![Mənalı Sözlər [1 Hissə] Mənalı Sözlər [1 Hissə]](/uploads/posts/2011-08/1313275892_febe9ba14c7.jpg)
![Mənalı Sözlər [1 Hissə] Mənalı Sözlər [1 Hissə]](/uploads/posts/2011-08/1313307344_0_ff76_36ffd2a4_l.gif)
Təmiz əlləri olan insanların da kirli düşüncələri olur.
Ən insani davranış-bir insanın
utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır .
Böyük adamların xətaları günəş tutulmasına bənzəyir.Onları hamı görür .
Boş zaman yoxdur, boşa keçən zaman var .
Keçmişimizə daş atmayaq ki, gələcəyimiz bizi topa tutmasın .
İnsan, danış, görüm kimsən .
Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür .
Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin.
Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən .
Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar .
Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir!
Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!
Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!
Bəladan qaçmağa gecikənde onu qarşılamağa tələsməliyik!
İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır!
Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir...
Gecə ulduzlara ve qadınlara parıltı verir.
Qadın su kimidir, şəffafdır amma axdığı yerin formasını alır.
Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.
Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır.
Başqalarının xasiyyətini öz xasiyyətinə görə müqayisə
etmə, o zaman həmin insanlara qarşı nifrətdən başqa heç nə tapmayacaqsan.
Dünyanı gəzmək və kamilləşməmək,
hamamdan yuyunmadan çıxmaq ilə eynidir.
Qəlbdən gələn sözlər qəlbə çatar,
dildən gələnlər isə qulaqdan o tərəfə kecməz.
Əgər bu gün özünə lazımsız bir əşya alırsansa,
sabah özünə lazımlı bir əşyanı satmalı olacaqsan.
Qadın pişik kimidi, kişi isə it kimi. İt hürməyinə baxmayaraq
əmrə tabe olur, pişik xumarlansa da heç bir əmrə tabe olmur.
Səbri olan yarpaqdan ipək
düzəltməyi və çiçəkdən bal çıxarmağı bacarar.
Əgər istedad illər keçdikcə təkmilləşirse,
deməli o əsl sınaqdan çıxmışdır, o həqiqi və böyükdür; əgər ehtiras
və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır.
Daxilən biz hamıdan seçilməli,
zahirən isə adamlarla eyni olmalıyıq.
![Mənalı Sözlər [1 Hissə] Mənalı Sözlər [1 Hissə]](/uploads/posts/2011-08/1313307344_0_ff76_36ffd2a4_l.gif)
Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























