Həzrəti İbrahim

 
Həzrəti İbrahim

İbrahim adı müfəssirlərin çoxunun qənaətinə görə süryanicədən gəlir və ərəbcə “Əbun Rahimun - mərhəmətli ata” mənasını verir. Ancaq ibranicə bir kəlmə olub, ata mənasındakı “ab” ilə camaat mənasındakı “raham”dan törədildiyi və “camaatın atası” mənasını daşıdığı fikri də mövcuddur.[1]

Həzrəti İbrahimin adı Qurani‐Kərimdə 25 surədə, 63 ayədə 69 dəfə zikr olunur. [2] Qurani-Kərim Həzrəti İbrahimin doğum yeri, doğum tarixi və uşaqlıq illəri haqqında heç bir məlumat verməmişdir. Buna görə də tarixçilər onun doğum yeri və tarixi haqqında ixtilafa düşmüşdülər. Doğrudur bu barədə israiliyyat qaynaqlarında olduqca çox sayda rəvayət mövcuddur, lakin onların heç birinin dəlili olmadığı üçün biz onları təqdim etməyə ehtiyac duymadıq.

Həzrəti İbrahimdən sonra yaşamış və adı Quranda zikr olunan 14 peyğəmbər Həzrəti İbrahimin soyundan gəlir və buna görə də onun ən məşhur ləqəblərindən biri "Əbul-ənbiya"dır, yəni peyğəmbərlər atası. Həzrəti Lut isə onun qardaşının oğlu olmaqla yanaşı ona ilk iman edənlərdən və onunla hicrət edənlərdəndir.

Həzrəti İbrahim

İBRAHİMİN RƏBBİNİ AXTARMASI

“Bir zaman İbrahim atası Azərə demişdir ki: “Sən bütləri ilah olaraq qəbul edirsən? Səni və toplumunu açıq-aydın zəlalət içində görürəm!” Məhz beləcə biz, İbrahimdə göylərin və yerin hökmranlığı haqqında bir təfəkkür formalaşdırdıq ki, qəlbən rahatlıq tapsın. Və gecə qaranlığında bir ulduz gördü və qışqırdı: “Bu mənim Rəbbimdir!” Fəqət ulduz batınca dedi ki: “Mən batanları sevmərəm.” Sonra Ayın doğuluşunu görüncə “Bax, Rəbbim budur!” dedi. Fəqət o da batınca dedi ki: “Doğrusu Rəbbim məni doğru yola yönəltməsəydi, mən də şübhəsiz ki, zəlalətə düşənlərdən olardım!” Nəhayət Günəşin doğuluşunu gördü və “Mənim Rəbbim budur; [çünki] bu, ən böyüyüdür!” dedi. Fəqət o da batınca “Ey qövmüm!” deyə səsləndi, “Mən sizin şirk qoşduqlarınızdan uzağam!” Artıq mən, hər cür batildən üz çevirərək bütün varlığımla göyləri və yeri yaradana yönəldim; və mən Ondan başqasına ilahlıq yaraşdıranlardan deyiləm! ‐ dedi.” [Ənam, 74-79]

Bu ayələri oxuyarkən gözlərimiz önündə bir tablo canlanır: “Sanki Həzrəti İbrahim onu dinləyən bir qurupa həqiqi Allah inancını öyrədə bilmək üçün, bir misal çəkir. Bu axtarış ayələrinin Həzrəti İbrahimin imanını dilə gətirən 74-75-ci ayələrdən sonra gəlməsi, onun bu üşulu bilərək istifadə etməsinə dəlildir. Başqa sözlə desək bu, həqiqəti tapmaq üçün intelektual bir mühakimə və görünənlər vasitəsi ilə görünməyənə çatmaq üçün bir üsul olduğu da anlaşılır. Bundan çıxış edərək, uluhiyyəti və vəhdaniyyəti qavramaq və isbat etmək üçün istifadə olunan bu mühakimə texnikası ilə hədəflənən nəticəyə baxmaq olduqca doğru bir üsuldur.

Həzrəti İbrahim

Bu ayələrdən o da aydın olur ki, Həzrəti İbrahim, kainatın idarəsinin eynilə yaradılışı kimi Allahın əlində olduğunu isbat etməyə çalışırdı. Bu məsələ, “sizin şərik qoşduqlarınızdan uzağam” və “siz Allaha ortaq qoşursunuz” cümlələrindən açıqca aydın olur. Allaha inancları olmasaydı, "Allaha ortaq qoşursunuz" cümləsinin mənası olmazdı. Həzrəti İbrahim, yaradılış və idarənin Allaha məxsus olduğunu qövmünə izah etməyə çalışır, onlar isə bunu qəbul etmirdilər. Buna görə İbrahim “məni yaradan eyni zamanda mənə hidayət də verəndir” deyirdi. “Artıq [elan edirəm ki] mənim üçün onlar bir düşməndir. Yalnız Aləmlərin Rəbbi var. Odur məni yaradan, mənə doğru yolu göstərəcək olan da Odur. Ac ikən mən doyduran, susuz ikən mənə su verən Odur; Və xəstələndiyim zaman şəfa verən də Odur. Məni öldürəcək, sonra dirildəcək olan da Odur. Hesab günündə məni və xətalarımı bağışlayacağına ümid etdiyim də Odur.” [Şuəra 78-82]

Ayədəki “mən batanları sevmirəm” cümləsinin qarşılığı isə: iman etmək sevməkdir; inandığınızı sevgi dünyanıza daxil etmək, hətta hakim etməkdir.
Quşeyri Həzrəti İbrahimin tövhidə tərəf gedən yoldakı üç dayanacaq olan ulduz, Ay, Günəş simvollarını İslamın üç bilgi sisteminə daxil edir:
1) Ağıl təməli üzərində qurulan Burhan bilgi sistemi.
2) Vəhy təməli üzərinə qurulan Bəyan bilgi sistemi.
3) Duyğu/fəhm təməli üzrə qurulan İrfan bilgi sistemi. [Risalə, Qahirə, 1991, s. 287]

Həzrəti İbrahim

BÜTLƏRİN QIRILMASI

Quranın Həzrəti İbrahimdən nəql etdiyi bir başqa hadisə, onun bütləri qırıb parça-parça etməsidir. Bu olduqca böyük və ciddi bir addım idi. Cahil bir xalqın müqəddəs hesab etdiklərini dağıtmaq o qədər də asan bir iş deyildi. Amma Həzrəti İbrahim bütləri qırmağa qərarlı idi və bunun nə ilə nəticələnəcəyini də çox gözəl bilirdi. Bütlərin heç kəsə, hətta özlərinə də bir faydası olmadığını onlardan pənah umanlara sübut etmək istəyirdi.
“O, onların bütlərinə yavaşca yaxınlaşdı və “Nədir, yoxsa [önünüzə sizin üçün qoyulanları] yemirsinizmi? - dedi [və əlavə etdi]: “Sizə nə oldu? Yoxsa danışa bilmirsiniz?” Və onları bütün gücü ilə dağıtmağa başladı” [Saffat, 91-93]

“Nəhayət onların hamısını parça-parça etdi; yalnız onların böyüyünü saxladı ki, bəlkə qayıdıb ona baş çəkdilər [!]. [Onlardan bəziləri] “ İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” – dedilər. [Digərləri də] dedilər ki: “Onu insanların önünə gətirin; bəlkə kimsə şahidlik edər! [Gətirərək] “İlahlarımıza bunu sənmi etdin?” deyə soruşdular. [İbrahim] “Xeyr!” dedi, “Bunu etsə-etsə, o, ən böyük olan edəcəkdir; ən yaxşısı siz ondan soruşun; təbii ki, əgər cavab verə bilərsə!”[Ənbiya 58-63]

Həzrəti İbrahim

Çağdaş və ya qədim hər bütpərəst təzim etdiyi bütün zavallı bir əşya olduğunu bilir. Bunu bildiyi halda niyə ona təzim edir? Bu sualın yalnız bir cavabı var: Təzim və tapınmaq insanın fitrətində var, bu insanın təbii ehtiyacıdır. İnsan yalnız Allaha qul olmazsa, qul olacağı minlərlə saxta tanrı icad edər... Bu insanın dəyişməz təbiətidir. Bəzən öz bütünü özü düzəldər, bəzən isə başqalarının düzəltdiyi büt onun üçün daha müqəddəs olar. Amma heç bir zaman bunun sadəcə bir büt olduğunu qəbul etməz. İnanmaz, inanmaq istəməz. Azər olar [İbrahimin atası], azərkimililərdən olar, amma İbrahim olmağa cəsarət etməz. İbrahim olmaq üçün əvvəlcə öz daxili dünyasındakı bütləri qırmalı olduğunu anlamaq istəməz...
Bu büt hər şey ola bilər: taxtadan yonulmuş bir heykəl olduğu kimi, bir kreslo, bir vəzifə, bir məqam da ola bilər... Bu büt bir əqidə, bir məzhəb, bir alim də ola bilər... Bu büt Allahdan çox zikr etdiyin, Ondan çox güvəndiyin, Ondan çox inandığın hər şeydir.

Al əlinə bir balta, qır içindəki bu saxta tanrını, təzim etdiyin hər bütü...
Al əlinə bir balta, memarı olduğun bütünü yerlə bir et...
Al əlinə bir balta, dağıt bütün saxta düşüncələrini...
Və bir İbrahim ol!

Həzrəti İbrahim

GÖZƏL ÖRNƏK

“…Mən səni insanlığa öndər edəcəyəm” [Bəqərə-124]
Maraqlıdır ki, Qurani‐Kərimdə yalnız iki insan üçün ”gözəl örnək” ifadəsi yer alır. Biri burada Həzrəti İbrahim üçün digəri də Həzrəti Məhəmməd [60-4; 33-21] üçün istifadə edilir.
Daha bir ayə isə İbrahimlə bərabər olanların örnəkliyinə işarə edir: “Doğrusu İbrahimdə və ona uyanlarda sizin üçün gözəl bir örnək var. Onlar qövmlərinə belə demişdilər: “Baxın, biz sizdən və Allaha şərik qoşduqlarınız hər şeydən uzağıq; biz sizi[n həyat tərzinizi] rədd edirik; sizinlə bizim aramızda, siz bir tək Allaha ibadət edincəyə qədər əbədi sürəcək bir düşmənlik və nifrət vardır...” [Mumtəhinə, 4]

O da maraqlı bir faktdır ki, “millət” kəlməsi Quranda İbrahim soyuna nisbət olaraq istifadə olunur – “İbrahim milləti” [Bəqərə – 120] Beləcə biz dilimizdə məşhur olan millət kəlməsinin əsl mənasını anlamış oluruq. "İbrahim milləti" anlayışı bütün iman edilənlərə şamil edilə bilər. Millət burada iman mənasında istifadə edilir. Millət, “İbrahim milləti” misalında olduğu kimi yalnızca bir həyat sisteminin liderinə nisbət edilir. “İslam milləti” olduğu kimi “küfür milləti” də var. Ya İbrahim millətindən olacaqsan, ya da əksinə… İbrahim millətindən olmaq, yəni iman etmək digər insanlara nümunə olmaqdır. Ona gərə də İbrahim “tək ümmət” idi. Bunu Quran söyləyir.

Həzrəti İbrahim

İMTAHANLARI

“Rəbbin İbrahimi insanı şiddətlə sarsan ağır imtahanlara tabe tutmuş və o da bu imtahanı haqqıyla verdiyi zaman demişdir ki: “Mən səni insanlığa öndər edəcəyəm”. İbrahim: “Nəslimdən də?” demişdir. Allah buyurmuşdur: “Sözüm [sənin nəslindən də olsa] zalımlar üçün keçərli deyildir.” [Bəqərə 124]
Məallarda “imtahan” olarak keçən bu söz ayənin orjinal versiyasında “kəlmələr”dir. Yəni “İbrahimi bir sıra kəlmələrlə sınamışıq.” Ərəb dilində “k-l-m” kökündən törəyən bütün sözlər “güc və şiddət” mənasına gəlir. [İbn Cinni, əl-Hasais I, 13 və.s] Buradan da belə nəticəyə gəlmək olar ki, Həzrəti İbrahimin sınandığı kəlimatın insanı şiddətlə sarsan güclü bir imtahanlardır. Bunlar İbrahimin layiqi ilə verdiyi: atəş, hicrət və qurban imtahanları ola biləcəyi kimi, bilmədiyimiz başqa imtahanlar da ola bilər. Sözün kök mənasından da anladığımız kimi bu, çox güclü və şiddətli, yəni çox çətin bir imtahan olmuşdur ki, Rəbbimiz bunu bizə söyləməklə İbrahimi belə ağır bir imtahanla sınadığını xatırladır və bu sınağı layiqi ilə verdiyi üçün onu başqalarından üstün tutularaq Xəlilullah/Allahın dostu mərtəbəsinə yüksəltdiyini açıqlayır.

İbrahim imtahanlarına elə bir təslimiyyətlə təslim olur ki, onun təslimiyyətinə də, Rəbbinə güvənməsinə də heyrah olmaya bilmirsən. Atəşə yandırılmağa gedərkən Rəbbindən bir övlad istəyir. Güvənir Ona. Bilir ki, o atəşə könüllü getdiyi üçün, yanmağa hazır olduğu üçün Rəbbi onu mükafatlandıracaq. Və Ondan bir övlad istəyir. Allah isə ona təslim olan qulunu peyğəmbərlər atası edir.

Quranda onun sınandığı imtahanlardan bəziləri yer almışdır: imanını təsdiq etmək üçün atəşlə sınanan İbrahim daha sonra hicrət etmiş, bir müddət sonra isə insanlığın ən çətin imtahanı olan övlad imtahanı ilə sınanmışdır. Atəşə yanmaq üçün gedən İbrahimə “atəş sərin və salamat olmuşdur” [Ənbiya, 69]. “Mən Rəbbimə hicrət edirəm” [Ənkəbut, 26] deyə yola çıxan İbrahimin vardığı məkan “əmin və müqəddəs bölgə” [Ənbiya, 71] olmuşdur. Maraqlıdır ki, həm Ənkəbut surəsində imanını təsdiq edən ayədən, həm də Ənbiya surəsindəki hicrət hadisəsindən sonra gələn ayələrdən sonra İbrahimə oğlu İshaqın və nəvəsi Yəqubun xəbəri verilir. Baxmayaraq ki, İshaq və Yəqubun doğuluşu iman, hicrət və qurban hadisələrindən çox sonra gerçəkləşmişdir, burada sanki məhz imandan və hicrətdən həmən sonra müjdə verilmiş kimi görürük. Ayələrdən bilirik ki, İshaqın müjdəsi Həzrəti İbrahimə verilərkən onun artıq bir oğlu İsmayıl var idi [baxın: İbrahim, 39; Bəqərə, 140 və Nisa, 163] və İshaqın müjdəsi isə ilk dəfə Həzrəti Saraya verilir. [Hud, 71]
[Bu barədə baxın: http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1461]

Həzrəti İbrahim

QURBANLIQ

Allah İbrahimi sınadıqca sınadı. Ona elə bir imtahan verdi ki, ondan sonra heç kim bu imtahanla sınanmadı.
Tarixə baxaq; hər peyğəmbər qövmünü sadəcə Allaha qulluğa dəvət etmiş, bu yolda mübarizə aparmışdır. Hər peyğəmbərin bir hicrət hekayəsi var. Amma heç birinin qurbanlıq kimi çətin bir imtahanı yoxdur. Bəlkə onlardan da bu tələb edilsəydi, gözlərini qırpmadan övladlarını Allaha qurban verərdilər. Amma burada yalnız İbrahim sınanmırdı, həm də İsmayıl sınanırdı. Biri yeganə oğlunu qurban verirdi, o biri canı ilə imtahan olunurdu... Hər ikisi imtahanlarını layiqi ilə verib tarixə bir miras qoydular. Təslimiyyət simvolu olan bir miras. Onlardan sonra yer üzünə gələn bütün insanlara bir mesaj verdilər: “Allah almaq üçün deyil, daha böyüyünü vermək üçün imtahan edər. “Ey İbrahim!” Səni Peyğəmbərlər nəslinə ata etmək üçün səndən “bir İsmayıl” istəyər. "Ey İsmayıl! Səni təslimiyyətin zirvəsi olaraq anmaq üçün səndən bir can istəyər". Allah istədi... Özü vermişdi... Sənin olanı deyil, Özünün sənə verdiyini səndən istədi. Bir övlad vermişdi, onu istədi. Bir can vermişdi, onu istədi...

Həzrəti İbrahim

DÖRD QUŞ

İbrahim demişdir ki: “Rəbbim, ölünü necə dirildəcəyini mənə göstər!” O da, “Yoxsa inanmırsan?” deyə sual verdi. Cavab verdi ki: “Xeyr, inanıram. Lakin qəlbim rahatlıq tapsın deyə.” O da, “O zaman dörd quş götür və onları özünə alışdır [3] bundan sonra onları ayrı-ayrı bir təpəyə sal və onları çağır; uçaraq sənə tərəf gələcəklər…” [Bəqərə, 260]
Ayədə quşun növü barədə heç bir məlumat verilmir. Deməli əsas diqqət quşa deyil ölünün necə dirilməsinə yönəldilməlidir. Həzrəti İbrahimə sanki: “sən çağırınca tərbiyə etdiyin quşlar uçaraq sənə tərəf necə gəlirlərsə, Allah da ruhları çağırdığında onlar da quşlar kimi onları tərbiyə edən Rəbblərinə qaçaraq gələcəklər” ‐ deyilmək istənilir.

Suruhunnə iləykə [onları özünə alışdır – yəni sənə itaət etmələrini öyrət] əmri diqqətdən yayınmamalıdır. Bu qissənin verdiyi əxlaqi dərs, Əbu Müslim tərəfindən inandırıcı bir şəkildə anladılmışdır. [Razinin rəvayətinə görə]: “Əgər insan, quşları çağırışına uyacaq şəkildə əhliləşdirə bilirsə ki, bu mümkündür,- o zaman Allah da sadəcə “ol!” deməklə hər şeyə həyat verə bilər.

Həzrəti İbrahim

ATASI AZƏR

İxtilafi məsələlərdən biri də Həzrəti İbrahimin atasının adıdır, daha doğrusu Azərin kimliyi. Qurani-Kərim Ənam surəsinin 74-cü ayəsi Azərin İbrahimin atası olduğunu söyləyir. “Bir zaman İbrahim, atası Azərə: “Sən bütləri tanrı olaraq qəbul edirsən?... demişdir.” Daha sonrakı ayələrdən də Həzrəti İbrahimin atası üçün necə dua etdiyinin şahidi oluruq. Kənanın Həzrəti Nuhun oğlu olmadığını söyləyənlər kimi, Azərin də İbrahimin atası deyil, əmisi olduğunu söyləyənlər yanılırlar. Hər ikisini iman etməyən bu əzizləri üçün necə dua etdiklərinin ayələrdən anlayırıq. Biri şəfqətlə “oğlum”, o biri də eyni şəfqətlə “atam” deyir və onların xilası üçün Rəblərinə dua edirlər. İnsan bu cür şəfqətlə ögey oğluna və ya əmisinə dua edə bilməz. Təbii ki, onları sevə bilər, onlar üçün üzülə bilər, amma belə (üzüntü ilə, şəfqətlə) dua edə bilməz.

İbrahim surəsinin 41-ci, Şuara surəsinin 86-87-ci ayələrinə bir daha nəzər salaq:

“Rəbbimiz! Məni, valideyinlərimi [ata-anamı] və bütün inananları hesablarının veriləcəyi gün əfv et!”
“Atamı da bağışla! Çünkü o, azanlardan biri olmuşdur. Və məni hər kəsin dirildilib qaldırılacağı o gün utandırma!” Burada utanılası vəziyyət atası üçün duyduğu bir hissdir. Həzrəti İbrahim haqq‐hesab günündən öncə atasını dəfələrlə dəvət edir. Əvvəlcə onun diqqətini tapındığı bütlərin batil olmasına çəkir. Sonra kor-təbii təqlidi tərk edərək, dəllillərə istinad edərək Allaha iman etməsini tələb edir. Daha sonra, şeytana itaətin ağıllı insana yaraşmadığını xatırladır. Ən nəhayət yenə ədəb və nəzakət qaydalarına diqqət edərək batil yola girməyi əngəlləyici bir təhdid ilə sözünü bitirir: “Mən qorxuram” atasının haqqını ödəmək üçün, onun mənfəətini qorumağa qəlbən son dərəcə bağlı olduğunu göstərir: “...Ey atam!” “Nəyə görə eşitməyən, görməyən və səndən heç bir zərəri dəf edə bilməyən şeylərə qulluq edirsən?” “Ey atam! İnan ki mənə, sənə verilməyən həqiqət bilgisindən bir pay verilib; elə isə mənə uy ki, səni doğru bir yola yönləndirim!” “Ey atam! Şeytana qulluq etmə! Xatırla ki, şeytan o rəhmət qaynağına üsyan edən biri idi!” “Ey atam! O rəhmət qaynağından gələcək bir əzabın sənə toxunmasından narahatam; məhz o zaman Şeytanın bir dostu da sən olmuş olarsan...” [Məryəm, 41-45]

Mumtəhənə surəsi 4-cü ayədə isə İbrahimin böyük etirafı ilə qarşılaşırıq: “...Yeganə istisna, İbrahimin atasına “Sənin üçün Allahdan bağışlanmağını diləyəcəyəm; amma sənin xeyrinə Allahdan bir şey əldə etmək qabiliyyətinə sahib deyiləm” deməsidir...” Bir peyğəmbər sevdiyi üçün sadəcə dua edə bilər. Əlindən bundan başqa bir şey gəlməz. Duanın qəbul olunması üçün isə həyat tərzini, daha doğrusu təfəkkürünü dəyişməlidir...

“[Küfrdə israr edərək ölənlərin] cəhənnəmlik olduqları onlara açıqlandıqdan sonra, müşrüklər üçün (istərsə yaxın qohum olsunlar) Allahdan bağışlanmaq diləmək, nə Peygəmbərə, nə də ki, iman edən heç kəsə yaraşmaz. İbrahimin atası üçün Allahdan bağışlanmaq diləməsinin səbəbi, atasının sağlığında ona verdiyi sözə görə idi. Fəqət atasının Allah düşməni olduğu qətiləşincə həmən əl çəkdi. Zatən İbrahim çox şəfqətli və ürəyi yumuşaq idi.” [Tövbə,113-114]
Ayədən də anladığımız kimi iman etməzdən öncə ölmüş biri üçün dua etməyin heç bir mənası yoxdur. Bu duanı istərsə İbrahim ‐ Xəlulullah etsin...

Həzrəti İbrahim

KƏBƏNİN TİKİNTİSİ

“İbrahim İsmayılla birlikdə Kəbənin təməllərini yüksəldərkən belə dua etdilər: “Rəbbimiz! Bunu bizdən qəbul et! Bütün duaları eşidən yalnız Sənsən; və könüllərdəkini bilən də.” [Bəqəqrə, 127]

“Və iz yuəssisu” [təsis edərkən] yerinə “yerfe’u”nun gəlməsi, Həzrəti İbrahimin
Kəbənin ilk banisi deyil, ihya edicisi olduğunu göstərir. O yıxılanı yenidən yüksəltmişdir.

Başqa bir ayədə isə “Zira insanlıq üçün inşa edilən ilk məbəd, Bəkkədəki bərəkətli və bütün toplumlar üçün hidayət mərkəzi olan məbəd idi. Buna dəlalət edən işarələr hələ də orda qalır; Orası İbrahimin məqamıdır: ora girən hər kəs əmin olur...” [Ali İmran, 96-97] Bildiyimiz kimi Bəkkə Məkkənin digər bir adıdır ki, Qurani‐Kərimdə hər iki adı ilə də zikr edilmişdir.

Digər bir ayəyə nəzər salaq: “Biz, İbrahimin [inşa və ihya etməsi] üçün bu İbadət Evinin yerini təsbit etdiyimiz zaman; “Mənə heç bir şeyi şərik qoşmadığın kimi, Məbədimi də təvaf edəcəklər və [ona doğru] qiyama durub ruku və səcdəyə qapanacaqlar üçün [şirkdən] təmiz tutacaqsan! [demişdik]” [Hacc, 26]


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

velehat

  • 12 avqust 2011 22:47
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
xebere gore twk...

R.M_FaNaTka

  • 12 avqust 2011 19:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooooooooooox tesekkurler

--------------------

Narka E-ZaDe

  • 12 avqust 2011 16:16
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

RAY OF MOON

  • 12 avqust 2011 14:47
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
chox sag olun ALALH razi olsun

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

emo__boy

  • 12 avqust 2011 14:25
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
ALLAH razi olsun

gulnihal

  • 12 avqust 2011 14:15
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
Allah sizden razi olsun.oxuduqca cox sey oyrenirik tesekkurler

EDWARD_CULLEN

  • 12 avqust 2011 13:42
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
tewekkurler

Мой Мир

  • 12 avqust 2011 13:41
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun tewekkur ediremmmmmmm

--------------------
∞♥

✰GlaMurKa✰

  • 12 avqust 2011 13:22
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
cox sag olun ALLAH razi olsun

Sirli Melek

  • 12 avqust 2011 12:57
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

eleviyye

  • 12 avqust 2011 12:51
  • Məqalə: 5
  • Şərh: 61
  • Bal:
{awards}
AY MASHALLAH!!!! COOOOOOOOX GOZEL MEQALEDI!!! EHSEN! ALLAH RAZI OLSUN!!!

--------------------
Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

Sergio Ramos

  • 12 avqust 2011 12:50
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
SEYMUR551 çoox sağolun xəbərə görə

--------------------

HaYaliM

  • 12 avqust 2011 12:46
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun


Insan menen temizlenir bir yungulluk tapir bu cur yazilar oxuduqca

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

NİKİ

  • 12 avqust 2011 12:42
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
ALLAH SIZDEN RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}