Dostlar biribirini hər vaxt axtarıb soruşarlar, dərdləri ilə dərdləşərlər. Birlikdə çarələr axtararlar. Alışdıqlarının əksinə uzun müddət bir-birlərindən xəbər almayanda, görüşməyəndə maraqlanarlar.
Dost demək onsuz da sahib çıxmaq, yanında olmaq, dözmək, dəstək olmaq deyilmi?
Çətin zamanda yanımızda olanlara daha ürəkdən dost deyərik və daha uzun ünsiyyət olar aramızda.
Çətin zamanlar çox müxtəlifdir. Bəzən insanların içində olub bitər hər şey. Ətrafı heç də vecinə deyil çətin zamanlar keçdiyindən.
Bəzən isə ya xəstəxana təcili xidmətlərində fəryadlar arasında və ya polis bölmələrində, həbsxanalarda dişlənilən dodaqlar arasında cərəyan edər çətin zamanlar.
* * *
Cənazələrdə, xəstəlik hallarında, yol qəzalarında "çətin zaman" açıqca ortadadır və bilərik. Halbuki bilmədiyimiz bəzi vəziyyətlər inkişaf edər bəzən.
İçin-için yanan saman yığını kimidir bilmərik biz. Hələ yağış yağırsa, səs-küy varsa tüstüsünü belə görmərik. Bəzən də dostlarımız "çətinliklər" içində olduqlarını gizləyərlər. Xəcalətlərindən, qürurlarından göstərmək istəməzlər. Amma çox vaxt hər kəsdən qaçarlar.
İqtisadi çətinliklər, işdən ayrılmalar belədir. Azca qürurlu insanlar ətraflarına bildirmədən çətinlikləri dəf etməyə çalışarlar.
* * *
Kimsədən kömək dilənmək istəməzlər, kimsəyə möhtac olmağı qürurlarına sığdırmazlar. Amma yığılan çətinliklər getdikcə onları içinə bağlayar. Depressiyaya girərlə, bunu da qəbul etmək istəməzlər. Bunlardan kimiləri kimsəylə görüşmək istəməzlər, hər keçən gün cəmiyyətdən qaçarlar, uzaqlaşarlar. Özlərincə "baş dincəldəndə" güc yığacaqlarını və bütün problemlərin öhdəsindən gələcəklərini fikirləşərlər.
* * *
Problemlər yaşayanlar ola bilər ətrafınızda. Əgər dostlarınızdan uzun müddətdir görüşə bilmədikləriniz varsa bir zəng edin, ya da ziyarətlərinə gedin və varmı bir çətinlikləri bir baxın. Əgər bir çətinliyi olan dostunuz varsa, bunu daha ürəkdən və daha tez-tez edin. Maddi problemlər mənəvi problemlərə çevriləndə müalicəsi daha çətin olur. Halbuki maddi problem ikən çox daha asan həll edilə bilərlər.