Həzrəti Şuayb

 
Həzrəti Şuayb


Həzrəti Şuaybın adı Qurani Kərimdə Əraf, Hud, Şuara və Ənkabut surələrində keçir. [1]

Allah onu peyğəmbər olaraq Mədyən və Eykə xalqlarına göndərib. Qaynaqlarımızda bəzi müfəssirlər Mədyən xalqının elə Əshabı Eykə [Eykə xalqı] olduğunu söyləsə də, bəziləri Mədyən xalqının və Eykə xalqının başqa-başqa qövmlər olduğu qənaətindədirlər. Onların fikrinə görə Mədyən xalqı həlak olduqdan sonra Həzrəti Şuayb Əshabı Eykəyə peyğəmbər olaraq göndərilmiş və hər iki ölkədə də ayrı-ayrı mücadilə etmişdir.

Həzrəti Şuaybın Həzrəti İbrahimin nəslindən olması fərziyəsi müfəssirlərimiz arasında çox yayğındır. [2] Onların qənaətincə Həzrəti İshaq onun ulu babalarından olub. Qurani Kərim bizə bu barədə heç bir söz söyləməsə də, nəslinin davamı barədə məlumat verir. Onun Həzrəti Musa və Həzrəti Harun ilə bir zamanda yaşadığını, eləcə də Həzrəti Musanın qaynatası olduğunu Qurandan öyrənirik.

Həzrəti Şuayb

DƏVƏT METODU
Tarix boyunca sürən cahiliyyəni - haqq ilə batilin ayrılış səhnəsini Həzrəti Şuaybın həyat tablosunda yenidən izləyirik. Əraf surəsində Şuayb qövmündən əvvəl Huh qövmünün, Ad qövmünün, Səmud qövmünün və Lut qövmünün hekayəsi danışılır. Lut qövmünün həlak olmasına şahid olduqları xatırladılaraq Şuayb qövmünə bundan bir ibrət almaları tövsiyə olunur. Çünki tarix etibarı ilə onlara ən yaxın olan Lut qövmü idi. Və onlar Lut qövmünün həlak səbəbinə şahid olmuşdular. Amma təəssüf ki, nəticə çıxatrmamışdılar.

Özündən əvvəlki peyğəmbərlərin dəvət metodunu Şuayb da təkrarlayır. Biz burada təxminən bir-birinə bənzər təkrarları görürük. Əslində isə bunlar təkrardan çox bizə bir mesajı xatırladır: həqiqət dəyişməz, həqiqətin qaydaları dəyişməz. Zaman dəyişdi, məkan dəyişdi, peyğəmbər dəyişdi... amma əbədi həqiqət dəyişmədi... İnsanlıq tarixi yaşadıqca da bu həqiqət dəyişməyəcək.

Mədyən xalqına da qardaşları Şuaybı göndərdik. Şuayb onlara dedi ki; Ey soydaşlarım, ALLAHA qulluq edin, Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə həqiqətin açıq dəlilləri gəlib. Ölçüdə və çəkidə aldatmayın, insanları haqları olan şeylərdən məhrum etməyin, yer üzündə fəsad çıxartmayın. Əgər möminsinizsə sizin üçün xeyirli olan budur.” [Əraf, 85]

Həzrəti Şuayb

Sizə Allahdan açıq dəlillər gəlib; ölçüdə və çəkidə aldatmayın, insanları haqlarından məhrum etməyin, fəsad çıxatrmayın... Allah onları ticarətdə ədalətli olmağa dəvət edir [həm də bizi!]. Ticarətin HƏR NÖVÜNDƏ... Yəni hər şeydə ölçünü doğru dəyərləndirin, deyir.
Ayənin orijinal versiyasında keçən “La təbbasu” “əskiltməyin, dəyərini düşürməyin!” mənasına gəlir, Tabəriyə görə isə bu “İnsan haqqına təcavüz etməyin!” deməkdir.
Bir çox müfəssirlər bu ayəni təfsir edərkən ticarəti əsas götürür, ticarət edərkən “çəkidə və ölçüdə aldatmayın” kimi təfsir edirlər. Ticarətlə məşğul olmayan muxatablar da bu ayə bizə aid deyil deyir və heç kimi çəkidə və ölçüdə aldatmadıqlarını iddia edirlər. Bu həqiqətən belədirmi?

İnsanlığa yönəlik olan bu mesajın daşıdığı başqa bir məna da var: Birini layiq olduğundan artıq tərifləmək və ya layiq olmadığı halda bir şeyi pisləmək, yəni dəyəri nə olursa olsun onu başqa cür təqdim etmək özü də çəkidə və ölçüdə, yəni dəyərdə aldatmaqdır. Yaltaqlanaraq birini tərifləmək ticarətdir. Sən tərifləyirsən [layiq olmadığı halda] və qazanırsan. Söz satırsan... Qazanc əldə edirsən...
Ayənin bizə yönəltdiyi bu möhtəşəm ifadəni sadəcə ticari bir məsələyə endirmək doğru deyil. Hər şeydə ölçünü və çəkini gözləmək vacibdir. Bu saxtakarlıq sadəcə ticarətdə keçərli deyil, əksinə bəlkə də zehində olan, dəyərləndirmədə edilən, inancda olan ölçüsüzlükdür.

Həzrəti Şuayb

Ayənin əvvəlində Şuayb qövmünə "sizin Ondan başqa Tanrınız yoxdur" deyərkən qövmünü bir ölçüyə dəvət edir. Ən böyük ölçüsüzlük, ən böyük saxtakarlıq Allahın haqqını başqasına verməkdi. Bunu etmək insanın ağıl tərəzisinin yalnış olmasından qaynaqlanır. Hər şeydə ölçü və tərəzini qorumaq ədalətdir. Allahın haqqı Allaha, qulun haqqı qula verilməlidir. Qula və ya ona bənzər istənilən yaradılana İlahlıq yaraşdırmaq tərəzidə saxtakarlıq etməkdir.
Davam edir Şuayb peyğəmbər:
"Bir də [Haqqa varan] hər yolun kənarında dayanıb Ona inananları təhdid edərək Allahın yolundan döndərməyə və əyri-üyrü göstərməyə çalışmayın! Və xatırlayın ki, siz az ikən O sizi çoxaltdı; fəsad çıxardanların aqibətini xatırlayın!" [Əraf, 86]
Əqidədə ölçünü pozanlar həyatda da ölçünü pozarlar. Həyatda ölçünü pozanlar isə dində ölçünü pozarlar. Dində ölçünü pozanlar da tərəzidə ölçünü pozarlar. Axirətə iman etməzlər; sorğu sual olunacaqlarını qəbul etmək istəməzlər.
Bu xəstəliyin təməli əqidənin pozulmasından başlayar. Doğru inanmazsanızsa doğru düşünməzsiniz. Doğru düşünməzsənizsə doğru dəyərləndirə bilməzsiniz. Nəticəsi necə olacaq? Yer üzündə fəsad çıxardanlardan olacaqsınız. Allah hər şeyi ölçülü yaratmışdır. Allah tərəzisində ölçmüş və hər şeyi yerli yerinə qoymuşdur. Onun qoyduğu qanunları dəyişməyə, “düzəltməyə” çalışmayın. Allah nəyi nə qədər yasaqlamışdırsa onu siz də o qədər yasaq bilin. Yasaqları artırmaq və ya azaltmaq Allahla Allahlıq etməkdir. Bu Allahın qanunlarını satmaqdır. Yer üzündə fəsad çıxartmaqdır. Əqidədəki ölçüsüzlük əvvəlcə düşüncəyə, sonra əmələ, daha sonra da topluma yayılır.

Həzrəti Şuayb

Şuayb peyğəmbər qövmünün inkarçıları tərəfindən hicrətlə təhdid olunarkən isə:
“Allah bizi sizin dininizdən xilas etdikdən sonra təkrar ona dönərsək Allaha yalan yerə iftira atanlardan olarıq... Ey Rəbbimiz! Soydaşlarımızla aramızda Sən hökm ver. Çünki sən hökm verənlərin ən xeyirlisisən!” deyir. [Əraf, 89]

Şuayb qövmünü ədalətə çağırdı. Geriyə bir addım belə atmayacağı son nöqtədə durdu. Hökm verənlərin ən xeyirlisi olan Allahın hökmünə qədər hər kəsi istədikləri dində buraxaraq gözləmək, bir-birlərinə zərər toxundurmadan yaşamaq nöqtəsində... O çox yaxşı bilirdi ki, imandan sonra geriyə dönüş yoxdur. Qələbə isə yalnız və yalnız Allahın yardımına bağlıdır.
Allah da aralarında hökm verdi: Həmin an ani bir yer sarsıntısına məruz qaldılar və yerlərində həlak oldular.
Şuayb onların halını görüncə “Ey qövmüm!” demişdi: “Doğrusu mən sizə Rəbbimin mesajlarını təbliğ etmişdim və sizə nəsiət vermişdim. Bu halda sizin kimi nankor bir qövm üçün mən necə qəm çəkim?” dedi. [Əraf, 93]
Doğrudan da nankor biri üçün qəm çəkməyə dəyərmi? Axı həlak olmazdan öncə haqqa dəvət edilmişdilər. Dəvətdən imtina edənlər, günahlarında israr edənlər bu həlakı özləri istəmişdilər. Allah da istəklərini yerinə yetirmişdi. Hökm verildikdən sonra geri dönüş də yoxdur...

Həzrəti Şuayb

Bura sözün və dəvətin bitdiyi bir yerdir. Hər qövm həlakdan öncə son dəfə xəbərdarlıq edilmişdir. Nəticə çıxardanlar xilas olmuş, günahında israr edənlər isə başqaları örnək alsın deyə həlaka məruz qalmışdılar. Ad qövmü Nuh qövmündən ibrət almadı, Səmud qövmü Hud qövmündən... Mədyən və Eykə xalqı da özlərindən əvvəl yaşamış Lut qövmündən ibrət almadı. Daha doğrusu almaq istəmədi. Bu müdhiş hekayələri kitabında ölümsüzləşdirən Allah bizə ibrət almağımızı tövsiyə edir. Onlardan danışaraq bizi xilasa dəvət edir. Onların israrlarını və aqibətlərini xatırladır... Səbəb və nəticəyə diqqət çəkir.
Bəlkə ibrət alarıq deyə bir dəfə deyil, dəfələrlə izah edir... Yaşayaraq, yaşadaraq öyrədir. Bu gün çevrilib dünyaya baxsaq o qövmlərin həlak olma səbəblərinin başqa-başqa növlərini biz də yaşadığımız cəmiyyətlərdə görə bilərik. Amma ibrət alan varmı?!

Qissənin Əraf surəsindəki bölümü çox maraqlı bir açıqlama ilə bitir:
"Əgər bu ölkələrin insanları inanıb məsuliyyətli davransalardı onlara göylərin və yerin bərəkətini sonuna qədər açardıq, fəqət onlar yalanladılar. Buna görə biz də onları həlak etdik.
Bu halda bu ölkənin insanları, əzabımız gecə vaxtı, onlar yuxuda ikən anidən gəlib çatmayacağından əmin ola bilərdilərmi? Ya da [sözü gedən] ölkələrin insanları əzabımızın gündüz vaxtı onlar [həyat] oyununu oynarkən anidən gəlib çatmayacağından əmin ola bilərdilərmi?" [Əraf, 96-98]

Biz necə əminikmi?!

Həzrəti Şuayb

Əzabın bizi harda yaxalayacağını bilirikmi?!
Hazırıqmı?!
Bütün bu xatırladılanlar ibrət almağımız üçündür. Yoxsa ki, Quran tarix kitabı deyil. Bunları danışmaqla bizə tarix dərsi keçmir. Bizə insanlıq dərsi keçir. Hansı səfdə dayandığımıza diqqətimizi yönəldir. Şuaybın səfinda olanlara Şuaybın aqibətini, əks səfdəkilərə də inkarçıların aqibətini örnək verir. Sonunun necə bitəcəyini bilmək istəyirsənsə hansı səfdə dayandığına bax...

Həzrəti Şuaybın dəvət metodundan danışarkən onu da vurğulayaq ki, o çox böyük bir natiq idi. İnsanları gözəl söz və nəsihətlərlə imana dəvət edirdi. Onun natiqliyinə görə Rəsulullah ona peyğəmbərlərin natiqi deyirdi. [3] Dəvətçilər bunu özlərinə bir şüar etməlidirlər. Allaha dəvət yolunda natiqliyi Şuayb peyğəmbərdən öyrənmək vacibdir.


Geri dön

R.M_FaNaTka

  • 15 avqust 2011 21:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

Doutzen Kroes

  • 15 avqust 2011 16:51
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Axıra qədər oxudum çox maraqlı və dəyərli yazıya görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

MuslimGirl

  • 15 avqust 2011 15:24
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Dəyərli məqalə üçün ALLAH razı olsun!

KRiPToS

  • 15 avqust 2011 15:00
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

★Azerbaijan girl★

  • 15 avqust 2011 14:05
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssssssss

Narka E-ZaDe

  • 15 avqust 2011 12:28
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 15 avqust 2011 12:18
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaYaliM

  • 15 avqust 2011 12:17
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}