Heyvanlara sevgi

 
Heyvanlara sevgi

Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O, sizin üçün yaratdı. Bunlarda istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz.” 1. Nəhl. 5.

Belə bir sual ortaya çıxır:

Günümüzdəki təbliğ olunan insan və heyvan münasibətləri, insan və heyvan yaxınlaşması və hətta bəzi hallarda onların bir ailəyə çevrilməsi müqəddəs dinimiz baxımından nə qədər doğru sayılır?

Ilk öncə bunu qeyd etmək lazımdır ki, İslam təlimlərində bizlərə aşılanır ki, bütün varlıq məhz Allahın ən üstün məxluqu olan insana xidmət etmək üçün yaradılmışdır. Loğman surəsinin 20 –ci ayəsində belə keçir:

“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü...?!”

O cümlədən heyvanlar da məhz insanın rifahını təmin etmək üçün xəlq olunmuşdur.

Buna baxmayaraq dinimiz bütün kainat ilə, o cümlədən heyvanlarla xoş davranmağı, onları incitməməyi bizlərə tövsiyə etmişdir. Misal üçün bir dəyərli buyuruqda Allahın peyğəmbəri (s) belə deyir:

Heyvanlara sevgi

“Heyvanın öz sahibi üzərində altı haqqı vardır:

onun belindən düşən zaman ona ot versin,

suyun yanından keçəndə onu suvarsın,

səbəbsiz yerə onu vurmasın,

gücündən artıq yükləməsin,

qüvvəsi çatmadığı məsəfədə yola aparmasın,

həddindən artıq müddətdə onun belində qalmasın.” 2.

Və yaxud başqa bir hədisdə İmam Sadiq (ə) belə buyurur:

Bir qadın pişiyi susuzluqdan ölənədək bağlı saxladığına görə əzaba məruz qaldı.” 3.

Heyvanlara sevgi

Amma bütün bu tövsiyələr heyvanları insanlardan üstün tutaraq, uşaqları yetimxanalara, valideyinləri qocalar evinə göndərib, heyvanları evimizin yuxarı başına çıxarmağa əsas vermir.

Əfsuslar olsun ki, bu gün insan-heyvan münasibətləri şişirdilmiş formada təbliğat olunmaqdadır. Bu, yaradılışdan azğınlıqdır.

Insan ilk öncə insani münasibətlərə və insanla ünsiyyətdə olmağa üstünlük verməlidir. Istənilən əhilləşdirilmiş, öyrədilmiş və tərbiyələndirilmiş heyvan ən adi bir insanın belə yerini tuta bilməz.

Bundan əlavə, evdə heyvan saxlamağa üstünlük vermək psixoloqların fikrincə psixoloji acizlikdən də doğa bilər. Dilsiz-ağızsız heyvanla münasibət qurmağa nə var ki? Hünər, düşünən, qarşılıq verən, etiraz edə bilən insanla ünsiyyət qurub həyat sürməkdi.

Hələ bura heyvanlarda ola biləcək infeksiya, quduzlaşma və bir çox virusları əlavə edəndə vəziyyət daha da acınacaqlı forma alır.

İnanın ki, bu gün bütün dünyada evlərdə saxlanılan, becərdilən, xüsusi bəslənilən və sevilən it-pişiyin yerinə yetimxanalardan uşaq götürüb saxlanılsaydı dünyamızın əsaslı problemlərindən biri olan kimsəsiz uşaqların çoxalması prossesi öz həllini asanlıqla tapardı.

Əslinə baxanda bəzi hallarda Heyvanları gətirib evimizdə saxlamaqla onlara zülm etmiş belə oluruq. Çünki insana insan sevgisi lazım olduğu kimi heyvana da məhz heyvan sevgisi lazımdı. Üstəlik bir çox hallarda heyvanların doğub-törəmələri ev şərayitində fəsadlar yaratdığından qarşısını almaq üçün onları axtalaşdırıb, onları cinsi hislər və analıqdan məhrum edirik. Bunlar isə heyvana zülmdür...

Bir sözlə dinimizə görə heyvan sevgisi qəbul olunandı, amma öz çərçivələrindən kənara çıxmamalıdır.

Heyvanlara sevgi

Heyvanları sevə-sevə insanlardan uzaqlaşmaq

Nəyə gərək belə sevgi?

Azğınlıqdır...

It-pişiyi süfrəmizə qonaq edib,

Atalarla, analarla vidalaşmaq

Qansızlıqdır...

Ömrümüzü gəzə-gəzə,

bir gün eyni münasibət

özümüzə yaşananda nə edərik?

...Bir oturaq, fikirləşək

Insanları heyvanlardan üstün tutaq!


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:20
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Sirli Melek

  • 15 avqust 2011 17:18
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
HEYVANLARI DA TANRI YARADIB.
ONLARI SEVİRƏM.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

SABiNA

  • 13 avqust 2011 20:31
  • Məqalə: 24
  • Şərh: 123
  • Bal:
{awards}
mestan piwiyimi cox sevirem ,,o heyvan deyil agillidi

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

Narka E-ZaDe

  • 13 avqust 2011 19:36
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
heyvanlari mende sevirem

love love

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 13 avqust 2011 19:09
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Doutzen Kroes

  • 13 avqust 2011 17:47
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
İtlər çox vəfalıdır.Mən ən çox it və pişikləri çox sevirəm.
Xəbərə görə təşəkkürlər.

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

NİKİ

  • 13 avqust 2011 17:32
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
cox maraqli xeberdir!!!
Tewekkurler!!!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Iriska

  • 13 avqust 2011 17:15
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
itin dostlugu hemise deyerli olur men itleri cox sevirem en azindan onlar dostlarini sirtindan vurmur tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

ZEHRA

  • 13 avqust 2011 16:47
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
tewekkurler!!!!

★Azerbaijan girl★

  • 13 avqust 2011 16:45
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
thank youuuuuuuuuuuu

qonce

  • 13 avqust 2011 16:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur.....

MiLeyla

  • 13 avqust 2011 16:07
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
butun bunlarla raziyam.ama bir weyde varki heyvanlar onlara qarwi zorakiliqdan insanlar qeder qoruna bilmirler.hansi heyvani doyende gedib mehkemeye muraciet edir,hansi heyvani gunlerce sirklerde ac saxliyib hansisa bir menasiz hereketi etmeye mecbur eliyende oz haqqini teleb edir,edede bilmez axi o wuursuzdu,axi onun agli yoxdu,ama bir weyi yadimizdan cixaririq onun da bir cani var,oda eziyet cekir.siz hec eziyet ceken heyvanin gozlerinden cixan yawlari gormusuz?men gormuwem.kim ne deyirse desin mence heyvanlara diqqet daha cox lazimdi.o heyvanlara ki hanisiki onlar insanlarin vehwilewmiw fikirlerini heyata kecirmekcun menasiz bir obyekte cevrilibler.cox isteyerdimki insanlar oz merhemet hisslerini azaciq olsada heyvanlara yoneltsinler.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

KRiPToS

  • 13 avqust 2011 15:49
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
tewekkurler!!!!

--------------------

HaYaliM

  • 13 avqust 2011 15:43
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
...Bir oturaq, fikirləşək
Insanları heyvanlardan üstün tutaq!


biz ozumuz ozumuzu deyersizlesdiririk her zaman.yeri gelende meslehetdiki sedaqeti vefani heyvanlarda axtaraq.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 13 avqust 2011 15:17
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}