Dünyanı solaxaylar idarə edir

 
Dünyanı solaxaylar idarə edir

Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar.

Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.

Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.

Statistika

Dünyada 2-8% solaxay yaşayır. 90-91% insan normal, qalanları isə ambidekserdir. Bu cür insanlar hər iki əli ilə də normal işləyirlər.
Solaxaylar adi insanlara nisbətən, 13-21% daha çox qazanırlar.

Fakt

• Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır.
• Solaxaylıq genlə gəlir.
• Onların çoxu şizofreniyadan əziyyət çəkir.
• Solaxaylarda hətta psixi problemlər də başqa cür müalicə olunur. Şizofrenik insana uzun müddət dərmanların təsiri olmur.
• Solaxay kişilər qadınlara nisbətən, daha çox psixoloji sarsıntı keçirir.
• Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olurlar.
• Solaxaylıq daha çox homoseksual insanlar arasında müşahidə olunur.
• Solaxayların nitqində qəribəlik hiss olunur.
• Solaxay uşaqlar tərs olurlar.

İri şriftlə

Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir.
• Şimpazelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44%-i, ayıların 28%-i solaxaydır.
• Asminoqun 8 ayağı olmasına baxmayaraq, o, ovunu bircə, sol əli ilə tutur. Onların 92%-i sağ gözünü yumub, sol gözü ilə baxır.
• Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.
• 13 avqust Beynəlxalq solaxaylar günüdür. Son 10 ildə yer üzündə solaxayların sayı 3-4 dəfə artıb.

Dünya solaxayların gözündə

Britaniyanın Birmingem Universitetinin psixoloqları bu fenomenin daha yeni bir xüsusiyyətini araşdırıblar. İnsan beyninin sağ yarımkürəsi konkret olaraq, iybilmə, rəng və görmə qabiliyyətinə cavab verir. Sol yarımkürəcik isə nitq, oxu, fəlsəfi, analitik və riyazi funksiyalarına cavab verir. Beynin sağ yarımkürəciyi bədənin sol hissəsini, sol yarımkürəciyi isə sağ hissəni idarə edir. Solaxaylarda isə sağ yarımkürəcik aktiv inkişaf etdiyindən onlar həyatı obrazlı şəkildə duyurlar.
Ona görə də alimlər belə bir araşdırma aparıblar: solaxaya şəkil göstərəndə, onun beyninin sağ yarımkürəsinin fəaliyyətini siqnallar vasitəsilə zəiflədəndə, bu zaman solaxay fikrini şəkilə və onun detallarına cəmləyə bilmir.

Solaxaylar necə yaşayır?

Tam sağ əllə işləyən insanlar (bunlar çox azdır) problemləri analitik, düşünülmüş şəkildə, şəxsi təcrübəsinə əsaslanaraq həll edirlər. İmzaları isə normaldır.
Solaxaylar (bunlar da çox azdır) dünyanı daha aydın, obrazlı şəkildə, hissiyyatla, emosional şəkildə dərk edirlər. Problemləri intuisiyalarına görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar solaxaylara etibar etmir, onların hərəkətlərini psixi pozğunluq kimi qiymətləndirirlər. Solaxayların imzaları isə əhvallarından asılıdır. Solaxaylar tez yorulduqları üçün yazmağı və oxumağı xoşlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır. Amma onların bir xüsusiyyəti var: anadangəlmə savad solaxaylarda artıq 1,5 yaşından başlayır. Əgər bu yaşda uşaq danışmağa başlamırsa, demək, dislaliya (səsi eşidə bilməmək) və ya alaliya (3 yaşından sonra danışmaq) baş verir. Əksər hallarda isə solaxaylar uzun müddət uşaq yaşlarında olduğu kimi danışmağa davam edirlər. Bu da psixi pozğunluq ucbatından baş verir.

Solaxaylar az yaşayır?

Deyirlər ki, sağ və solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.

Solaxaylar daha ağıllı olurlar?

ABŞ-ın Milli iqtisadi bürosunun alimləri araşdırıblar ki, solaxay kişilər digər kolleqalarına nisbətən, daha yaxşı iş qabiliyyəti göstərib, 15% daha çox qazanılar.

Test

Bəlkə sən də solaxaysan?

• Əllərini «Napaleon» kimi çarpazlaşdır. Əgər sağ əlin üstdədirsə və vəziyyəti dəyişəndə narahatlıq hiss edirsənsə, demək, narahat olmağa dəyər.
• Fikrini cəmləyəndə hansı əl yuxarıda olur?
• Qarşınıza bir qələm qoyun. Ona əvvəlcə hər iki gözlə baxın. Əvvəlcə sağ gözünüzü yumub, qələmə baxın. Sonra prosesi əksinə, edin. Baxın, hansı gözünüzlə yaxşı görürsünüz. Sol? Demək, solaxaysız.
• Baş barmağının dırnağı, çeçələ barmaqdan böyükdür? Demək, solaxaysan.
• Ovuclarını bir neçə dəfə çarpazlaşdır. Hansı əlinin baş barmağı yuxarıda qalır?
• Hansı əlinin barmaqları o birindən daha böyükdür?
• Gəzəndə hansı ayaq önə atılır?

Əgər bütün bunlara «hə» cavabı verirsənsə, demək, solaxaysan.
Əgər bu prosesləri hər iki əlinlə etməyi bacarırsansa, demək, sən tam yox, bir az solaxaysan. Yəni ambidekstersən.

Əgər uşağınız solaxaydırsa?

Məsləhət 1. «6» rəqəmini yazıb, başıaşağı göstərən kimi onu «9» kimi yadında saxlasın.
Məsləhət 2. Uşağın əlinə qayçı, bıçaq verib, nəyisə sağ əli ilə kəsməyə məcbur edin. Qoy o, ayaqqabı bağını da sağ əli ilə bağlasın.
Məsləhət 3. Uşağa səhər idmanı etdirəndə, ona hərəkətləri sağ əli ilə etməsini deyin.

Məsləhət 3. Ona qarnını sağ əli ilə, saat əqrəbi istiqamətində ovxalamağı deyin. Əks hərəkət etdikdə, tənbeh edin.

Dünyanın ən tanınmış solaxayları

Makedoniyalı İskəndər, Mikelancelo, Benjamin Franklin, Ronald Reyqan, Corc Buş (böyük), Bill Klinton, Fidel Kastro, Mark Tven, Cimmi Xendriks, Pol Makkartni, Kurt Kobeyna, Çarli Çaplin, Koul Porter, Merilin Monro, Kianu Rivz, Nyuton, Albert Eynşteyn və Bill Qeyts.

Maraqlı fakt

Pol Makkartninin uşaq ikən musiqiyə həvəsli olduğunu görən atası oğluna ilk musiqi alətini - «Zenith» modelində bas-gitara alıb. Pol: «Bu mənə ən dəyərli hədiyyə idi. Amma ondan necə istifadə edəcəyimi bilmirdim. Gitaranı necə tuturdumsa, onunla çalışmağı heç cür öyrənə bilmirdim. Günlərin birində hiss etdim ki, mən solaxayam və gitaranı əks istiqamətdə tutmaq lazım idi. Bir gün Smit Uitmenin şəklini gördükdən sonra başa düşdüm ki, normal gitara mənim heç bir işimə yarımayacaq» deyən musiqiçiyə bir müddətdən sonra solaxaylar üçün xüsusi düzəldilmiş gitara hədiyyə olundu.


Geri dön

Sirli Melek

  • 15 avqust 2011 14:42
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
BU HAQDA BİLMİRDİM)) ÖYRƏNDİM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

R.M_FaNaTka

  • 14 avqust 2011 20:22
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

BELLA_SWAN

  • 14 avqust 2011 20:01
  • Məqalə: 0
  • Şərh: 408
  • Bal:
{awards}
məndə SOLAXAYAM.və dunya da tanınmış alimlərin və bəzi prezidentlər də solaxaydı.təşəkkurlər...

--------------------
VAMPİRE GİRL

Narka E-ZaDe

  • 14 avqust 2011 18:07
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
men sag elimle yaziram......

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

lovely_angel

  • 14 avqust 2011 14:29
  • Məqalə: 2
  • Şərh: 74
  • Bal:
{awards}
men sag el ile yazir isleri sol elle gorurem

MiLeyla

  • 14 avqust 2011 13:26
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
men sol elimle yazmiram,ama butun iwlerimi sol elimle daha rahat gorurem belay maraqli yaziydi.onlarin heyati mene cox maraqliydi wink

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

liderka

  • 14 avqust 2011 12:45
  • Məqalə: 1
  • Şərh: 593
  • Bal:
{awards}
men de SOLAXAYAM ...solaxay olmaq cox iwime yarayir..melumatlarin hamisi oxudum,lezzet eledi..mende neler variymiw xeberim yoxdu))))..cox sagolun,bu hqqda cox oxumuwdum ama bu melumatlar deyildi...

--------------------
HaYaLiM....

Deniz

  • 14 avqust 2011 11:50
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Cox maraqli idi....eziyyete gore tesekkur edirem

KaRola_16

  • 14 avqust 2011 09:59
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MENIM BACIM SOLACAYDIR ONA GORE Solaxay uşaqlar tərs olurlar. BU FIKIRLE TAM RAZIYAM...

--------------------

Cilent_M.Q

  • 14 avqust 2011 00:45
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
maraqli idi twk...

--------------------

Sweet life

  • 14 avqust 2011 00:39
  • Məqalə: 53
  • Şərh: 1254
  • Bal:
{awards}
Tesekkurler

--------------------

★Azerbaijan girl★

  • 14 avqust 2011 00:17
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
cox maraqliydi thank you

Ay Üzlü

  • 13 avqust 2011 23:58
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

beyaz melek

  • 13 avqust 2011 23:51
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
MEN COX SOLAYAXLAR GORMUSEM.HAMISIDA NORMAL YAZIR.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

HaYaliM

  • 13 avqust 2011 23:47
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Dünyanın ən tanınmış solaxayları

Makedoniyalı İskəndər, Mikelancelo, Benjamin Franklin, Ronald Reyqan, Corc Buş (böyük), Bill Klinton, Fidel Kastro, Mark Tven, Cimmi Xendriks, Pol Makkartni, Kurt Kobeyna, Çarli Çaplin, Koul Porter, Merilin Monro, Kianu Rivz, Nyuton, Albert Eynşteyn və Bill Qeyts.


bunlardan bezilerini bilirdim.amma hamisini yox.maraqli nxebere gore cox sagolu

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Doutzen Kroes

  • 13 avqust 2011 23:35
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Maraqlı xəbərə görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Delya_91

  • 13 avqust 2011 23:21
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Hmm.gorun de

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

ZEHRA

  • 13 avqust 2011 23:17
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
tewekkurler

Enerelen

  • 13 avqust 2011 23:07
  • Məqalə: 108
  • Şərh: 967
  • Bal:
{awards}
mende solaxayam bezileri ile tam naraziyam meselen:
• Onların çoxu şizofreniyadan əziyyət çəkir.
• Solaxaylarda hətta psixi problemlər də başqa cür müalicə olunur. Şizofrenik insana uzun müddət dərmanların təsiri olmur.
• Solaxay kişilər qadınlara nisbətən, daha çox psixoloji sarsıntı keçirir.
• Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olurlar.
• Solaxaylıq daha çox homoseksual insanlar arasında müşahidə olunur.
• Solaxayların nitqində qəribəlik hiss olunur.
• Solaxay uşaqlar tərs olurlar.
bununan tam raziyam:
ABŞ-ın Milli iqtisadi bürosunun alimləri araşdırıblar ki, solaxay kişilər digər kolleqalarına nisbətən, daha yaxşı iş qabiliyyəti göstərib, 15% daha çox qazanılar.

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

_C.Ronaldo_

  • 13 avqust 2011 22:57
  • Məqalə: 29
  • Şərh: 186
  • Bal:
{awards}
Maraqli idi amma maraqli idi)) wink

[u][/u]he he hee

AMANDA_O,

siz nece bronze user olmusunuz,?

--------------------
....All right....I love you.....LeGeNd.Az....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 65
Cəmi: 88

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 25
Cəmi: 26
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}