Sacı tökülənlərin diqqətinə!

 
Sacı tökülənlərin diqqətinə!


Saç tökülməsi ciddi problemə çevrilib

Əgər 30 - 40 il əvvəl saç tökülməsi ortayaşlı və qoca kişilərin problemi sayılırdısa, indi daha cavan kişilər dazlaşmağa başlayır. Bu gün 20-30 arası kişilərin böyük əksəriyyətinin saçlarının ön və orta hissəsində tüklərin olmamağı problemin ciddiləşməsindən xəbər verir. Gənc qadın, hətta uşaqlar arasında da saçların tökülməsindən əziyyət çəkənlər çoxdur. Problemin geniş vüsət alması isə dərman istehsalçılarının əlinə yaxşı fürsət salıb. Son illər saçların bərpası üçün müxtəlif üsullar və dərmanlar təklif olunur.

Ev şəraitində saçı bərpa etməyə cəhd təhlükəlidir

Dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis, dermatoloq İradə Namazova isə bu gün ev şərtində saçın uzadılması, bərpası üçün təklif olunan preparatların müxtəlif fəsadlar verə biləcəyini istisna etmir: “Bu proseduraları ev şəraitində həyata keçirmək məqsədəuyğun deyil. Bu gün satışda qiyməti ucuz, keyfiyyətinə isə zəmanət verilməyən preparatların sayı çoxalıb. Onlardan istifadə etməzdən əvvəl problemin səbəbi aydınlaşdırılmalıdır. Saç tökülməsinin səbəbi məlum olandan sonra həkimin məsləhəti ilə proseduraları reallaşdırmaq olar”.

Mütəxəssis keçəlləşmənin qarşısını almaq üçün müraciət edənlərin əksəriyyətinin kişilər olduğunu dedi: “Gənc kişilərdə, qadınlarda dazlaşma hallarının çox rast gəlinir.
Kişilərdə dazlaşma adətən 18 yaşından başlayır, 30 yaşlarından özünü daha qabarıq büruzə verməyə başlayır. Saçın tökülməsi çox vaxt alının kənarları və təpə nahiyəsindən başlayaraq qulağın arxalarına qədər irəliləyir. Qeyd edim ki, dazlaşmanın bir neçə səbəbləri ola bilər. Əksər hallarda bu irsi xarakter daşıyır. İqlim şəraitinin də saçlara təsiri böyükdür. Məsələn: uzun illər Azərbaycanda yaşayıb və qəfil Rusiyaya köçən insanda mühiti dəyişmə nəticəsində dazlaşma baş verə bilər. Araşdırmalar sübut edib ki, saçların tökülməsi kişi cinsi hormonlarının - antrogenlərin miqdarının artması ilə də əlaqədardır. Digər faktorlar isə B2 vitamini çatışmazlığı, stress, əsəbilik, ekoloji durum, düzgün qidalanmama, genetik və irsi xəstəliklər, tibbi preparatlardan istifadə, radiasiya və sairdir. Ekoloji cəhətdən çirkli hesab edilən ərazilərdə yaşayanlarda dazlaşmaya daha tez-tez rast gəlinir. Çirkli havanın tərkibindəki toksinlər saç köklərinin böyüməsini əngəlləyir. Bununla yanaşı, istifadə edilən saç şampunlarının seçimi zamanı da ehtiyatlı olmaq məsləhət görülür. Çünki tərkibində kimyəvi maddələr olan məhsullar da saç köklərini zədələyə bilər".

Əməliyyat 3 aydan sonra nəticə verir

Mütəxəssis dazlaşmadan kompleksə düşən kişilərə bir necə məsləhət də verdi: "Saçlar hər gün müxtəlif istiqamətlərdə yumşaq şotka ilə daranmalıdır. Prosedura yatmazdan əvvəl daha müsbət nəticə verir. Saçı darayarkən dərini də masaj etmək lazımdır. Bu, saçların yaxşı inkişafına, onların toz və qabıqdan təmizlənməsinə kömək edir. Saçı tez-tez yumaq məsləhət deyil. Normal qaydada saçlar həftədə 1 və ya 2 dəfə yuyulmalıdır. Saçlar tökülürsə problem dərinləşməmiş qarşısı vaxtında alınmalıdır. Əgər saçlar hər hansı bir xəstəliyin təsirindən tökülürsə saç əkdirməkdən öncə daxili problemin qarşısı alınmalıdır. Bu gün dünyanın müxtəlif ölkələrində saçların bərpası üçün cərrahiyyə-müdaxilə üsulundan istifadə olunur. Bu bahalı əməliyyatdan sonra saçlar təxminən 3 ay sonra çıxmağa başlayır. Transplantasiya üçün yalnız pasiyentlərin öz tüklərindən istifadə edilir. Nəticədə sıx, gur saçlar olmasa da, başın keçəlləşən hissəsində seyrək tük örtüyü yaranır".


Geri dön

Prank girl

  • 18 avqust 2011 23:08
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
tsk axir vaxtlarda menim de saclarim dehset tokulur bilmirem niye artiq basqa sampundan istifade edirem gorek netice nece olacaq xebere gore tsk edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

lucky

  • 15 avqust 2011 20:42
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
MEN SEVGIMIN DELISIYEM!!!!!

Sirli Melek

  • 15 avqust 2011 10:55
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TVDƏ ÇOXLU PREPARATLAR REKLAM EDİRLƏR. HAMISI YALANDI(

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 15 avqust 2011 10:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

KaRola_16

  • 15 avqust 2011 01:05
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
OXUDUM COX LAZIMLI XEBERDIR... MENIM BU BAREDE PROBLEMIM VAR OXUDUQLARIMI NEZERE ALACAM... TEWEKKURLER...

--------------------

Cilent_M.Q

  • 14 avqust 2011 21:09
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
wukur sacim tokulmur, ama yenede oxudum, twkler

--------------------

R.M_FaNaTka

  • 14 avqust 2011 20:02
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

Hulya_23

  • 14 avqust 2011 19:58
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
oxudum tesekkur...

oxudum tesekkur...

oxudum tesekkur...

★Azerbaijan girl★

  • 14 avqust 2011 19:52
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
its empty wink fikir vermiyin thankssssssssssssss

Deniz

  • 14 avqust 2011 19:27
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
emeye gore tesekkurler...

HaYaliM

  • 14 avqust 2011 19:08
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
bu xeberi oxumusdum.yene de oxudum.nece deyerler Tekrar biliyin anasidir smile

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

RAY OF MOON

  • 14 avqust 2011 18:44
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
deyerli meselehetinize gore teshekkurler

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

Narka E-ZaDe

  • 14 avqust 2011 18:24
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
oxudum...sac tokulmesi adi hala cevrilib

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 14 avqust 2011 18:12
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}