Gecənin ən qaranlıq vaxtı idi

 
Gecənin ən qaranlıq vaxtı idi

Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi "ah" idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc "ah"ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.

Gecənin ən qaranlıq vaxtı idi

Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur'anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.

Gecənin ən qaranlıq vaxtı idi

"Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür. Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir."

Gecənin ən qaranlıq vaxtı idi

Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.

Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.


Geri dön

L115A1

  • 28 avqust 2011 22:22
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
cooox maraqli xeber idi ama adami qorxudure koxdume

--------------------

mecdunov

  • 17 avqust 2011 20:50
  • Məqalə: 7
  • Şərh: 151
  • Bal:
{awards}
TESEJJURKER

--------------------
"Düşünən insan, sahib olduğu nemətin fərqinə varıb, özünü xoşbəxt hiss edər,
düşünməyən insan da özünü o nemətdən məhrum sanar, bədbəxtlik hiss edər!."

S_E_N_S_I_Z

  • 17 avqust 2011 20:49
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
xebere gore tewekurler

Inciciceyi

  • 16 avqust 2011 10:58
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sirli Melek

  • 16 avqust 2011 10:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
insanlar heqiqetende pislesib
amma sukurki yaxsilar hele de var.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Delya_91

  • 15 avqust 2011 23:25
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkurler,maraqliydi

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Doutzen Kroes

  • 15 avqust 2011 23:24
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Axıra qədər çox maraqla oxudum hədsiz dərəcədə ibrətamiz hekayədi.
Təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

MuslimGirl

  • 15 avqust 2011 23:02
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
İbrət götürən üçün çox ibrətamiz yazıdır. Təsirlidir həm də...Təşəkkürlər

Мой Мир

  • 15 avqust 2011 22:44
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
hmmmmmm yeri var ama urkuducudu sevo ellerine saglik twk edirem

--------------------
∞♥

MiLeyla

  • 15 avqust 2011 20:15
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
urkuducudu,weytanlar insanlarin allah yolundan cixdigini insanlardan cox fikirlewirler recourse

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 15 avqust 2011 20:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

HaYaliM

  • 15 avqust 2011 19:41
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.

Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.


sonluq lap mohtesem idi.cox xosuma geldi.tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 15 avqust 2011 19:32
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Narka E-ZaDe

  • 15 avqust 2011 19:20
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
sonadek oxudum coxxxx maraqli hekayedir.....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

urek_yarasi

  • 15 avqust 2011 19:02
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
cox maraqlidir twk love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

KRiPToS

  • 15 avqust 2011 18:56
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
COX MARAQLI HEKAYEDI!!!

--------------------

Iriska

  • 15 avqust 2011 18:55
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Sonadek oxudum tesekkur edirem

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

KaRola_16

  • 15 avqust 2011 18:54
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
COX XOWUM GELDI... MARAQLI HEKAYEDIR...

--------------------

NİKİ

  • 15 avqust 2011 18:48
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
COX MARAQLI HEKAYEDI!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}