
HARA GEDİRSƏN?
Dönmüsən günəşə, aya bilmirəm,
Ürəyin daşdımı, qaya bilmirəm,
Mən sənin sevgindən doya bilmirəm,
Sən məni tək qoyub, hara gedirsən?!
Sanırdım qəlbimdə, həm içimdəsən,
Qəlbimə sığmırsan, nə biçimdəsən?
Ayıl bu yuxudan, səhv seçimdəsən,
Sən məni tək qoyub, hara gedirsən?!
Deyirsən, döşənib yolunmu olum,
Şöhrətə xərclənən pulunmu olum,
Dizinə qapanıb qulunmu olum,
Sən məni tək qoyub, hara gedirsən?!
Qürurum sevgimdən daha böyükdü,
Düşünmə ayrılıq ən ağır yükdü,
Amma gözlərimə qaranliq çökdü,
Sən məni tək qoyub, hara gedirsən?!
Bu həsrət ağlımı alacaq yenə,
Möhtacam sevincli ötən hər günə,
Vicdansız, yazığın gəlmirmi mənə,
Sən məni tək qoyub, hara gedirsən?!
Tənhalıq ağırdı başına dönüm,
Yanıram, gözünün yaşında sönüm,
De, sənə çatmırmı fəryadım, ünüm,
Sən məni tək qoyub, hara gedirsən?!
Dönmüsən günəşə, aya bilmirəm,
Ürəyin daşdımı, qaya bilmirəm,
Mən sənin sevgindən doya bilmirəm,
Sən məni tək qoyub, hara gedirsən?!
Sanırdım qəlbimdə, həm içimdəsən,
Qəlbimə sığmırsan, nə biçimdəsən?
Ayıl bu yuxudan, səhv seçimdəsən,
Sən məni tək qoyub, hara gedirsən?!
Deyirsən, döşənib yolunmu olum,
Şöhrətə xərclənən pulunmu olum,
Dizinə qapanıb qulunmu olum,
Sən məni tək qoyub, hara gedirsən?!
Qürurum sevgimdən daha böyükdü,
Düşünmə ayrılıq ən ağır yükdü,
Amma gözlərimə qaranliq çökdü,
Sən məni tək qoyub, hara gedirsən?!
Bu həsrət ağlımı alacaq yenə,
Möhtacam sevincli ötən hər günə,
Vicdansız, yazığın gəlmirmi mənə,
Sən məni tək qoyub, hara gedirsən?!
Tənhalıq ağırdı başına dönüm,
Yanıram, gözünün yaşında sönüm,
De, sənə çatmırmı fəryadım, ünüm,
Sən məni tək qoyub, hara gedirsən?!