B.Vahabzadə - Allah Şeiri

 
B.Vahabzadə - Allah Şeiri

ALLAH

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.


Geri dön

music_angel

  • 28 avqust 2011 13:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
gozel seire gore tesekkur edirem

--------------------

Jasmin45

  • 16 avqust 2011 21:08
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.



İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.


Çox gözəl şeirdir təşəkkürlər...ALLAH rəhmət eləsin böyük şairimiz olan Bəxtiyar Vahabzadəyə,məkanını cənnət eyləsin,ruhu şad olsun...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

velehat

  • 16 avqust 2011 19:37
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrr

Ay Üzlü

  • 16 avqust 2011 18:09
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
TEWEKKURLER

AXIRA KIMI OXUDUM

ZEHRA

  • 16 avqust 2011 14:08
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
ALLAH razi olsun

HaYaliM

  • 16 avqust 2011 13:55
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.


gozel seirdi.beyendim.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

ulka17

  • 16 avqust 2011 13:43
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Narka E-ZaDe

  • 16 avqust 2011 12:41
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.
eladir!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

✰GlaMurKa✰

  • 16 avqust 2011 12:34
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun coxxxxxxxx gozel seirdi

★Azerbaijan girl★

  • 16 avqust 2011 12:32
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanksssssssssssssssssssssssssssssssssssssssssssss
sssss
love

Sirli Melek

  • 16 avqust 2011 12:29
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 53
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}