Bu nə sirrdir, Ya Əli?!

 
Bu nə sirrdir, Ya Əli?!

Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

Bu nə sirrdir, ya Əli?! Sən də əksər insanlar kimi olmusan. 63 il yaşamısan. Ya Əli, səndən qabaq da yaşayanlar olub, səndən sonra da olub, indi də var. Ya Əli, biz insanlar ömrümüz boyu fəth edə bilmirik bir zirvəni. Sən bütün zirvələri fəth etmisən. Necə etdin? Bu nə sirrdir, ya Əli?!

Daxmada da yaşamısan, sarayda da yaşamısan.

Kasıb da olmusan, imkanlı da olmusan.

Evdən əkinçi kimi də çıxmısan, xəlifə kimi də çıxmısan.

Bu nə sirrdir, Ya Əli?!

Amma hər dəfəsində sən olmusan, ya Əli! Fikirlərin, baxışların, istəklərin, sevincin, kədərin, düşüncələrin dəyişməyib. Özün qalmısan. Bəşəriyyətin özündən çıxardığı qanunlara görə belə olmaq qeyri-mümkündür. Qeyri-mümkünü mümkün etmək qeyri-mümkündür. Sən bəşəriyyətin özündən çıxartdığı qaydaları sındırmısan. Bacarmısan. Bu nə sirrdir, ya Əli?!

Xeybər qalasını qaldıran da sənsən, yetim görəndə ağlayan da sənsən.

Döyüşdə doqquz bayraqdarı öldürən də sənsən, 25 il səbr edən də sənsən.

Ərəb pəhlavanı Əmr ibni Əbdəvəd ilə döyüşən də sənsən, rükuda zəkat verən də sənsən.

Bədrdə üç pəhləvandan biri də sənsən. Peyğəmbərin (s) yerində yatıb canını Allaha təslim edən də sənsən…


Bu nə sirrdir, Ya Əli?!

Səni dərk etmək olmur, seyyidim! Sən xassələrin vəhdətisən. Bu nə sirrdir, ya Əli?!

Həzrət Musa (ə) qırx gün, qırx gecə mağarada oyaq qaldı. Haqqın ona vəd etdiyi vaxt yetişdi. Ona vəhy olunan ilk əmr ayaqqabılarını çıxarması oldu.

İslam peyğəmbəri Həzrət Muhəmməd (s) də qırx gün, qırx gecə oyaq qaldı. Rəbbinin ona vəd etdiyi vaxt yetişdi. Ona edilən ilk əmr Əlini sevmək oldu.

Qırx gün oyaq qalmanın mübarək hədiyyəsi. Əli məhəbbəti. Nə mübarək əmr. Bu nə gözəllik. Bu nə sirrdir, ya Əli?!
Ya Əli sən vilayətsən, risalətsən. Ayədəki əmr sahibi, ayədəki vilayətsən. Ayədəki risalətsən.

Sonuncu Həcc mərasimindən qayıdan Peyğəmbər (s) bütün hacıları Qədir-Xum deyilən yerdə yığdı. Sənin əlini qaldırdı. Dini kamilləşdirdi. Tamamladı risaləti. 23 illik tikdiyi evin damını qoydu. Bəşəriyyətin yaradılış səbəbi Mövla dedi. Dini əmanət etdi. Bax hörmətə. Verilən qiymətə. Dağ dağa əmanət edilə bilərdi, edildi də. Sən bir dağsan! Bu nə sirrdir, ya Əli?!

Bu nə sirrdir, Ya Əli?!

Bütün kainatın sirri Qurandadır. Quranın sirri Fatihə surəsindədir. Fatihənin sirri Bismillahındadır. Bismillahın sirri “Bə” hərfindədir. “Bə”-nin sirri nöqtəsindədir. Ya Əli, sən o nöqtəsən. Sən vacibsən. Sən olmasan “Bə” olmaz. “Bə” olmasa Bismillah. Bismillah olmasa Fatihə. Fatihə olmasa Quran. Quran olmasa Kainat olmaz.

Kainatın mövcud olma səbəblərindənsən. Olamamağın olmamağımız deməkdir. Bu nə əzəmətdir? Bu nə sirrdir, Ya Əli?!
Ya Əli, sən bir günəşsən. Şuaların məhv eləyir qaranlığı. Aydınladır zülmətləri.

Mən də bir zülmətəm. Ya Əli, gəl ki, səhər olsun. Nur ver mənə. Ehtiyacım var nuruna. İzah et sirlərini. Ya Mövlam, ya seyyidim, ya rəhbərim, ya ağam. De sirrini bu fağıra. De hidayət olmağın yollarını bu yazığa.

Mən soruşdum. Mən istədim. Niyə mənə sən demədin? Niyə sirrini aşkar eyləmədin, eyləmədin, eyləmədin…

Bunun da vardır səbəbi. Həm mənim ləyaqətim çatmır buna, həm də Sən təvazönün zirvəsisən...


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:23
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

music_angel

  • 1 sentyabr 2011 16:40
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sema 401

  • 13 avqust 2011 18:34
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
tesekkürler..

velehat

  • 12 avqust 2011 22:48
  • Məqalə: 0
  • Şərh: 204
  • Bal:
{awards}
xebere gore twk...

Ay Üzlü

  • 12 avqust 2011 16:01
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

NİKİ

  • 12 avqust 2011 12:52
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Sirli Melek

  • 12 avqust 2011 12:01
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Bütün kainatın sirri Qurandadır.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Sergio Ramos

  • 12 avqust 2011 12:00
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Təşəkkürlər xəbərə görə

--------------------

osiris

  • 12 avqust 2011 11:57
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
bir gun seni yoxsa heyati sevdiyimi soruwacaqsan heyati sececem kusub gedeceysen ama hec vaxt bilmiyessenki sen menimheyatimsan

Narka E-ZaDe

  • 12 avqust 2011 11:55
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 12 avqust 2011 11:52
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 10
Cəmi: 43

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}