Həzrəti Zəkəriyya

 
Həzrəti Zəkəriyya

[center]Zəkəriyya Peyğəmbərin adı Qurani Kərimdə dörd
surədə səkkiz ayədə keçir: Ali İmran; 37-41, Ənam; 85, Məryəm; 2-15 Ənbiya; 89

Onun haqqında ən dolğun məlumatları Ali İmran və Məryəm surələrindən öyrənirik.
Həzrəti Zəkəriyyanın qissəsi Musaf sıralamasında Ali İmran surəsi 37-dən başlayaraq anladılır. Onun bir peyğəmbər olduğu məlumdur, lakin onun Həzrəti Məryəmdən öncəki həyatı haqqında heç nə bilmirik. Onun qissəsi Həzrəti Məryəm və onun oğlu Həzrəti İsaya necə qəyyumluq etdiyindən, Məryəmə verilən ruzidən təsirlənərək nəslinin davamı üçün dua etməsindən və duasının qəbulundan bəhs edir.

Həzrəti Zəkəriyya

Hadisənin məğzi belədir ki, övlad həsrəti ilə yanıb tutuşan İmranın zövcəsi Allaha dua edir, hamilə olduğunu öyrəndikdə isə ona bu lütfü bəxş edən Rəbbinə sahib olduğu ən böyük nemətini, - övladını, - ərmağan edir. Hələ doğulmayan körpəsini Allah yolunda qurban verir. Övladının qız olduğunu gördükdə belə fikrindən daşınmır və onu, söz verdiyi kimi gətirib məbədin qapısına qoyur (bu barədə daha geniş məlumatı Həzrəti İsa bölümündə verəcəyik).

“Rəbbi onu məmnuniyyətlə qəbul etdi, onu bir fidan kimi böyütdü və Zəkəriyyanın himayəsinə verdi. Zəkəriyya nə vaxt onun olduğu yerə girsə onun yanında Allahın nemətlərini görürdü. (Və bir gün) sual verdi: “Ey Məryəm! Bunlar sənə hardandır?” O da cavab verdi ki: “Bunlar Allah qatındandır; Allah dilədiyinə hesabsız ruzi bağışlayar.” Məhz orda, o zaman Zəkəriyya Rəbbinə belə bir dua etdi: “Ya Rəbbim! Mənə qatından gözəl bir nəsil bağışla; çünki Sən bütün duaları eşidənsən!” Zəkəriyya mehrabda ibadət edərkən mələklər ona dedilər: “Allah sənə, Allahdan gələn bir kəlmə olan, ehtirama layıq mövqe sahibi, nəfsinə hakim, salehlərdən bir peyğəmbər olacaq Yəhyanı müjdələyir.” Cavab verdi: “Rəbbim! Mən yaşlı biriyəm, zövcəm də qısır ikən mənim necə övladım ola bilər?” (Mələk) cavab verdi: “Allah dilədiyini edər” (Zəkəriyya) yalvardı: “Rəbbim! Mənə bir işarə göstər!” (Allah) buyurdu ki: “Sənin işarən üç gün boyunca insanlarla işarə ilə danışmağındır. (Danışmağın əvəzinə isə) Rəbbini çox zikr et və səhər-axşam, gecə-gündüz Onu təsbit et!”
(Ali İmran; 37-41)

Həzrəti Zəkəriyya

Mushaf sıralamasında Həzrəti Zəkəriyya haqqında ilk məlumatı bu ayələrdən öyrənirik. Yuxarıda da söylədiyimiz kimi Zəkəriyya qissəsi Məryəmin doğumundan sonrakı zamanı ehtiva edir. Bu ayələrdən biz Zəkəriyya Peyğəmbərin timsalında imanla istəməklə, məntiqlə istəməyin fərqini görürük. Həzrəti Məryəmin yanında gördüyü nemətlərdən və bu nemətin Allah qatından göndərilməsindən təsirlənən Zəkəriyya öz halını da, həyat yoldaşının halını da bilməsinə rəğmən elə ordaca Rəbbindən bir övlad istəyir. Rəbbinin bu duasını qəbul etdiyini öyrənincə isə məntiqi işə qarışır: Necə ola bilər? “Mən qoca, yoldaşım qısır”

Bu mümkün olmayan bir işdir. Sanki bir az öncə özü yaşlı, yoldaşı da qısır biri deyildi və ya Zəkəriyyanın bundan xəbəri yox idi. Təbii ki, dəyişən heç nə yox idi. Həqiqətən də o qoca, yoldaşı isə qısır idi. Amma iman halı ilə, Rəbbinə yönəlincə mümkünsüz deyilən bir şey mümkün olmuşdur. Bunu iman anlaya bilsə də ağıl anlaya bilmir. Xəbəri öyrənincə bu xəbəri məntiqi ilə də dərk etmək istəyir. Sual verir: Necə? Cavab alır: “Allah dilədiyini edər” Bəli, məntiqin aciz qaldığı məqamlar Allahın diləməsidir. Məntiq nə torpaqdan insan yaratmağı, nə atasız dünyaya övlad gətirməyi, nə də qısır birinin övlad sahibi ola biləcəyi həqiqətini dərk etməz. Bunu yalnız iman dərk edər. Çünki bilir ki: “Allah dilədiyini edər”. Ağıl dərk etmədiyi üçün bir də bunun təsdiqini istəyər: “bir əlamət, bir işarə”deyər... Təsdiqin əlaməti də özü qədər dərk edilməzdir: “danışa bildiyin halda, sağlığında bir problem olmadığı halda üç gün danışa bilməyəcəksən”. Allah danışmağa başlayınca qula düşən susmaqdır.

Həzrəti Zəkəriyya

Zəkəriyya Məryəmin otağına girərkən orda olan ruzini görüb, Allahın bir qulunu bu cür ruziləndirə biləcəyinə şahid olub imanla Ona yönəlmişdir. Biz bu ruzinin nə olduğunu bilmirik. Bildiyimiz budur ki, bir peyğəmbər bunu görüb təəccüblənmiş və belə bir ruzi verən Rəbdən gözəl bir nəsil arzulamışdır. Sadəcə övlad deyil, Allah qatından gözəl bir nəsil. Allah da onun duasını qəbul etmiş və həqiqətən də gözəl bir nəsil bağışlamışdır: Yəhya.

Zəkəriyyanın danışa bildiyi halda danışmaması isə Allahın bir möcüzəsidir. Bu həm də Quran bununla Yeni Ahiddəki (Tövrat) "Zəkəriyya oğlu olacağını eşidincə dili tutuldu" (Luka 1: 20-21) iddiasını təkzib edir. Bu bir qüsur deyil, Allahın lütfüdür. İşarə istəyən Zəkəriyyaya verilən bir möcüzə. Və bu möcüzə başqalarını inandırmaq üçün deyil, məhz Zəkəriyyanın özünü inandırmaq üçün baş vermişdir. Və Zəkəriyya danışa bildiyin halda susacaqsan mesajı ilə yanaşı məbəddəki vəzifəni də icra edəcəksən mesajını alır. Bildiyimiz kimi Zəkəriyyanın məbəddə bir vəzifəsi var idi, o insanlara imamlıq edirdi. “Rəbbini səhər, axşam zikr et!” əmri ilə o vəzifəsini davam etdirməklə mükəlləf olduğu mesajını da alır. Yəni susmağından, danışa bilmədiyindən bir bəhanə kimi istifadə etmə.

Həzrəti Zəkəriyya

Demək olar ki, bu qissə bir az əlavələrlə Məryəm surəsində yenidən təkrarlanır. Peyğəmbərlər qissələrində bəzən təkrarlara rast gəlirik. Lakin bu təkrarların özü də olduqca diqqətə layiqdir. Məryəm surəsindəki ayələrdə Zəkəriyyanın bu necə ola bilər sualına gözəl bir cavab verilir: "Rəbbin deyir ki, bu Mənim üçün çox asandır; Belə ki, daha əvvəl səni də Mən yaratmışdım, halbuki sən heç bir şey deyildin" (Məryəm; 9)

Bəli, Allahın yaratması üçün gənc və sağlam (Həzrəti Zəkəriyyanın xanımı qısır idi) olmaq əsas şərt deyil. Bu insan ağlı üçün vacib amildir. İman edənlər üçün isə belə bir şərtin olub, olmaması əhəmiyyətli deyil. Allah məhz heç bir şeydən yaradır. Bəzən bir şeyin yaranması üçün ağlın tələb etdiyi bütün şərtlər olsa da o şey yaradılmır. "Ağıl sahibləri" buna heç bir açıqlama gətirə bilmirlər. Halbuki, bir şeyin yaradılması yalnız Allahın diləməsinə bağlıdır.

Həzrəti Zəkəriyyanın və oğlunun faciəli ölümü haqqında bir çox rəvayət və hədislər var. Üzərində ən çox ittifaq edilən Zəkəriyya Peyğəmbərin bir ağac oyuğuna gizlənmiş, onu tapan İsrailoğulları ağacın oyuğunu palçıqla hörmüş və sonra onu ikiyə bölmüşdürlər. Oğlu Yəhyanın başını isə qoç kimi kəsmişdilər.
Bu İsrailoğullarının öz peyğəmbərlərinə etdikləri ən vəhşi qətliamlardan biridir.
[/center]


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:21
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

NİKİ

  • 13 avqust 2011 00:35
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Əziyyətə görə təşəkkür... ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

velehat

  • 12 avqust 2011 22:45
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
xebere gore twk...

Cilent_M.Q

  • 12 avqust 2011 21:26
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

twk

--------------------

Doutzen Kroes

  • 12 avqust 2011 20:36
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Axıra qədər oxudum maraqlı və dəyərli yazıya görə ALLAH müəllifdən razı olsun.
Dini xəbərlər ən bəyəndiyim xəbərlərdən biridir.

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Sergio Ramos

  • 12 avqust 2011 20:33
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Təşəkkür edirəm xəbərə görə

--------------------

HaYaliM

  • 12 avqust 2011 20:07
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

R.M_FaNaTka

  • 12 avqust 2011 19:39
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooooooooooox tesekkurler

--------------------

Delya_91

  • 12 avqust 2011 19:03
  • Məqalə: 319
  • Şərh: 5294
  • Bal:
{awards}
xebere gore sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Narka E-ZaDe

  • 12 avqust 2011 18:43
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

ZEHRA

  • 12 avqust 2011 18:38
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
TEWEKKURLER...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}