Dinimizdə haram olan qazanclar

 
Dinimizdə haram olan qazanclar

Haram olan qazanclar

1-Qumar

Qumar ortaya pul qoyularaq oynanılan şans oyunudur.Qumar müxtəlif alətlərlə oynanılır.Nə ilə oynanılırsa oynanılsın, bu oyun tərəflərdən birinə və ya bir neçəsinə qazanc və ya zərər verirsə,qumardır və qadağandır.Bu yolla qaznılan pul da haramdır.Çünki Qurani-Kərim şərab,qumar,dikinə qoyulmuş daşlar(bütlər),fal və şans oxlarının şeytan əməlindən olan murdar işlər olduğunu bildirmiş və bunlardan uzaq durmağı əmr etmişdir.Qumar niyə qadağandır?Bu yolla qazanılan pul niyə haramdır?Bunu müxtəlif səbəbləri var.Onladan bəziləri aşağıdakılardır:
İnsanın istər özünün,istərsə də ailənin keçinməsini təmin etməsi üçün müxtəlif qazanc yolları vardır.O,heç kimə zərər vermədən qanuni yollardan biri ilə hala qazanc əldə edə bilər.Bu yolları qoyub qumarla pul qazanmaq isə doğru deyildir.
Qumar insanın işləməsinə,ailəsinə,cəmiyyətə,hətta bəşəriyyətə faydalı xidmət etməsinə və Allaha qarşı məsuliyyət daşıdığı ibadət vəzifəsini yerinə yetirməyə mane olur.Çünki,qumar oynamağa vərdiş edən insan işləmək istəmir və özünü bu zövqdən məhrum edir.Bu pis adət onun ibadət etməsinə mane olur.
Qumarın verdiyi zərər yalnız onu oynayanlarla məhdud deyil.Qumar ailə üzvlərinə və cəmiyyətə də mənfi təsir göstərir.Cəmiyyət üçün problem olan işsizlərin artmasına səbəb olur.Cəmiyyətdəki ictimai böhranların başlıca səbəblərindən birinin işsizlik olduğunu söyləmək mümkündür.

2-Rüşvət

Rüşvət bir işin görülməsinə qanunsuz şəkildə kömək etməsi üçün bir başqasına verilən pul və ya başqa mənfəətlərə deyilir.Dinimizin əsas priniplərindən biri ədalətdir.Hər işdə ədalətli olmaq və hüquqa riayət etmək dini vəzifələrimizdən biridir.Ədalətli olmayan,ədaləti qorumayan bir insan haqsızlıq eləmiş olur,bu isə günahdır.Rüşvət niyə verilir?Layiq olmadığı bir şeyi əldə etmək üçün verilir.Layiq olmadığı bir şeyil əldə etmək üçün bir şey vermək də,almaq da,vasitəçilik etmək də qadağan və günahdır.Çünki rüşvət haqlını haqsız,haqsızı da haqlı göstərərk ədalətin bərqərar olmasına mane olur.Bu isə cəmiyyətdə böyük narazılığa səbəb olur.Qurani-Kərimdə belə buyrulmuşdur." Bir-birinizin mallarını haqqımız olmadığı halda yeməyin,xalqın mallarından bir qismini bilə-bilə haqsız yerə yemək üçün günah yolu ilə(rüşvətlə)hakimlərə müraciət etməyin!"
Rüşvət insanlar üçün olduğu qədər cəmiyyət üçün də çox pis nəticələr doğurur.Rüşvətin yayıldığı yerdə ədalətsizlik çoxalır.Asayiş və təminat ortadan qalxır,intriqaçılar iş başına keçir.Buna görə də sosial narazılıqlar artır.

3-Faiz

Faizdə haram olan bir qazanc növüdür.Faiz yəni malı bir-biri ilə dəyişdirmək üzrə bağlanan müqvilədə bir tərəfin lehinə müəyyənləşdirilmiş əvəzi olmayan artıq qazancdır.50qr. qızılı 55qr. qız müqabilində satmaq kimi.Burdakı 5qr. bir tərəfin lehinə olan artq qazancdır və faizdir.
Faiz günahdır.Çünki:
Faiz qarşılığında bir şey ödəməyən qazancdır.Faiz iqtisadiyyata pis təsir göstərir,qiymətlərin artmasına səbəb olur.Çünki faiz verərək borc alanlar faizi də satın aldıqları əşyanın maliyyətinə əlavə ettikləri üçün qiymətlər artır və istehlakçı dolanmaqdan çətinlik çəkir.
Faiz insanların tənbəlləşdirir.Çünki əllərində olan sərmayəni faizə verən insanlar ticarətlə və sənətkarlıqla məşğul olub,zəhmətə qatlaşmaq istəmirlər.Buna görə də iş dünyası istehsal qabiliyyəti olan bir çox insandan məhrum olur.Halbuki, cəmiyyə yalnız ticarət və sənətkarlıq kimi failiyyətlər vasitəsilə yüksək səviyyəyə çatar.Faizin geniş yayıldığı ölkələrdə varlı ilə kasıb arasındakı fərqgetdikcə böyüyür.Varlı daha da varlanır,kasıb daha da kasıblaşır.bu da müxtəlif sosial narazılıqlara gətirib çıxarır.

4-Oğurluq və ədalətsizlik

Haram olan bir başqa gəlir növüdə oğurluq və ədalətsizliklə edilən qazancdır.bir insanı haqsız yerə öldürmək,namusunu ləkələmək nə qədər böyük günah və haramdırsa onun malnı haqsız yerə almaq da o qədər günah və haramdır.
Hiyləbazlıq,möhtərli,cibgirlik də oğurluqdur.Bu və bunun kimi qeyri-qanuni yollarla əldə edilmiş mal da haramdır.Allah-Taala qurani-Kərimdə belə buyurmuşdur:
"Ey iman gətirənlər.Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla,bir birinizin mallarına haqsız bəhanələrlə yeməyin və özünüzü öldürməyin.Həqiqətən,Allah sizə qarşı mərhəmətlidir."
Öldükdən sonra diriləcəyinə və dünyada etdiklərinin hesabını birbaşa Allaha verəcəyinə inanmış bir insan başqasının malına haqsız yerə göz dikməz,tarlada,bağda və bağçada qonşularının sərhəddinə təcavüz etməz,haqqı olmayan şeyi mənimsəməz.
Bəli,qiyamət günü düşünülməsi belə insana dəhşət verən bir gündür.O günün dəhşətindən Peyğəmbrlər belə Allaha pənah aparmışdır.Belə bir günə başqasının haqqını alaraq,başqasının yerinə təcavüz edərək getmək insan üçün böyük pərişanlıqdır.Çünki o gün hər kəsin haqqı özünə veriləcək,heç kimə haqsızlıq edilməyəcəkdir.O halda o günü fikirləşmək və ona görə hazırlanmaq lazımdır.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:05
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 20:30
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah razi olsun baciw

--------------------

_RONALDO_

  • 14 mart 2011 19:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox saqol ela

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 12:36
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 14 sentyabr 2010 10:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun baciw

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}