Onu sevmək (1-ci Hissə)

 
Onu sevmək (1-ci Hissə)

Onu sevmək (1-ci Hissə)

Peyğəmbərimizi sevməyin ən gözəl örnəyini onun əshabı verdi.
Onlar “Peyğəmbər möminlərə öz canlarından daha əzizdir” ayəsinin ilk xitab olunanları idilər. Onlar “De ki, Sizdən bu əziyyətim qarşılığında bir əvəz istəmirəm, istədiyim tək şey içində yaxınlıq olan bir sevgidir” ayəsinin şahidləri idilər.
Ayənin açarı “fil-kurba” ifadəsindədir. Bu aydın olmadan ayə anlaşılmaz. Nə yazıq ki, bu ayədə ən az anlaşılan və ya anlaşılmayan da elə bu ifadədir. İçində yaxınlıq olan bir sevgini anlatmadan əvvəl içində yaxınlıq olmayan bir sevgini təsvir etmək lazımdır.

Onu sevmək (1-ci Hissə)

İçində yaxınlıq olmayan bir sevgi, uzaq bir sevgidir. Bunun daha açıq ifadəsi uzaqdan sevməkdir. Bir başqa ifadəylə sevginin qarşılığını ödəməmək üçün seviləndən uzaq durmaq, onun yan-yörəsindən, ətrafından uzaq duraraq onun üçün mübarizə aparmamaqdır. Havayı, boşu-boşuna sevməkdir. El deyimi ilə “quru-quru qurbanın olum” deməkdir.
Sevgi həyatın ən soylu, ən mübarək toxumudur. Fəqət onu doğru zamanda, doğru yerə, doğru şəkildə əkmək lazımdır. Əkdikdən sonra çıxıb getmək deyil, ona baxmaq, becərmək, ot-ələfdən təmizləmək, dibini yumşaltmaq, bəsləmək, böyütmək lazımdır. Yəni zəhmət çəkmək lazımdır. Hz. Peyğəmbərə möminlərdən istəməsi təlim edilən sevgi də elə bu sevgidir. Sevginin bu növü Nəbiyə anasının ağ südü kimi halal olan, hətta onun haqqı olan bir sevgidir.

Onu sevmək (1-ci Hissə)

Peyğəmbərlərə Allaha dəvət qarşılığında bir gəlir əldə etmək qadağan edilmişdir. Quran bir çox peyğəmbərin dilindən “mənim əməyimin haqqını yalnız Allah verər” sözünü nəql edər. Fəqət bu, onların imanlarına vəsilə olduqları insanlardan sevgi istəmələrinə maneə deyildir. Əksinə bu, onların haqqıdır. Allah elçisinin “içində yaxınlıq olan” bir sevgi istəməsini əmr etmişdir.
Belə dəyəri ödənmiş sevgi sevəni sevilənin yaxınları arasına qatar. Sevən sevilənə yaxın olarsa “əhl-i beyt”dən olar. Eynilə Allah Rəsulunu heç görmədən sevən, sevgisinin dəyərini həyatı ilə ödəyən iranlı Hz. Salman kimi. Hz. Peyğəmbər ona “Salman bizdəndir, əhl-i beytimizdəndir” demişdi. Hansı ki, Salman nə Haşimoğullarındandı, nə Qureyşdəndi, nə də ərəbdi…
O, sadəcə sevdi və sevgisinin haqqını verdi.

Onu sevmək (1-ci Hissə)

...O, Rəsulullahın yaşadığı torpaqlara getmək üçün ömrü boyu qənaətlə topladıqlarını bir karvana verir. Zamanının elm və ürfan mərkəzləri olan Nusaybin, Şam, Ammuriyyə və Tarsusda ən seçilmiş ustadlara şagirdlik edir. Və beləliklə o, öz çağının tanınmış filosofu olur. Son ustadı ona gözlənilən peyğəmbərin kitablarda bildirilən torpaqlarına getməyi tövsiyyə edir. Karvan yolda basqına uğrayır orada olan hamı ilə birlikdə o da əsir götürülür. İranda nüfuzlu bir vəzifə sahibinin varlı oğlu kimi böyüyən Salman Hicazda kölə olaraq bir yəhudiyə satılır.
Nəhayət İlahi yardım onu sürükləyə-sürükləyə Mədinəyə gətirir. Oranı ilk görəndə “Budur sevgilinin köçüb yaşayacağı verimli vadi” deyibmiş. Allah Rəsulunun Kubaya çatdığını eşidərkən ona ilk qovuşanlar arasında o da vardı. Ağasından yalvar-yaxar izn alaraq gəlib sevgilisinə qovuşmuşdu.
Rəsulullah sevən və sevgisinin qarşılığını ödəyən bu insanı çox sevdi. Onu ən yaxınlarının olduğu üç halqadan saydı. “Əhli-beytim” deyərək onun dərdini bölüşdü. Əlinə keçən ilk savaş gəlirindən pay ayırdığı kəslər arasında Hz. Salman da var idi. Yumurta böyüklüyündə bir külçə qızıl verərək onu köləlikdən azad olunması üçün fəaliyyətə başlamalarını əmr etdi. Salman ruhanı azadlıq uğruna cismani azadlığını qurban vermiş biri idi. İndi isə ikisini də birləşdirəcəkdi...

Onu sevmək (1-ci Hissə)

Elə peyğəmbərimizi sevmək də budur. Sevmək və qarşılığını ödəmək budur. Əmin olun ki, Rəsulullahın “səhabə” kriteriyasına uyğun gələn hər səhabənin buna bənzər sevgi hekayələri vardır. Əgər səhabə yol göstərən ulduzlar kimidirlərsə, onu sevmək iddiası edən hər möminə bu ulduzlar yol göstərər.

Eynilə hicrət gecəsi sui-qəsd hazırlanacağını bilə-bilə Rəsulullahın yatağında yatmağı, yəni göz görə-görə ölümə getməyi qəbul edən Hz.Əli kimi.

Eynilə Allah yolunda infaq əmri gələn kimi bütün var-yoxunu infaq edib Allah Rəsulu ona “Bəs ailə-uşağına nə saxladın?” deyə soruşarkən “Allah və Rəsulu onlara yetər” deyən Hz. Əbu Bəkr kimi.

Eynilə “Artıq səni nəfsimdən də çox sevirəm” deyən və bunu havadan söyləməyib ta ürəyindən süzən, bu sayədə Nəbinin “Qardaşım, mənə də dua et, yaxşımı?” deyə dua istədiyi Hz. Ömər kimi.

Və təbii ki, hələ iyirmi yaşlarında, ömrünün baharında darağacına məhkum olan Hz. Hubeyb və dostu Hz. Zeyd bin Dəsinnə kimi…

Onu sevmək (1-ci Hissə)


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

R.M_FaNaTka

  • 16 avqust 2011 20:23
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
allah razi olsun

--------------------

velehat

  • 16 avqust 2011 19:28
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrr

KaRola_16

  • 16 avqust 2011 18:30
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ELLERINIZE SAGLIQ... MARAQLI XEBERDIR...

--------------------

RAY OF MOON

  • 16 avqust 2011 18:20
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
chooox maraqlidi ALLAH sizden razi olsun

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

Narka E-ZaDe

  • 16 avqust 2011 17:29
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

aga482

  • 16 avqust 2011 17:04
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
tsk smile

tsk

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

maiw mm

  • 16 avqust 2011 17:03
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
allah razi olsun gozaldi olduqca cox........tawakur.....gozal insan

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Nikoyl

  • 16 avqust 2011 15:39
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
twk xeber gore smile

--------------------

BDU-telebesi

  • 16 avqust 2011 15:33
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SENDEN

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

Sirli Melek

  • 16 avqust 2011 15:24
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

urek_yarasi

  • 16 avqust 2011 15:23
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
twk love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

HaYaliM

  • 16 avqust 2011 15:07
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}