Həzrəti Zəhra(s.ə)-nın elçiliyinin qəribə əhvalatı

 
Həzrəti Zəhra(s.ə)-nın elçiliyinin qəribə əhvalatı

Həzrəti Zəhra(s.ə)-nın elçiliyinin qəribə əhvalatı

Bismillahir-Rəhmanir-Rəhim

İmam Baqir(ə) buyurur:

-Fatimə(s.ə) doqquz yaşına yetişdiyi zaman Cəbrail (ə) nazil olub Peyğəmbər (s.a.a s)-ə ərz etdi: "Xudavəndə-Təala sənə salam göndərib buyurur ki, Fatimə(s.ə)-nı ərə ver”.
Peyğəmbər (s.a.a s) bu mətləbi səhabələrinə buyurdu. Bir həftədən sonra Fatimə(s.ə) üçün gələn elçilərin sayı min yeddi yüzə çatırdı. Onların hamısı varlı və adlı-sanlı ərəblər idilər. Gələnlərdən biri də böyük səhabələrdən olan Əbdürrəhman ibni Ovf idi. O, elə bir sərvətə malik idi ki, əgər pullarını min dənə dəvəyə yükləsəydilər yenə də artıq qalardı. Üç yüz işçi onun ticarət işlərinə baxırdı. Məkkə, Mədinə, Taif və Şamda üç yüz əlli dükanı vardı ki, işçilər xüsusilə onun üçün işləyirdilər. Üç min xidmətçi onun malını qoruyurdu. Min dənə qulu, o qədər inək, qoyun, at və dəvəsi vardı ki, sayı-hesabı yox idi. Bu varlı ərəb, Fatimə (s.ə) üçün elçiliyə Peyğəmbər (s.a.s)-ın yanına gəlib ərz etdi: "Bütün mal-dövlətimi Fatimə (s.ə)-nın mehriyəsi edirəm. Onun üçün o qədər ləl-cəvahirat göndərərəm ki, saymaqla qurtarmaz”.

Həzrəti Zəhra(s.ə)-nın elçiliyinin qəribə əhvalatı

Peyğəmbər(s.a.s) qəzəblənərək, yerdən bir ovuc qum götürüb ona tərəf atdı. Bu zaman bütün qum ləl-cəvahirata döndü. Sonra Peyğəmbər(s.a.s)buyurdu:
-Bunları da götür ki, malın daha da artsın. Bu barədə çox söhbət oldu! Amma bilin ki, bu iş ALLAHın əlindədir. ALLAH kimi əmr etsə, Fatimə (s.ə)-nı ona verəcəyəm.

Bu zaman Cəbrail (ə) nazil olub, salam verdikdən sonra ərz etdi:
-Cümə axşamı Zöhrə ulduzu hər kəsin evinin üstünə ensə, Fatimə(s.ə)-nı ona ərə ver.
Bu xəbər səhabələrə çatdı. Onlar öz evlərini bəzəyib, ulduzun axmasını gözləməyə başladılar. Elə ki, cümə gecəsi yetişdi Peyğəmbər (s.a.s) evin üstünə çıxıb gözlədi. Xanım Siddiqeyi-Tahirə(ə) da Həzrətin ardınca ulduzun necə axmasına baxmaq üçün çıxdı. Gecə yarısı ulduz çıxıb zülmət qaranlığı gündüz kimi işıqlandırdı.

Həzrəti Zəhra(s.ə)-nın elçiliyinin qəribə əhvalatı

Ulduzu görən Fatimə(s.ə), "Allahu Əkbər” deməyə başladı. Ulduzun gəlməsi çox uzun çəkdi; Ta ki, Həzrəti Zəhra (s.ə) otuz dörd dəfə "Allahu Əkbər” dedi. Ulduz səhabələrin evlərinin üstündə dövrə vurub, Həzrəti Əli (ə)-ın evinin üstündə qərər tapdı və evə daxil olub salam verərək, "Mübarək olsun” dedi. Bunu görən Fatimeyi-Zəhra (s.ə) şükr edib, otuz üç dəfə "Əlhəmdulillah” dedi. Təsbih bu ədədə çatan zaman, ulduz asimana tərəf yüksəldi. Ulduzun qalxmasını görən Həzrəti Fatimə (s.ə) təəccüb etdi. O, otuz üç dəfə "Subhanəllah” dedi. Nəhayət, ulduz asimana daxil oldu.

Peyğəmbər(s) buyurmuşdur:
"Fatimə(s.ə)-nın sevinci mənim sevincim, Fatimə(s.ə)-nın qəzəbi mənim qəzəbimdir! Hər kəs onu sevsə, məni sevmiş, onu sevindirsə, məni sevindirmişdir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir”.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

music_angel

  • 1 sentyabr 2011 16:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

velehat

  • 12 avqust 2011 22:49
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
xebere gore twk...

R.M_FaNaTka

  • 12 avqust 2011 19:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooooooooooox tesekkurler

--------------------

Ay Üzlü

  • 12 avqust 2011 16:19
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

NİKİ

  • 12 avqust 2011 12:53
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Narka E-ZaDe

  • 12 avqust 2011 11:57
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 12 avqust 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
BU HAQDA BİLMİRDİM. MƏLUMATLANDIRDIĞIN ÜÇÜN TŞK

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaYaliM

  • 12 avqust 2011 11:36
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun sizden.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Sergio Ramos

  • 12 avqust 2011 11:33
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Dəyərli xəbərə görə təşəkkür edirəm...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}