Serialların psixologiyamıza təsiri

 
Serialların psixologiyamıza təsiri

Türk televiziyalarında hər mövsüm 200-dən çox film nəşrə əlavə olunur.
Son dövrdə seriallar bu qədərmi maraqlı hala gəldi? İnsanlar seriallardan necə təsirlənirlər? Ruh sağlamlığımız pozulurmu?


Dr. Cem Keçə
CİSED Ümumi Başçısı qeyd etdi:


Televiziya bir əyləncə və məlumatlandırma vasitəsidir. Televiziyanın əsas missiyası xoş vaxt keçirtmək, bir az da olsa gündəlik həyatın çətinliklərindən adamı uzaqlaşdırmaq və dünyada olan bitən xəbərlər mövzusunda məlumat verməkdir. Qədimdən bəri türk xalqı olaraq film izləməyi sevirik. Keçmişdə Dallas var idi, bütün Türkiyə nəfəsimizi tutub Dallas'ı seyr edirdik. Bir dövr Braziliya serialları moddaydı, qonşu bir yerə yığışıb serialın baş qəhrəmanı kasıb qız Marianın zəngin oğlan Fernando ilə olan eşqi izlənirdi, yeri gəldiyində Maria ilə birlikdə gözyaşı tökülər və serial üzərinə şərhlər edilərdi. Bu həm bir vaxt keçirmə, həm də bəlkə də bir rahatlama, bəlkə də gündəlik həyatın stresindən uzaqlaşma yoluydu.

Filmlər cəmiyyətin güzgüsüdür

Televiziya sayı artdıqca film sayı da artdı və serialların tərkibi də dəyişdi. İndiki vaxtda çox sayda serial var və seriallardakı ortaq mövzular əsasən eşq, qadağan eşq, qarşılıqsız eşq, eşq üçbucağı, şiddət, xəyanət, cinayət, davamlı bədbəxtlik, narahatlıq, göz yaşıdır. Müsbət və ümid verici bir mövzuya rast gəlmək həqiqətən çox çətindir. Bu vəziyyət halıyla bu serialları izləyənlərin psixologiyasına da mənfi təsir edir. Filmlər əslində həyatın güzgüsüdür, cəmiyyətdə var olanı əks etdirir. Təbii bir tərəfdən də bir xəyal dünyası yaradılır, seriallarda heç bir şey qeyri-mümkün deyil və insanların həmişə sahib olmaq istədikləri həyatları onlara göstərilə bilər. İnsan serialdakı bir xarakterə özünü yaxın hiss edə bilər, onun saç stilini ya da geyim tərzini bəyənə bilər, o serialı izləyərkən özünü fərqli bir dünyada hiss edə bilər. Əhəmiyyətli olan xəyalla həqiqəti qarışdırmamaqdır. Bir baxımdan baxıldığında adamı gündəlik həyatın stresindən uzaqlaşdırıb gözəl sahillərin, zənginliyin, lüks avtomobillərin, eşqlərin olduğu bir dünyaya aparması müsbətdirsə, bir tərəfdən baxanda da adam real həyatda bunlara sahib ola bilməmənin kədəri ilə özünü pis hiss edə bilər və böhran yaşaya bilər. Xüsusilə yeniyetmələr və gənclər bu vəziyyətdən təsirlənirlər.

Son dövrün ən məşhur serialları Aşk-ı Memnu, Yaprak Dökümü, Kurtlar Vadisi, Ezel, vs. də eşq, xəyanət, ailə içi qarşıdurmalar, şiddət, intiqam və cinayətlər geniş yer alıb . Bu seriallarda az qala dinc və xoşbəxt keçirilən heç bir an yoxdur, ya da hər xoşbəxt andan sonra mütləq pis bir xəbər alınır. Film xarakterləri xoşbəxt olduqlarına belə sevinə bilmirlər. Gözyaşı, acı, kədər daha çox maraq çəkir. Xəyanət çox normal bir hərəkətmiş kimi qarşılanır. Evlilik anlayışı artıq fərqli qəbul edilməyə başlandı.

Ssenari hazırlanarkən mütəxəssis dəstəyi alınmalıdır

Hər insan bir vəziyyətdən eyni şəkildə təsirlənməz. Bir adam üçün müsbət olan digər adam üçün mənfi məna daşıya bilər. Seriallar % 100 xalqın ruh sağlığını pozar deyə bilmərik, ancaq insanların təsir altında qalması və mənfi hərəkətlərdə olmaları mümkündür. Bu seriallar hazırlanarkən ola biləcək təsirləri yaxşı bir şəkildə təhlil edilməli və mütləq sosial psixologiya sahəsində məlumatlı mütəxəssislərin dəstəyi alınmalıdır.
Bəs sizin necə? Seriallar psixologiyanıza təsir edirmi?


Geri dön

KRiPToS

  • 19 avqust 2011 17:39
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
Seriallari deyemmerem amma Kurtlar Vadisi Pusu mene cox tesir eleyir(yaxsi menada...)

--------------------

R.M_FaNaTka

  • 16 avqust 2011 20:22
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Bəs sizin necə? Seriallar psixologiyanıza təsir edirmi?
Serialları xoşlamıram və baxmıram.AMMA mence tesiri var
wink

--------------------

BELLA_SWAN

  • 16 avqust 2011 20:18
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
təşəkkur......

--------------------
VAMPİRE GİRL

velehat

  • 16 avqust 2011 19:28
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrr

KaRola_16

  • 16 avqust 2011 18:31
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
Bəs sizin necə? Seriallar psixologiyanıza təsir edirmi? MEN SERIALLARA COX BAXMIRAM 1 2 DENE VAR BAXDIGIM SERIAL... PSIXOLOGOYAMA HEC BIR TESIRI YOXDUR...

--------------------

Ay Üzlü

  • 16 avqust 2011 17:38
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
mene tesir etmir bezmiremde hele sebirsizlikle yenilerin gozleyirem

MiLeyla

  • 16 avqust 2011 17:37
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
mence her bir kesin sevdiyi seriallarda neyse baw verende hemin an insana tesir edir,ama bu insanin pisixasinda daimi qalacagi demek deyil.xarakteri zeif insanlar tez tesirlene bilerler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Narka E-ZaDe

  • 16 avqust 2011 17:23
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Bəs sizin necə? Seriallar psixologiyanıza təsir edirmi?
mene cox da tesir etmir....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

aga482

  • 16 avqust 2011 16:59
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
men hele dusunmurem goresen kimese tesir eleyiiiiiiiiiiiir ama eziyyte gore tesekkur

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Sirli Melek

  • 16 avqust 2011 15:39
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
1-2 seriala herden baxiram))) hevselem catmir. PSIXAKAYA TESIR EDIR ELBETTEKI )

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

urek_yarasi

  • 16 avqust 2011 15:20
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
seriallar menim psixologiyama tesir etmir cunku men seriallar nifret edirem love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

MuslimGirl

  • 16 avqust 2011 15:20
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bəs sizin necə? Seriallar psixologiyanıza təsir edirmi?
Serialları xoşlamıram və baxmıram. Hər dəfə də qeyd edirəm ki, seriallar qoca insanlar üçündür ki, darıxmasınlar. Amma indi hamı seriala baxır. Bu da müəyyən qədər cəmiyyətə təsir edir. Təşəkkürlər

hazal kaya

  • 16 avqust 2011 15:16
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 31
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 19
Cəmi: 474
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}