gəldiyini çox yaxşı dərk edirdilər. Atalarına bu sözü verərkən çox yaxşı bilirdilər ki, əslində bu sözü Allaha verirlər... Ona görə də dediklərinin fərqində olduqlarını bir də dilə gətirirlər: “Sənin və ataların İbrahim, İsmayıl, İshaqın da...” Onların təslimiyyətlərini necə sübut etdiklərini də bilirdilər. Quran bunu bizə xəbər verməklə sanki bir mesaj verir: “Sən də “müsəlmanam” deyərkən, nə dediyinin fərqindəsənmi?” “Müsəlmanam” demək, “təsliməm!” deməkdir”, “Təslim olmaq isə yalnız İbrahimin, İsmayılın... etdiyini edə bilməkdir.” “Mən müsəlmanam” deməmişdən öncə bir daha düşünək. Həqiqətən də Aləmlərin Rəbbinə təslim olduqmu?!

Həzrəti Yaqub

YAQUBUN TƏVƏKKÜLÜ və SEVGİSİ

Həzrəti Yaqub bir də bizə təvəkkülü öyrədir. Və dedi ki: “Övladlarım, [Şəhərə] hamınız eyni qapıdan girməyin, ayrı-ayrı qapılardan girin! Mən Allahdan gələcək heç bir şeyi sizdən uzaqlaşdıra bilmərəm; çünki hökm yalnız Allaha aiddir. Mən Ona təvəkkül etdim. Təvəkkül edənlər də yalnız Ona təvəkkül etməlidirlər!”
[Yusuf, 67]

Yaqub oğlanlarına şəhərə girərkən tədbirli olmalarını tövsiyyə edərkən çox əhəmiyyətli bir həqiqəti də xatırladır: tədbirə deyil, Allaha güvənməlisiniz. Çünki Allah istəmədikçə heç kim heç kimə nə ziyan verə bilməz, nə də ki, xeyir. Mömin Allahın rizasını qazanmaq üçün bacardığı hər şeyi edər, tədbirini görər. Lakin nəticənin yalnız Allahın izni ilə olduğunu da yəqinliklə bilər. Yalnız Ona güvənər. Nəticə onun arzulamadığı kimi olsa belə burda Allahın bir hikmətinin olduğunu bilər və bu nəticəyə üsyan etməz. Mömin bilir ki: “Xeyir bildiyində ziyan, ziyan bildiyində xeyir var. Doğrusunu o bilməz, Allah bilər.” Ona görə də o, öz boynuna düşəni layiqincə etməyə çalışar. Nəticənin nə olmasından asılı olmayaraq heç bir zaman Allahın yolunu tərk etməz, yasaqlarına yaxınlaşmaz. “Bunu Sənin rizan üçün etmişdim, niyə belə oldu?” deyə üsyan etməz. Bu nəticənin hikmətini anlayana qədər səbr edər.

Həzrəti Yaqub

Həzrəti Yaqubun 12 oğlu olduğunu Quran bizə söyləyir. Yusuf onlardan biridir. Hələ kiçik yaşda ikən Allah ona yuxuda on bir ulduzun [qardaşlarının], günəşin və ayın [ata və anasının] səcdə edəcəyini xəbər vermişdi.
[Yusuf, 5]

Yaqubun bu qədər övladının içində Yusufu seçməsinin, onun üçün
gözləri kor oluncaya qədər ağlamasının səbəbi bu yuxunun daşıdığı mesaj ola bilərdimi?

Yaqubun Yusufa olan sevgisi fərqli bir sevgi idi. Bir atanın övladına duyduğu sevgidən çox, bir peyğəmbərin qeyrət simvolu olan başqa bir peyğəmbərə duyduğu bir sevgi idi. Yusufun gördüyü bu yuxu Yaquba “Allahın Yaqub soyuna olan nemətini Yusuf üzərindən tamamlayacağı” mesajı idi. [Yusuf, 6] Yaqubu kor edən Yusufun yoxluğu deyildi, övladlarının xəyanəti idi. O Yusufun yuxusu ilə bir mesaj almış və Yusufa da bu yuxunu qardaşlarına danışmağı yasaqlamışdı... Sanki bir az tədbirinə güvənmişdi...

Həzrəti Yaqub

Oğlanları Yusifə qarşı edəcəkləri xəyanəti planlaşdıranda da Yaqub özünəməxsus “tədbir” görmüşdü. Yəni, Yusufu qoruyacaqlarına dair onlardan bir söz almışdı. Burda da biz onun “tədbirli davrandığını” görürük. Amma hələ təvəkkülünün şahidi olmuruq. Allah ona,- onun şəxsində də bizə,- təvəkkülü öyrədir. Tədbir ala bilərsən, amma tədbirlərin ən gözəli təvəkküldür. Alimlərdən biri deyib ki, "tədbirinizə güvənməyin, Allaha güvənin. Tədbirinizə güvənərsinizsə, tədbirinizi Rəbbiniz edərsiniz".

Yaqub təvəkkül imtahanını verməyə Yusufla başladı. Bizə də bir mesaj verdi: “Yusufunu” itirməzdən əvvəl təvəkkül edəcəksən. Əks halda Yusufdan sonra "Bünyaminlə" imtahana çəkilərək təvəkkül etməyi öyrənəcəksən. Bünyamin Yaqubun bitdim nöqtəsi idi. Bünyamin Yaqubun təvəkkül öncəsi imtahanı idi. Yaqub Yusufunu itirməklə təvəkkül dərsini yaxşı öyrənmiş, tədbirinin yanında təvəkkülünü də dilə gətirmiş, Allahın böyüklüyünü və hikmət sahibi olduğunu vurğulamışdır. Allah da qulunun bu imtahanı verməyə hazır olduğunu görmüş, təvəkkül imtahanından layiqi ilə çıxan Yaquba Yusufin müjdəsini vermişdir.

Bu möminin imanı ilə ağlı arasında tarazlığı necə qorumasının gözəl bir örnəyidir.
Bünyamini özləri ilə aparmaq istəyən oğlanlarına “sizlərə əmanət etmərəm,
Allaha əmanət edirəm” deyir və təvəkkülünün yalnız Allaha olduğunu bəyan edir.

Həzrəti Yaqub

Yaqub Yusufu gözlərinin itirəcək qədər sevirdi. Amma Allahın təqdirinə də səbr edirdi. “Artıq mənə düşən gözəl bir səbrdir” [Yusuf, 18] dedi. Onu Yusufundan bir müddətliyə uzaqlaşdıran Allah ona doğru sevməyi də öyrədirdi. Yusufsuzluğa o qədər alışdı ki, ona xəyanət edən oğullarını bağışladı. Onları da itirmək istəmirdi. Onların xəyanətinə Yaqubun Yusufa olan sevgisi səbəb olmuşdu. Atalarını qısqanmışdılar Yusufa. Yaqub sevgini oğlanları arasında bəlkə də doğru paylamamışdı ki, onlarda qardaşlarına qarşı qısqanclıq yaranmışdı. Şeytanın insanın düşməni olduğunu bilirdi, ona görə yuxunu qardaşlarına danışma ki, qısqanmasınlar deyirdi. Onların qısqanmasını görən şeytan da onlara vəsvəsə verməsin.
[Yusuf, 5]

Yusufun bir qurd tərəfindən yeyildiyini söyləyən oğlanlarına da “sizi nəfsiniz aldadıb” deyir. Bunu qısqanclıqdan etdiklərini bildiyini dolayısı ilə söyləyir. Ona görə də sanki bir az da özünü qınayır. Üsyan etmədən, Allahın hikmətini anlayana qədər səbr edir. Təbii ki, sonunda oğlanları da səhvlərini anlayırlar ki, Yusufa təzim edir, üzr istəyirlər. O da onları bağışlayır [Bu barədə Yusuf bölümündə daha geniş danışacağıq].

Doğrudur, Yusuf Yaqub üçün sadəcə bir övlad deyildi... O Yusufu itirməklə gözlərini də itirdi. Amma əvəzində Misirdən Kənan ellərinə gələn qoxunu [Yusufun ətrini] duyan bir burun qazandı. Bu ətri duymaq üçün Yaqub olmaq lazım idi, bunu anlamaq üçün Yusuf kimi bir oğul itirmək lazım idi. Yusufunun yoxluğunda gözlərini dünyaya korlaşdıracaq qədər sevmək lazım idi...

Həzrəti Yaqub

İMTAHANLARI

Babası İbrahim kimi Həzrəti Yaqub da övlad imtahanı ilə sınanmışdı. Yusufunu itirmişdi. Sevdiyini itirmişdi... Oğlanları xəyanət etmişdilər. Sevdikləri etmişdi bu xəyanəti. Oğlanları Yusufuna xəyanət etmişdi. Bəlkə başqası etsəydi cəzalandırardı. Amma oğlanları eləmişdi bunu. Qardaşlarına xəyanət etmişdilər, atalarına xəyanət etmişdilər. Yusuf olmasa ataları onları daha çox sevərdi, deyə düşünmüşdülər. Atalarının sevgisinə qısqanmışdılar qardaşlarını. Nəfsləri əməllərini onlara süsləyərək göstərmişdi.
[Yusuf, 83-100]

Yaqub oğlanları ilə imtahan olunmuşdu. Bu imtahan ona təvəkkülü öyrətdi...
Bu imtahan ona özünü tanıtdı. Özünü tanımaq üçün Yusufunu itirməli idi...

Həzrəti Yaqub

NƏTİCƏ

Bu qissə bizə o qədər çox mesaj verir ki...
Təvvəkkülün yalnız və yalnız Allaha olsun. Sevdiyinizi qorumaq üçün sizin tədbiriniz kifayət deyil.
Onu qorumaq istəyirsinizsə onu Allaha əmanət edin.
Gözlərini itirəcək qədər sevirsənsə, Misirdən gələn ətri duyacaqsan.
Övladlarını bir-birinə düşmən edəcək qədər şeytana fürsət vermə.
Yusufunu itirdinsə Allahın hikmətinə səbr et.
Pis niyyətlilərin əlinə bəhanə vermə. (Yaqub deyənə qədər oğlanları "qurd yedi"
ssenarisini düşünməmişdilər. Onların ağıllarına bunu Yaqubun sözü saldı [Yusuf, 14].
Qorxduğunuz başınıza gələr...


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

R.M_FaNaTka

  • 12 avqust 2011 19:46
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooooooooooox tesekkurler

--------------------

NİKİ

  • 12 avqust 2011 12:47
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Sirli Melek

  • 12 avqust 2011 12:31
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
İsrail kəlməsinin mənası gecə [Allaha] gedən deməkdir.
BUNU BİLMİRDİM

HƏZRƏTİ YUSİF HAQDA SERİALA BAXMIŞAM VƏ ÇOX BƏYƏNMİŞDİM.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Sergio Ramos

  • 12 avqust 2011 12:13
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Təşəkkür edirəm belə dəyərli xəbərə görə

--------------------

HaYaliM

  • 12 avqust 2011 12:11
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun sizden


Qorxduğunuz başınıza gələr... hemise bele olur.neden qorxuruqsa o anlari da yasayiriq

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Narka E-ZaDe

  • 12 avqust 2011 12:10
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}