Həzrəti Məhəmmədin (s) möcüzələri

 
GÜNƏŞİN QAYITMASI

Həzrəti Məhəmmədin (s) möcüzələri

Həzrəti Mühəmməd(s), Əlini (ə) bir iş dalınca göndərdi. Əsr namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli (ə) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəm-bər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət(s), Əlidən(ə) sual etdi: Əsr namazını qılmısan?

Əli(ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.

Peyğəmbər(s) duaya əl qaldırıb dedi: İlahi! Əli sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!

Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli(ə) namazını qıldı və yenidən günəş qüruba endi. (Biharul-ənvar, 17-ci cild, səh.359)

XIRDA DAŞLARIN ZİKR VƏ TƏSBİH DEMƏSİ

Həzrəti Məhəmmədin (s) möcüzələri

Həzrmövt məntəqəsinin, başçı-larından bir dəstəsi Peyğəmbərin(s) xidmətinə gəlib dedilər: Sənin Allahın Peyğəmbəri olduğunu haradan bilək?

Peyğəmbərin(s) yerdən bir ovuc xırda daş götürüb, buyurdu: «Bunlar şəhadət verirlər ki, mən Allahın Peyğəmbəriyəm. Bu zaman Həzrətin əlində olan xırda daşlar Allaha zikr və təsbih deyib, Həzrətin Allahın elçisi və Peyğəmbəri olmasına şəhadət verdilər. (Biharul-ənvar, c.17, səh.379)

AYIN PARÇALANMASI

Həzrəti Məhəmmədin (s) möcüzələri

Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfəri, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır. Bu gecədə sənin peyğəmbərliyinin nişanəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.

Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah –Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükr səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müşriklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.

Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Mühəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimiz-dən sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.

Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər» (Ay) surəsi nazil oldu. Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir. (Məcməul-bəyan, c.9, səh.186)

BEHİŞT NAR VƏ ÜZÜMÜNÜN TƏSBİH DEMƏSİ

Həzrəti Məhəmmədin (s) möcüzələri

Bir gün Fatimə(s.ə) iki övladı Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə Peyğəmbərin(s) hüzuruna gəldi. Daxil olandan sonra, Həzrət(s) Fatiməyə(s) buyurdu: Əmim oğlunu (Əli(ə)) mənim yanıma çağır. Əli(ə) gələndən sonra, Həzrəti Peyğəm-bər(s), Həsəni(ə) sağ dizi üstə, Hüseyni(ə) sol dizi üstə, Əli(ə) və Fatiməni birini ön hissəsində o birini isə arxa hissəsində oturtduqdan sonra, öz əbasını onların üstünə atıb, üç dəfə dedi: «İlahi! Bunlar mənim pak Əhli-Beytimdirlər. Günah və çirkinlikləri onlardan uzaq et və onları pak qərar ver.»

Ümmü Sələmə deyir: Mən qapının ağzında durmuşdum, dedim: Ya Rəsulullah! Mən də onlardanam,

Həzrət buyurdu: Sənin aqibətin çox yaxşıdır. Lakin sən onlardan deyilsən. Sonra Cəbrail(ə) bir tabaq behişt narı və üzümü gətirdi. Peyğəmbər(s) üzüm və narı əlinə götürdükdə, hər ikisi Allaha zikr və təsbih dedilər. Sonra Peyğəmbər(s) onları yedi. Bu zaman Həsən(ə) və Hüseyn(ə) tabaqdakı nar və üzümdən götürdülər, onların əlində də sübhanəllah dedilər. Həsən və Hüseyn(ə) nar və üzümü yedilər.

Həzrəti Məhəmmədin (s) möcüzələri

Elə bu zamanda Həzrətin səhabələrindən biri daxil oldu. Behiştdən gələn nar və üzümdən yemək istədi. Cəbrail(ə) dedi: Bu meyvələrdən yalnız Peyğəmbər(s), onun canişini və övladları yeyə bilər. (Biharul-ənvar, c.17, səh.360)

YAĞIŞIN YAĞMASI


Həzrəti Məhəmmədin (s) möcüzələri

Ərəb qəbilələri Peyğəmbəri(s) əziyyət etmək qərarına gəldikdən sonra Həzrət(s) dedi: İlahi! Öz əzabını bunlara göndər və Yusif(ə) peyğəmbərin zamanında olan aclıqdan bunlara nazil et! Peyğəmbərin(s) qarğışı ilə yeddi il yağış yağmadı. Mədinədə aclıq-susuzluq baş verdi. Səhrada yaşayan bir ərəb, Peyğəmbərin(s) hüzuruna gəldi. Sair ərəblərin adından kömək istəyib dedi:

Ağaclarımız quruyub, bitkilərimiz məhv olub, qadın və heyvanlarımızın döşündə süd qalmayıb və mal-qaramız qırılmışdır.

Həzrət(s) minbərə çıxıb, Allaha həmd və səna deyib, yağış duasını oxudu. Həzrət(s) duasını oxuyub qurtarmamış, yağış yağmağa başladı. Bir həftə yağdı. Nəhayət Mədinə əhli təngə gəlib dedilər: Ey Peyğəmbər! Qorxuruq boğulaq və evlərimiz viran qalsın.

Peyğəmbər(s) asimana üz tutub dedi: İlahi! Yağışı ətrafa yağdır. Biz tərəfə yağdırma!

Həzrətin işarəsi ilə buludlar Mədinə şəhərinin üzərindən dağılıb, şəhərin ətrafında durdular. Ətrafa möhkəm yağış yağırdı. Lakin Mədinəyə bir damcı da yağış yağmırdı. Bir ay çaylarda sel axırdı.

Peyğəmbər(s) buyrdu: «Əllahu-Əkbər» əgər Əbu Talib sağ olsaydı, gözləri işıqlanardı. (Biharul-ənvar, c.17, səh.354)

KEÇİ BALASINI DİRİLTMƏSİ

Həzrəti Məhəmmədin (s) möcüzələri


Peyğəmbər(s) Mədinəyə daxil olandan sonra, Əbu Əyyub Ənsarinin evində oturmağı qərara aldı. Bu zamanda Əbu Əyyubun evində, bir keçi balası və üç kilo buğdadan başqa bir şey yox idi. O keçi balasını qızardıb, buğdadan çörək bişirib Peyğəmbər(s) üçün gətirdi.

Peyğəmbər(s) buyurdu: Camaatı çağırın hər kəs yemək istəyirsə, Əbu Əyyubun evinə gəlsin. Əbu Əyyub camaatı çağırdı. Camaat Əbu Əyyubun evinə toplaşdılar. Hamısı hazırlanmış yeməkdən yeyib doydular. Lakin yemək azalmadı. Həzrətin(s) göstərişi ilə sümükləri toplayıb keçi balasının dərisinin arasına qoydular. Bu anda Həzrət(s) buyurdu: Allahın izni ilə qalx! Keçi balası dirilib, ayağa qalxdı. Camaat uca səslə Allahın birliyinə və Mühəmmədin(s) peyğəmbərliyinə şəhadət verdilər. (Biharul-ənvar, c.17, səh.389)

PEYĞƏMBƏRİN(S) QƏTADƏNİN GÖZÜNƏ ŞƏFA VERMƏSİ

Qətadə ibni Noman, Bədr və Ühüd döyüşünün iştirakçılarından biri idi. Ühüd döyüşündə bir zərbə nəticəsində gözünün biri yerindən çıxmışdı.O, Peyğəmbərin(s) yanına gəlib dedi: Mənim gözəl bir həyat yoldaşım var. Onu çox istəyirəm və o da məni çox istəyir. Bir neçə gündür evlənmişik. Çox narahatam ki, məni belə halda görsün.

Peyğəmbər(s) onun gözünü yerinə qoyub dedi: İlahi! Ona gözəllik paltarı geyindir!

Qətadənin gözü şəfa tapıb, əvvəlkindən də gözəl oldu. Heç vaxt gözü ağrımadı. Amma o biri gözü bəzi vaxtlar ağrıyırdı. (Müntəhəl-amal, səh.48)

YƏHUDİLƏRİN HİYLƏLƏRİNİN BAŞ TUTMAMASI

Yəhudilərin bir qrupu, Əbduh adlı bir yəhudi qadının yanına gəlib dedilər: Ey Əbduh! Mühəmmədin(s) biz, Bəni-İsrailin qanını hədər edib, «Yəhudiliyi» aradan aparmasını bilirsən. Bəni-İsrailin bir qrupu, çoxlu pul ilə bu zəhəri alıblar ki, sən onu bu qoyunun ətinə qatıb, Mühəmmədi zəhərləyəsən. Əbduh onların dediyini yerinə yetirdi. Yəhudun başçıları onun evinə toplandılar. Əbduh Peyğəmbərin(s) yanına gəlib dedi: Ey Mühəmməd! Sizin, mənim boynumda qonşuluq haqqı varınızdır. Yəhudi başçılarından bir neçəsi, mənim evimdə toplaşıbdır. Bizim məclisi, özünüzün və səhabələrinizin vücudu ilə zinətləndirin.

Peyğəmbər(s), Əli(ə), Əbu Dəcanə, Əbu Əyyub, Səhl ibni Hünəyf və mühacirlərdən bir dəstə ilə birlikdə yola düşdü. Məclisə daxil oldular. Bişmiş zəhərli qoyun ətini gətirib süfrəyə qoydular. Yəhudilər ayaq üstə durmuşdular. Peyğəmbər(s) onlara buyurdu: Oturun!

Onlar, Həzrətin cavabında dedilər: Əgər bir Peyğəmbər(s) bizim görüşümüzə gəlsə, heç kəs onun hüzurunda oturmur. Biz istəmirik biz tərəfindən ona bir əziyyət olsun. Əlbəttə, Yəhudilər yalan deyirdilər. Zəhərlənməyin qorxusundan ayaq üstə durmuşdular. Bişmiş qoyunu, Həzrətin yanına qoyandan sonra qoyunun qol hissəsi dilə gəlib dedi: Ey Mühəmməd! Əl saxla. Məni zəhərə bulayıblar. Yemə! (Biharul-ənvar, c.17, səh.395)

ƏŞYALARIN ŞƏHADƏT VERMƏSİ

Şəxt adlı bir yəhudi, Peyğəm-bərin(s) yanına gəlib dedi: Ey Məhəmməd! Sənin Allahın barəsində sual etməyə gəlmişəm. Əgər mənim suallarıma cavab versən, sənə tabe olacağam.

Peyğəmbər(s) buyurdu: Hər nə barəsində istəyirsən, sual et!

Yəhudi: Sənin Allahın haradadır?

Peyğəmbər(s): Hər yerdə. Müəyyən məkanda deyildir.

Yəhudi: sənin Allahın necədir?

Peyğəmbər(s): «Necə olmaq» məxluqatın xüsusiyyəti və sifəti ilə vəsf olunmaz.

Yəhudi: Sənin Peyğəmbər olmağını kim bilir?

Bu anda daş, kəsək və ətrafda olan bütün varlıqlar, Ərəb dilində aşkar surətdə dedilər: «Ey Şeyx! O, Allahın elçisi və peyğəmbəridir.»

Yəhudi dedi: Bu günə qədər bundan aşkar möcüzə görməmişdim. Sonra əlavə etdi: Allahın birliyinə və sənin Allahın Rəsulu olmağına şəhadət verirəm. (Tovhide-Səduq, bab.44, hədis.1)


Geri dön

R.M_FaNaTka

  • 15 avqust 2011 21:12
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

Doutzen Kroes

  • 15 avqust 2011 17:04
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Hədsiz dərəcədə maraqlı və gözəl yazıdı
ALLAH razı olsun müəllifdən.

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Elnen

  • 15 avqust 2011 16:41
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
ALLAH razi olsun...

Ay Üzlü

  • 15 avqust 2011 16:38
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun oxuduqca gozlerim doldu.O hər kəsin ən çox sevdiyi Peyğənbərdi Salam Ona və onun Əhlibeytinə olsun

★Azerbaijan girl★

  • 15 avqust 2011 14:16
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah ecede gozle neetler bexs etmisdir insanlara.insan baxanda zovq alir thankssssssssssssssssssssss

MiLeyla

  • 15 avqust 2011 14:10
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
OXUDUQCA HEYRETE GELIRSEN.QURBAN OLUM ALLAHA VE ONUN RESULUNA

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Sirli Melek

  • 15 avqust 2011 12:31
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Narka E-ZaDe

  • 15 avqust 2011 12:27
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 15 avqust 2011 12:20
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
maraqla oxudum.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 227
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}