Allah haqqında araşdırmalar

 
Allah haqqında araşdırmalar

Tarix boyunca bəşər övladının çoxu cahanın bir yaradanı olduğuna əqidə bəsləmiş, bu əqidə onların qədim və sarsılmaz inanclarından olmuşdur.

Mədəni bir bəşərin meydana çıxmasında və elmlərin yaradılmasında layiqli rolları olan bir çox dəyərli alimlər, filosoflar, tədqiqatçılar, ixtiraçılar buna (cahanın bir yaradanı olduğuna) etiqad bəsləmiş və bəsləməkdədirlər. Bu aləm qüdrətli bir yaradıcının əsəridir. Təbiətin gözəlliyi, heyrətli rəngarəngliyi, aləmin zahiri nəqşəsı elə bir yaradıcının əsəridir ki, bu yaradıcı həmin əsərin hər bir hissəsini hikmət və elm əsasında xüsusi bir sxem və ölçü ilə yaratmışdır.

Allah haqqında araşdırmalar

Eyni zamanda tarix boyunca pak, hər cür pisliklərdən uzaq şəxslərlə tanış oluruq ki, özlərini ilahi səfir və peyğəmbər olaraq tanıtdırmış, öz risalətlərini yerinə yetirməkdə heç bir fədakarlıqdan çəkinməmiş, insanların hidayəti uğrunda onların bir qrupu öz canlarından belə keçmişlər. Aydın məsələdir ki, onların bu cür hərtərəfli fədakarlıqları öz dedikləri sözün doğruluğuna bəslədikləri möhkəm etiqadlarından qaynaqlanmışdır.

Təsdiq edirsinizmi ki, içərisində böyük mütəfəkkirlər, güclü elm sahibləri, pak və saleh şəxslər olan böyük cəmiyyətlərin bu etiqadları, bizi onların etiqadlarının düzgünlüyünə inandırmaq üçün kifayət edir?!

Allah haqqında araşdırmalar

Lakin əgər bir şəxs deyərsə ki, onların Allaha olan etiqadları heç də bu etiqadın düzgünlüyünə bizim yəqinlik əldə etməmiz üçün kifayət etmir, bu zaman ondan soruşmaq lazımdır: “Yaxşı bəs saysız bəşər övladlarının Allahın varlığına olan etiqadları onların əqidəsinin düzgünlüyünə və aləmin bir yaradıcısı olduğuna ehtimal vermək üçün də yetərli deyilmi?” Sözsüz ki, bu ehtimalı heç vaxt inkar etmək olmaz. Hər bir insaflı ağıl sahibi öz vicdanının səsini dinləsə belə bir ehtimalın mümkünlüyünü inkar edə bilməz.

Belə bir ehtimalın varlığını nəzərə almayıb kimsə araşdırma aparmazsa daim Allaha etiqad bəsləyənlərin sözlərinin düzgünlüyü və səhlənkarlıq ucbatından kafirlərə vəd verilən dərdli əzablara mübtəla olması qorxusu ilə qalar. “Allah haqqında araşdırma aparmaması onun üçün mühüm axirət əzabı gətirə bilər “ düşüncəsi ona rahatlıq verməz.

Allah haqqında araşdırmalar

Hər aqil başa düşür ki, mühüm ziyanı, hətta o ziyan ehtimal dərəcəsində olsa belə dəf etmək lazımdır. Daha doğrusu, ehtimal verilən mühüm ziyanlardan qaçmağın lazımlı olması duyğusu bəşər övladında fitri bir duyğudur, çünki bəzən insan bir uşağın, yaxud adi bir şəxsin: -“Sizin eviniz yanır!” deməsinə əks-təsir göstərərək onu araşdırmaq fikrinə düşür. Necə ola bilər ki, peyğəmbərlər və alimlərin haqqında söz açdıqları ehtimal verilən ziyana (Allaha inamsizlığın mənfi təsirlərinə) əks-təsir göstərməyib, bu haqda mütaliələr və tədqiqatlar aparmaqdan boyun qaçırsın?!


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:20
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Sirli Melek

  • 15 avqust 2011 17:02
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ALLAHA İNANMAYAN KAFİRDİ

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Narka E-ZaDe

  • 13 avqust 2011 19:23
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
[b][b]Allah razi olsun...[/b]
[/b]

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

KaRola_16

  • 13 avqust 2011 19:06
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MARAQLI VE LAZIMLI XEBERDIR...

--------------------

R.M_FaNaTka

  • 13 avqust 2011 19:04
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

KRiPToS

  • 13 avqust 2011 18:38
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
belay Aman neyse lol
Allah razi olsun.xebere gore cox sagolun!!!

--------------------

Ay Üzlü

  • 13 avqust 2011 18:37
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

MiLeyla

  • 13 avqust 2011 18:15
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox tewekkuler maraqli xebere gore

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

HaYaliM

  • 13 avqust 2011 18:03
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.xebere gore cox sagolun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}