"Azərbaycanda ürək-damar xəstəliklərinin artmasının əsas səbəbi irsi amil və siqaretdir".
Bunu Mərkəzi Klinik Xəstəxananın kardioloqu Pərvanə Əliyeva bildirib.
O, deyib ki, yayın isti günləri ürək-damar sistemində problem olan şəxslərdə başağrısına, başgicəllənməyə səbəb ola bilər: "Bizə əsasən təngnəfəsliklə bağlı müraciətlər edilir. Ürək çatışmazlığı olan və infarkt keçirmiş şəxslərə günün altına çıxmaq məsləhət görülmür. Ürək-damar xəstəliklərindən qaçmaq üçün mütəmadi olaraq idmanla məşğul olmaq, siqaret çəkməmək, tibbi müayinədən keçmək lazımdır".
Kardioloq Ziya Səlimov da ürək-damar sistemində problem olan şəxslərə havaya yalnız axşam saatlarında çıxmağın məsləhət olduğunu söyləyib. Gündüz onlar kölgədə, sərin yerlərdə olmalıdırlar.
"Stenokardiya, infarkt xəstələrində ürəyin normal fəaliyyətinin pozulması halları ola bilər. Qan təzyiqindən əziyyət çəkən şəxslərdə də ağırlaşma halları mümkündür", - deyə həkim qeyd edib. O, belə xəstəlikləri olan şəxslərə yağlı yeməklərdən mümkün qədər uzaq olmağı da məsləhət görüb.