Dəyərli sözlər

 
Dəyərli sözlər

1. Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. ( L. A. Seneka )

2. Qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir. ( Yuqoslav atalar sözü )

3.Hər istək qarşısında insan özünə sual etməlidir :
bu istək əldə edilərsə nə olar, əldə edilməzsə nə olar? ( Epikür )

4. Nadanın şüarı: bilmirəm, bilmədiyimi bilmirəm və bilmədiyimi bilmək də istəmirəm. ( R. Beyker )

5. ölüm bir şey deyil, əslində, məğlub və şərəfsiz yaşamaq hər gün ölməkdir. ( N. Bonapart )

Dəyərli sözlər

6. Şəhadət barmağınla birini ittiham etdiyin zaman qalan üç barmağının sənə tərəf yönəldiyini unutma.
( Hind atalar sözü )

7. Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. ( Konfutsi )

8. Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər. ( Afrika atalar sözü )

9. Dənizi təriflə, amma sahildə qal. ( C. Florio )

10. Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma. ( F. Nitsşe )

Dəyərli sözlər

11. Ədəbin nə olduğunu bilmək istəyənlər bilsinlər ki, ədəb hər bir ədəbsizin ədəbsizliyinə səbr edib dözməkdir.
( C. Rumi )

12. Dənizə min çay axar, o yenə sakit durar,
Arxa bir sel gələndə çalxanıb ləngər vurar. ( N. Gəncəvi )

13. Böyük uğur sahibləri kiçik işləri dəqiqliklə yerinə yetirməkdə səbr edən insanlardır. ( İ. K. F. Şiller )

14. Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər. ( Ü. Hacıbəyov )

15. Hər kəs ağlar, amma analar başqa cür ağlar. ( Fars atalar sözü )

Dəyərli sözlər

16. Əldəki pul hürriyyətin alətidir.
Ancaq arxasınca qaçılan pul tam əksinə - köləlik alətidir. ( J. J. Russo )

17. Vərdişlər əvvəlcə hörümçək toru kimi olurlar, sonra isə qalın iplərə dönürlər. ( İspan atalar sözü )

18. Qara əlləri ağ əlcəklə gizlədirlər. ( İspan atalar sözü )

19. İkiüzlülük rəzalətin ləyaqətə ödədiyi vergidir. ( F. Laroşfuko )

20. Sizə edilən ən kiçik yardımı qətiyyən unutmayın.
Lakin etdiyiniz ən kiçik yardımı isə heç vaxt xatırlamayın. ( Xilon )


Geri dön

_RONALDO_

  • 3 aprel 2011 13:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
super sozler idi.

--------------------

Ulya

  • 14 sentyabr 2010 10:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super sozler idi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}