“Yasin” Surəsi

 
“Yasin” Surəsi

“Yasin” Surəsi

“Yasin” Surəsi

36-cı surə


Yasin surəsi (Məkkədə nazil olmuşdur, 83 ayədir)

Bismillahir-rəhmanir-rəhim!

1-Əbi Bəsirdən rəvayət olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Həqiqətdə hər bir şeyin qəlbi vardır. Qur`anın qəlbi isə Yasin surəsidir. Hər kəs bu surəni gündüz oxusa, həmin gün şam vaxtına qədər qorunmuş və bəhrə aparmışlardan olar.

Bu surəni gecə yatmazdan qabaq oxuyan kəs qovulmuş şeytanın şərrindən qorunmaq üçün Allah min mələyi göndərər. Əgər o həmin gün vəfat etsə, Allah onu Behiştə daxil edər. Qüsl verilən zaman otuz min mələk onun ətrafında dövrə vurar və ona bağışlanmaq tələb edib, onu istiğfar etməklə qəbrin kənarına qədər müşayiət edərlər.

Onu qəbirə qoyanda mələklərin bir dəstəsi onun yanında qalıb, Allaha ibadət edər və onun savabını o şəxsə hədiyyə edərlər. Onun qəbrini göz işlədikcə genişlən-dirərlər, və onu qəbrin sıxıntısından amanda saxlayarlar. Həmişə onun qəbrindən Ənam səmaya qədər nur saçar. Nəhayət Allah onu qəbrindən çıxarar.

Allah onu məşhur edəndə (qaldıranda) Mələklər onunla birlikdə olub, onu bədrəqə edər onunla söhbət edib, üzünə təbəssüm edərlər. Axırda onu sirat körpüsndən və mizan-tərəzidən keçirərlər. Onu elə bir məqama və mənzilətə çatdırarlar ki, Allahın müqərrəb mələklərindən başqa heç bir məxluq nail ola bilməz. O Peyğəmbərlərlə birlikdə orada Allahın yanında dayanarlar. Qəm çəkənlərlə qəmlənməz, qüssə çəkənlərlə qüssələnməz, ağlayanlarla, ağlamaz. O, zaman Allah təbarək taala deyər: Ey mənim bəndəm hər kimə istəyirsən şəfaət et. Çünki hamısının şəfaətini qəbul edəcəyəm. Hacət istə, çünki hər nəyi istəsən sənə verəcəyəm.

Nəhayət o öz hacətini Allahdan istəyəcək və qəbul olunacaq, şəfaət etsə, qəbul olunacaq. Onun hesabını başqaları kimi çəkməzlər, orada başqaları kimi saxlanılmayacaq. Zəlil və xar olmuşlar kimi xar olmayacaq.

Ondan baş vermiş pis əməllərin və günahların cəzasına giriftar olamayacaq, onu bəraət qazandırıb, azadlığını ona verərlər, sonra Allahın dərgahından başı uca çıxarlar. Bütün camaat təcübblə deyərlər. "Sübhənəllah" bu bəndənin hətta bir günahı belə yoxdur, və onu Həzrət Məhəmməd (s.ə.v.v) həmdəmlərindən olacaqdır.

“Yasin” Surəsi

2-Cabir ibn Cəfidən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ömründə bir dəfə Yasin surəsini oxusa, Allah bu dünyada yaratdıqlarının və o biri dünyadakıların və səmada olan şeylərin hamısının hər birisinin sayı qədər, iki min həsənə onun nameyi əməlində yazacaqdır, və həmin qədər də günahlarından keçəcəkdir. O heç vaxt kasıblıq və ziyan çəkməyib, borclu və evsiz-eşiksiz qalmaz, bədbəxtlik, dəlilik görməz, vasvaslığa, iradəsizliyə, və müxtəlif zərər verici xora xəstəliklərə mübtəla olmaz. Allah-taala ölümün çətinliyini onun üçün asanlaşdırar, və özü onu qəbz ruh edər. O elə bir şəxslərdəndir ki, Allah onun yaxşı yaşamasını öz öhdəsinə almış, ölüm anlarında onun xoşhal olmasına zamin durmuş, axirətdə də onu sevindirəcəyinə zəsanət vermişdir.

Sonra Allah göyün və yerin mələklərinə xitab edib buyurar: Mən bu bəndədən razıyam, elə isə onun üçün bağışlanmaq tələb edin.
Übəyy ibn Kə`b [Mə`sumların (ə) buyurduğlarına əsaslanaraq] deyir: Hər kəs Allaha xatir Yasin surəsini oxusa, Allah ona Qur`anı on iki dəfə oxumuş kəsin əcrini verər. Xəstənin yanında Yasin surəsini oxusa, onun hər bir hərfinə on mələk nazil olar ki, qarşısında cərgə ilə dayanıb onun üçün bağışlanmaq tələb edərlər, və onu qəbz ruh edəndə yanına gələrlər. Onun cənazəsini dəfn etmək üçün hazırlayıb (Qüsl-kəfən edib) ona namaz qılıb dəfn mərsasimində iştirak edərlər.
Hər xəstə onu (Yasin surəsini) oxusa, yaxud onun yanında bu surə oxunsa, rizvan (Behiştin xəzinədarı, bir qabda Behiştdən gətirdiyi suyu ona içirdər.
O nə qədər xəstə yatırsa, onu içər və doyub vəfat edər. Doyan halda qaldırılar, daha peyğəmbərlərin hovuzlarına ehtiyacı olmaz, nəhayət Behiştə daxil olub sirab olar.

Əbu Bəkr dən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Yasin surəsi Tovratda "mo`məh" oxunur. Dedilər; Mo`məh nədir? Buyurdu: Onun sahibini dünya və axirət xeyri əhatə edər. Bu surə səbəbi nəticəsində o dünyadan bəlasına dözər, və bu surə axirət qorxusu dəf edər. Ona müdafiə və Qaziyə də deyərlər, çünki sahibindən (onu oxuyan) hər cür uzaqlaşdırar.
Hər bir hacətini (istəyini) qəbul etdirər.
Hər onu oxusa, onun üçün iyirmi Həccin savabı yazılar. Hər kəs onun oxunuşuna qulaq assa, onun üçün min dinar Allah yolunda verən şəxsin savabı yazılar. Bir kəs onu (Yasin surəsini) yazıb onun suyunu içsə, onunla min dərman, min nur, min yəqin, min bərəkət, min rəhmət onun qarnına daxil olar, və hər cür xəstəlik dən (s.ə.v.v) nəql edir ki,
Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, Qur`anın qəlbi isə Yasin surəsidir. Yenədə Ənas İslam Peyğəmbərindən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Bir kəs qəbiristana daxil olsa, və orada Yasin surəsini oxusa, Allah-taala həmin gün onların (qəbiristan əhlinin ) əvbını azaldar, və onu oxuyan üçün oradakı ölülərin sayı qədər həsənat yazılar.

Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edib ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, və Qur`anın qəlbi isə Yasin surəsidir. Beləliklə hər kəs bu surəni gündüz oxusa, həmin gün axşama qədər hafizlərdən olar. Hər kəs onu gecə yatmazdan əvvəl oxusa, Allah onu çirkin şeytanın afətlərindən qorumaq üçün min mələyi mə`mur edər. Əgər yatdığı vaxt vəfat etsə, Allah onu Behiştə daxil edər. Otuz min mələk ona qüsl veriləndə hazır olarlar, onun üçün bağışlanmaq istəyər, və onu qəbrinə qoyub, qəbrində Allaha ibadət edər, və savabını ona verərlər. Qəbri göz işlədikcə genişlənər, sıxıntısından amanda qalar, həmişə onun qəbrindən səmaya kimi nur saçar. Nəhayət Allah onu qəbrindən çıxardar (qaldırar). Necəki o qəbrindən çıxdı Mələklər həmişə onun yanında olub, onu müşayiət edərlər. Onunla söhbət edib, üzünə təbəssüm edər, və onu hər bir xeyrə müjdə verərlər.

İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) üçün Qur`anda on iki ad qeyd olunub ki, onun beşi bu surətdə yazılıb: Məhəmməd Əhməd-Əbdullah, Yasin-Nun.

“Yasin” Surəsi

İnsanın asan can verməsinə kömək edən amil yeddi şeydən ibarətdir. Onlardan biri Yasin surəsidir.
Bəyənilmiş işlərdən biri də odur ki, Şə`ban ayının on beşi axşamı üç dəfə mübarək Yasin surəsini oxuyasan, onun birini yaşamaq, birini isə sağlamlıq məqsədilə oxusun, hər kəs bu ayəni özündə saxlasa, heç vaxt birinə möhtac olmayıb zalımın əlində giriftar olmaz.

"Hum və əzvacuhum fizilalin ələl əraiki muttəkiun" (Yasin56) Çahar şənbə (üçüncü gün) günündən başlayıb on beş gün müddətində hər gün 818 dəfə bu ayəni oxusun, muradının hasil olması üçün tə`sirlidir. "Səlamun qəvlən min rəbbin rəhim." (Yasin-58).

Bu ayəni oxumağı davam etdirmək 1000 Qur`an xətmi kimidir. "Vəmtazul yəvmə əyyuhəl mucrimun." (Yasin-59).

Fəqirliyi (yoxsulluğu) aradan qaldırmaq üçün hər sübh bu ayəni oxuyun: "Və mən nuəmmirhu nunəkkisihu filxəlqi əfala yə‎qilun" (Yasin-68).

Vəfat etmiş şəxsin kəfəninə bu ayəni yazsanız, o gor əzabından nicat tapar. "Fəla yəstətiunə təvsiyətən vəla ila əhlihim yərciun. Və nufixə fissuri fəizahum minəl əcdasi ila rəbbihim yənsilun. Qalu ya vəyləna mən bəəsəna min mərqədina haza mavəədər-rəhmanu və sədəqəl mursəlun. İn kanət illa səyhətən vahidətən fəizahum cəmiun lədəyna muhzərun." (Yasin-50-53).

Hər kəs hacət niyyəti ilə aşağıdakı ayəni yeddi dəfə oxusa, hacəti qəbul olunar. "Ləş-şəmsu yənbəği ləha ən tudrikəl qəmərə vələlləylu Sabiqin-nəhari və kullun fi fələkin yəsbəhun." (Yasin-40).
Aşağıdakı ayəni üç gecə və hər gecədə otuz dəfə Peyğəmbəri yuxuda görər. "Və xələqna ləhum min mislihi ma yərkəbun" (Yasin-42).

Mal mənal (dükan kimi) dövlət qazanmaq istəyirsə, pəncşənbə (dördüncü) günü iki rükət namaz qılıb sonra Yasin surəsini oxusun, bu əməli üç gün təkrar etsin. Çox təcrübə olunub.

“Yasin” Surəsi


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:12
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

R.M_FaNaTka

  • 16 avqust 2011 20:44
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

HaYaliM

  • 16 avqust 2011 14:14
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Narka E-ZaDe

  • 16 avqust 2011 12:00
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Inciciceyi

  • 16 avqust 2011 10:25
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun
Oxudum

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

UnuDa_bilMədiyim

  • 16 avqust 2011 10:07
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Təşəkkürlər gözəl xəbərə görə

NİKİ

  • 16 avqust 2011 09:34
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Sirli Melek

  • 16 avqust 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Əlbəttə hər bir şeyin qəlbi vardır, və Qur`anın qəlbi isə Yasin surəsidir.

Əlbəttə hər bir şeyin qəlbi vardır, və Qur`anın qəlbi isə Yasin surəsidir.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Sergio Ramos

  • 16 avqust 2011 03:34
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Çox sağolun xəbərə görə..
Minnətdaram...

--------------------

★Azerbaijan girl★

  • 16 avqust 2011 00:07
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun thankful love

Ay Üzlü

  • 16 avqust 2011 00:01
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

Doutzen Kroes

  • 15 avqust 2011 23:49
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Çox dəyərli yazıya görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Cilent_M.Q

  • 15 avqust 2011 23:44
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

wirin heyat

  • 15 avqust 2011 23:34
  • Məqalə: 1
  • Şərh: 153
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 63
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}