Hardasan ey gözümün nuru ?

 
Hardasan ey gözümün nuru ?

Hardasan Ey Gözümün Nuru ?
Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim, gizli pıçıltım çatmasın. Mənə çox çətindir ki, mən salamat olduğum halda səni imtahanlar əhatə etsin və mənim ah-naləm, şikayətim sənə çatmasın. Canım sənə fəda olsun, ey elə bir qaib şəxs ki, bizdən uzaq deyilsən!
Canım sənə fəda olsun, ey hər bir qadın və kişinin arzuladığı şəxs! Onlar səni yada salar, ağlayıb sızlayarlar.
... Mənə çox çətindir ki, sənsiz cavab eşidib xoş sözlər dinləyəm. Mənə çox çətindir ki, sənin ayrılığın üçün ağlayım, ancaq başqaları səni tərk etsinlər.
Görəsən bir köməkçi varmı ki, onunla birlikdə ah-nalə edim, ağlamaq səsimi ucaldım? Ey Əhmədin (s) oğlu, görəsən səninlə görüşmək üçün bir yol vardırmı?
... Nə vaxt sənin içməli çaylarına daxil olub sirab olacağıq?

Hardasan ey gözümün nuru ?

... Nə zaman həmişəlik sənə qovuşacaq və gözlərimizin yaşı quruyacaq?
... Nə vaxt sən bizi görəcəksən və biz də səni görəcəyik və sən də aşkar görünən (zəfər) bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımları məhv edəcək, yer üzünü ədalətlə dolduracaq, öz düşmənlərinə xarlıq və zilləti dadızdıracaq, cəzalandıracaqsan, haqqa təcavüz edənləri və haqqı inkar edənləri həlak edəcəksən, təkəbbürlülərin, zalımların kökünü kəsəcəksən? Və o zaman biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun!
... Hardadır nəfsani ehtiraslara pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Hardadır Allah övliyalarına izzət bəxş edib, düşmənlərini məhv edən? Hardadır ne᾿mətlərin əta olunduğu Allah qapısı?!
... Hardadır fəth gününün sahibi və hidayət bayrağını yüksəldən? Hardadır peyğəmbərlər və onların övladlarının intiqamını alan?!
... Hardadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi?!
Hardadır din nişanələrini və din əhlini dirçəldən şəxs?! Hardadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Hardadır günahkarları, azğınları və tüğyan əhlini həlak edən şəxs?! Hardadır din və şəriəti öz əslinə qaytarmaq üçün seçilmiş insan?! Hardadır Allahın kitabını və onun qanunlarını dirçəltmək üçün arzu olunan şəxs?!


Hardasan ey gözümün nuru ?

«Qarşınızdakı on iki hədisdən ibarət olan bu kitabça islam peyğəmbərinin nəslindən və on birinci imam Həsən Əsgərinin övladı olan Sahibəz-zaman imam Məhdi (ə.c.)-ın şəxsiyyəti, zühuru, hakimiyyəti və dünyada görəcəyi işlər barəsindədir. Bir çoxlarının bu böyük şəxsiyyət barəsində kifayət qədər mə᾿lumatlı olmadıqlarını nəzərə alıb, bu gözəl və eyni zamanda müxtəsər şəkildə tərtib olunmuş kitabçanın tərcümə olunub əziz oxuculara təqdim edilməsini zəruri hesab etdik. Bizə elə gəlir ki, bu qısa mə᾿lumatları oxumaqla o həzrətin müqəddəs vücudu haqda ümumi təsəvvürlər əldə etmək olar.
Qeyd etmək lazımdır ki, bu kitabçanın müəllifi Qum elmiyyə hövzəsinin böyük müctəhidi və eləcə də dünyanın tanınmış alimlərindən olan Ayətullah-üzma Məkarim Şirazidir. Müəllif islam dininin bir çox sahələrinə aid olan onlarla qiymətli əsərlər yazıb-yaratmışdır ki, hətta onların adlarını burada sadalamaq imkandan xaricdir. Həmin əsərlərdən təkcə Qur᾿ani-kərimin izahlı şərhinə (təfsir) aid yazılmış iyirmi cildlik «Təfsiri-nümunə» adlı kitabın adını çəkmək yerinə düşərdi. Bu kitab dünyanın bir çox dillərinə tərcümə edilmiş və geniş oxucu kütləsi tərəfindən razılıqla qarşılanmışdır. O, hal-hazırda sağdır və Qum şəhərində elmi-tədqiqat işləri və eləcə də dini fəaliyyətlə məşğuldur.

Hardasan ey gözümün nuru ?

İmam Məhdi (ə.c.) təkcə islam dininin müjdə verdiyi və ardıcılları tərəfindən intizarı çəkilən şəxsiyyət deyildir. Bu şəxsiyyət barəsində Tövratda, İncildə və başqa mənbələrdə də mə᾿lumat verilmiş və onun bir zaman zühur edərək dünyaya hakim olacağı, haqsız tökülən qanları dayandıracağı və dünyada ədaləti bərqərar edərək əmin-amanlıq yaradacağı bildirilmişdir.
Qeyd etmək lazımdır ki, peyğəmbərlərdən sonra o səmavi kitabların təhrif edilməsinə baxmayaraq, Allahın iradəsi ilə onlarda həqiqəti sübut edən bir çox incəliklər qorunub saxlanılmışdır. Onlar diqqətlə, tədqiqatçı nəzərilə mütaliə edilərsə, həmin mətləblərin orada öz əksini tapdığı aydın görünər.
İslami mənbələrdə imam Məhdi (ə) barəsində olan mə᾿lumatlar o qədər genişdir ki, onu heç kəs inkar edə bilməz. İslam Peyğəmbəri həzrət Məhəmməd (s) və onun nəslindən olan on bir nəfər mə᾿sum imamın hədislərində on ikinci imam həzrət Məhdi (ə) barəsində, onun bir müddət qeybə çəkilməsi, xalqın onun varlığı barəsində şübhəyə düşmələri, zühurundan əvvəlki zamanların hadisələri, hansı nişanələrdən sonra üzə çıxacağı, döyüşləri, dövlət quracağı, həzrət İsanın sübh namazı vaxtı Fələstində yerə enib imamın namazına qoşulacağı, imamın bütün insanları mə᾿nəvi və maddi cəhətdən yüksək dərəcədə tə᾿lim edəcəyi, nəticədə ədalətsizliyin yer üzündən tamamilə silinəcəyi, dünyanın əksər xalqlarının islam dinini qəbul edəcəyi və s... bildirilmişdir.

Hardasan ey gözümün nuru ?

Xristianlar özləri də təsdiq edirlər ki, İsa (ə) gələcək və xalqı yenidən dinə-mə᾿nəviyyata də᾿vət edəcək. Lakin onlar bilərəkdən və ya səhvən bir həqiqəti gizlədirlər. Həmin həqiqət İsa (ə)-ın yenidən zühur etdikdən sonra insanları hansı dinə də᾿vət etməsindədir. Əlbəttə həzrət İsa Məsih də onları təhrif olunmuş xristianlığa deyil, islam dininə də᾿vət edəcəkdir. Çünki sonuncu səmavi məktəb olan islam dini və eləcə də qiyamətə qədər hər növ təhriflərdən amanda qalacaq Qur᾿ani-şərifdə buyurulur ki, Allah yanında din yalnız islam dinidir. Bəli, İsa (ə) gələcək və onları təhrif etdikləri dindən əsil dinə - islama doğru çağıracaqdır. Onlar da öz peyğəmbərlərinin çağırışına müsbət cavab verəcəklər.
Bir neçə il bundan qabaq bə᾿zi xristian qrupları tələsərək guya İsa (ə)-ın 2000-ci ildə zühur edəcəyini e᾿lan etmişdilər. Ancaq mə᾿lum olduğu kimi gözlənilən bu hadisə baş vermədi. İslami e᾿tiqadlara əsasən həzrət Məhdinin nə vaxt zühur edəcəyini yalnız Allah-taala özü bilir. Ancaq onun zühuru barəsində xəbər verilən nişanələrdən belə mə᾿lum olur ki, biz zühur astanası dövründə yaşayırıq. Bə᾿zi alimlərin nəzərinə görə, zühurdan qabaq aşkar olunacaq dörd yüz əlamətdən, artıq üç yüz doxsan dördü baş vermişdir. Deməli, belə mə᾿lum olur ki, biz həzrət Məhdinin zühuruna təsadüf edəcək axirəz-zamanda və ya ona yaxın bir dövrdə yaşayırıq. Hər halda, bizim vəzifəmiz bəşəriyyəti bəlalardan xilas edəcək ilahi bir şəxsiyyətin yolunu gözləmək və onun intizarını çəkməkdir. Yorucu və süstləşdirici intizar deyil, qurucu və ümidverici bir intizar! Yə᾿ni bizlər o həzrətin zühuru üçün çalışmalı, ədalət və insaniyyətin bərqərar olunması üçün əlimizdən gələni əsirgəməməli, o böyük xilaskarın yaradacağı inqilabın zəminələrini hazırlamalıyıq.

Hardasan ey gözümün nuru ?

Axir zamandı, bir qulaq as, ərşi titrədir
Millətlərin haray mədədi, əl-əmanəsi...
Şəhriyar


İmam Sadiq (ə) Səcdə surəsinin 29-cu ayəsinin təfsirində buyurmuşdur:
«Ey Peyğəmbər! Sənə deyirlər ki, əgər doğru deyirsinizsə deyin görək, qələbə günü (fəth günü) nə vaxtdır? De ki, qələbə günü kafirlərin iman gətirmələrinin bir faydası olmadığı və onlara möhlət verilmədiyi gündür.»
«Qələbə günü Qaimin (Sahibəz-zaman) əliylə dünyanın fəth ediləcəyi gündür. O gün əvvəlcədən ona iman gətirməyənlərin və zühur intizarında olmayanların iman gətirmələrinin və sonradan onu qəbul etmələrinin elə bir qədir-qiyməti olmayacaqdır. Faydalı iman o imandır ki, əvvəlcədən intizarda olmaqla yanaşı olsun. Allah-taala, iman gətirib intizarda olanların məqamlarını yüksəldər. Bu xeyirli mükafat Əhli-beyti sevənlərə məxsusdur.»


Hardasan ey gözümün nuru ?

Məgər biz istəmirik ki, zülm sona çatsın, haqsız axan qanlar dayandırılsın, zəiflərin çörəklərini əllərindən qapanlar cəzalarına çatsın, qəmli ürəklər uzun bir müddətdən sonra sevinc işığıyla parıldasın, pulsuzluq ucbatından evə dönərkən ürəyi kədərdən yanan ataların dərdinə son qoyulsun, küçələrdə səfalətlə dolanan xəstə körpələr rahatlıq tapsın?! Məgər biz istəmirik ki, evimiz, namusumuz daxili və xarici düşmənlərin hücumlarından, təcavüzlərindən amanda qalsın, ölkələri və ölkəmizi bürüyən əxlaqi pozğunluqlara son qoyulsun, pulsuzluq nəticəsində öz evini, el-obasını tərk edən xalqımız öz vətənlərinə dönsün, hər tərəfdən torpaqlarımıza mənfur caynaqlarını batıran təcavüzkarların əlləri kəsilsin?! Görəsən ürəyimiz yanmır, qəlbimiz daşlanmışdır, başımıza daş düşməsə, başına daş düşənlərin harayına tələsməyəcəyik? Nə vaxta qədər cinsi ehtirasları söndürmək arxasıyca qaçacağıq, nəfsani istəklərə qul olacağıq, boş və᾿dlərin arxasıyca gəzəcəyik və həqiqətlərdən üz döndərəcəyik?! Nə zamanacan ümidimizi Allahdan kəsib yalançı peyğəmbərlərə, falçılara və digər fırıldaqçı insanlara ümid bəsləyəcəyik? Nə vaxta qədər düşmənlər bizlərdən öz hədəflərini həyat keçirmək üçün alət kimi istifadə edəcəklər? Nə zamanacan əcnəbiləri yamsılayacağıq, onların demokratiya, azadlıq və insan hüquqları şüarları ilə qəlbimizi sevindirib qəflət yuxusuna gedəcəyik? Görəsən bir kimsə vardırmı ki, bu dərdlərə şərik çıxsın, bir həqiqətsevər vardırmı ki, yolumuza yoldaş olsun, bu yer kürəsinə və onda baş verən hadislərə ibrət gözü ilə baxsın?! Heç xəbərimiz varmı ki, pis əməllərimiz ucbatından bizlərə Allahın bəlaları nazil olur, pis əməllərimiz nəticəsində həzrət Məhdinin ilahi inqilabı gecikir? Görəsən bundan da böyük dərd olarmı ki, müsəlmanlar Allahı, peyğəmbəri, onun gətirdiyi Qur᾿anı, Qur᾿anın şərhçisi olan imamları və onların böyük xilaskarı olan həzrət Məhdi Sahibbəzamanı unudub qəflət yuxusunda xəyali bir ömür sürsünlər?! Aya, gözü açıq halda yatanların bu işindən təəccüblənən yoxdur?...

Hardasan ey gözümün nuru ?

Qoy bu inqilab sel kimi axsın,
Göy guruldasın, ildırım çaxsın.
Müstəzəfin qoy haqqa çatarkən
İslam bayrağın dağlara taxsın.
Məzlumların ahı qoy alov çəkib
Zülmü rişədən yandırıb-yaxsın
Allah süfrəsi açıq olarmı
Bir iddə yesin, bir iddə baxsın?!
Seyyid Məhəmmədhüseyn Şəhriyar.


Ey «mən müsəlmanam» - deyən bacı və qardaşlar! Gəlin bizlər «Allah ipindən yapışın, parçalanmayın» ayəsinə əməl edib öz dinimizdə möhkəmlənib birləşək və peyğəmbərimizin və᾿də verdiyi həqiqi rəhbərimizin yolunu gözləyək, onun zühuru üçün dua edək və zühurun gecikməsinə səbəb olan günah əməlləri tərk edək!


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:10
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Jasmin45

  • 17 avqust 2011 14:48
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Ey «mən müsəlmanam» - deyən bacı və qardaşlar! Gəlin bizlər «Allah ipindən yapışın, parçalanmayın» ayəsinə əməl edib öz dinimizdə möhkəmlənib birləşək və peyğəmbərimizin və᾿də verdiyi həqiqi rəhbərimizin yolunu gözləyək, onun zühuru üçün dua edək və zühurun gecikməsinə səbəb olan günah əməlləri tərk edək!

ALLAH razı olsun,yazan əllər dərd görməsin...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Narka E-ZaDe

  • 17 avqust 2011 12:14
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
sagol baciw ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 17 avqust 2011 09:52
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Görəsən bundan da böyük dərd olarmı ki, müsəlmanlar Allahı, peyğəmbəri, onun gətirdiyi Qur᾿anı, Qur᾿anın şərhçisi olan imamları və onların böyük xilaskarı olan həzrət Məhdi Sahibbəzamanı unudub qəflət yuxusunda xəyali bir ömür sürsünlər?!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 17 avqust 2011 09:03
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Ellerine sagliq maraqlidi
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

BELLA_SWAN

  • 17 avqust 2011 08:07
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
VAMPİRE GİRL

Doutzen Kroes

  • 17 avqust 2011 00:18
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Dəyərli yazıya görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

HaYaliM

  • 16 avqust 2011 23:29
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 16 avqust 2011 23:20
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

___ADIU___

  • 16 avqust 2011 22:35
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
uyy xebere gore twk baciw

R.M_FaNaTka

  • 16 avqust 2011 22:27
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}