Musiqi kliplərindəki 15 şablon görüntü!

 
Musiqi kliplərindəki 15 şablon görüntü!


1. Tərli bədənlər

Seksual sayılan şablon bir görüntü var: bədəndən damla-damla tər axır, həm də yavaş tempdə. Bu, həm yerli, həm də xarici kliplərin məşhur səhnəsidir. Gah kişi və qadın rəqqaslar tərləyir, gah da müğənninin özü,. Ümumiyyətlə, ən çox yayılanı isə “islanmış rəqqas qız”dır.

2. Əlbəyaxa olmaq

Çox vaxt ayrılıq mahnılarına çəkilən kliplərdə görürük bu səhnəni. Lap İzzət Bağırov, Faiq Ağayevin kliplərindəki kimi. Əl-qolla başlayan davada oğlan qızı itələyir, ya da üzünə şillə vurur, qız yerə yıxılır, üzünü tutur, saçı üzünə dağılır… mahnı bitəndə qız əlində köhnə bir çemodanla qapıda görünür və nəhayət, çıxanda ağır, qəddar və sərt bir baxışdan sonra qapını çırpıb gedir…

3. Bahalı maşın

Beyonce-dən tutmuş Aygün Kazımovaya qədər hər kəs bunu edir. Bahalı maşının qarşısında mahnı oxumaq, maşının kapotuna uzanmaq, ya da bahalı maşını sürərkən kənardan çəkiliş, saçlarının küləkdə oynaması…

4. Dənizi sevmək

Bakının dənizkənarı şəhər olması, yəqin ki, ən çox müğənni və rejissorların işinə yarayıb. Əksər müğənnilərimizin ən birinci, yəni azbüdcəli klipləri məhz dəniz kənarında çəkilir.
Kliplərdə: dəniz suyunun ayaqlara dəyməsi, qayalıqda oturub düşünmə, xüsusən ayrılıq və alınmayan sevgi mahnılarında müğənninin dənizin fonunda görüntülənməsi, müğənninin kədərli-kədəli başını yelləməsi, qumun üzərində adının yazılması, daha sonra dəniz suyunun klipin sonunda onu yuyub aparması…
İndi, sizcə, dənizdən kim daha çox faydalanır?

5. Meşədə gizlənqaç

Bu şablon “biz çox xoşbəxtik, qayğısızıq” anlamına gəlir. Sevgi-məhəbbət mahnılarında hadisələr gənclərin meşəyə getməsi, orada gizlənqaç oynaması, otun üzərində uzanması şəlalənin altında baxışmağı, yarım saat çəkən gülüşmələr – bizim kliplərimizə hind filmlərinin təsiridir, yəqin.

6. Sevgilinin köynəyi

Köynək məsələsi iki cür təqdim oluna bilər: birincisi, ayrılıq – sevgilinin köynəyinin boynunu iyləmək, onu xatırlamaq, ağlamaq; ikinci, sevgi – sevgilinin köynəyini əynə geyərək gəzmək. Bu səhnə sevgiliyə yemək yedizdirməklə bitir.

7. İri yataq

Xarici kliplərin əksəriyyətində iri yataq var. Yataqda da bir qadın soxulcan kimi o tərəf-bu tərəfə qıvrılır. Çəkilişlər yuxarıdan aparılır ki, müğənni daha arıq və incə görünsün.
Yataq örtüyünün dartılması, alt paltarının görünməsi… 10 klipdən altısında ancaq bu görüntülər var.

8. Mahnı və bədən dili!

Hər bir kəlməni bədən dili ilə, yəni əllə, qolla, gözlə nəyisə anlatmağa çalışmaq əsas şərtdir. Məsələn, ürək, qəlb, könül sözləri varsa, əl ilə ürəyə vurmaq, işarə vermək, “qayıt, sevgilim” deyəndə, əlini uzadıb, barmaqlarınla qayıtmağı vurğulamaq çox tanış səhnələrdir.

9. Makiyaj pozmaq

Klipdə qadının məhv olmasını, əzab çəkməsini göstərmək üçün mütləq güzgü qarşısına keçib əlinin arxası ilə dodağındakı qırmızı boyasını silməlidir. Hələ ucuz göz qələmlərinin gözə hələ yaş gəlməmiş axması çox təsiredici şablondur.

10. Üzbəüz oturub oxumaq

Sevgilisi ilə oturduğu yerdə müğənni başlayır mahnı oxumağa. Oğlan da bütün klip boyu susur. Qadın müğənni də danlayıcı baxışlarla mahnıya inadla davam edir.

11. Maşın yuyan qızlar

Həyatınızda maşın yuyan neçə qadın görmüsünüz? Heç görməmisiz, hə?
Həyatda qarşılığı olmasa da, kişi fantaziyasında həmişəyaşardır bu görüntü. Xüsusən xarici klip və filmlərdəki bu səhnədə bu belədir: uzun ayaqlar, bolluca köpük, yarıçılpaq qızlar...

12. Vannaya girməyin!

Qadın müğənni gəlib köpüklü vannaya girər, kədərli-kədərli mahnısını ifa edər.
Bezmədiniz bu səhnələrdən?
Klipi çəkincə vannadakı su da soyuyur, sonra da xəstələnib deyirlər: “Özümüzü sənətə qurban verdik”.

13. Musiqi kəsən dialoqlar!

Xüsusən bir vaxtlar rejissor Ülviyyə Könülün “uzunmetrajlı” kliplərində tez-tez rast gəlinirdi: “Mən xaricə getməliyəm”; “Bu sənin qərarındır”; ““Hə” desən, hər şey sənin olacaq”... Sizcə, bu sözlər klipi bəzəyir, yoxsa əksinə?

14. Yağış

Bizin kliplərdə həmişə yağış yağır. Yəqin ki, bu da hind filmlərinin təsiridir. Sevgililər ayrılanda mütləq yağış yağır, sən əgər atılmısansa, yağış yağır, ayağın burxulub yıxılmısansa, yağış yağır... Bu qədər yağış Bakıya nə vaxt yağır, anlamaq olmur...

15. VİP həyat

Rep ulduzlarının kliplərində həyatları tam lüks olaraq göstərilir. İri maşınlar, bir-birindən gözəl qızlar, qızıl dişlər, yaxta, bahalı xəz, brilyant hip-hopsayağı boyunbağılar ən çox P.Daddy, Lil` Wayne, T.I kimi ulduzların kliplərində olur.


Geri dön

R.M_FaNaTka

  • 17 avqust 2011 20:22
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
xebere gore tesekkurler

--------------------

Мой Мир

  • 17 avqust 2011 15:24
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
hmm maraqlidi

--------------------
∞♥

KaRola_16

  • 17 avqust 2011 15:20
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKKURLER...

--------------------

Narka E-ZaDe

  • 17 avqust 2011 15:08
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
14. Yağış

Bizin kliplərdə həmişə yağış yağır. Yəqin ki, bu da hind filmlərinin təsiridir. Sevgililər ayrılanda mütləq yağış yağır, sən əgər atılmısansa, yağış yağır, ayağın burxulub yıxılmısansa, yağış yağır... Bu qədər yağış Bakıya nə vaxt yağır, anlamaq olmur...
dogrudanda gulmelidir... wink

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Bu Menem

  • 17 avqust 2011 14:52
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws maraqlidi winked

Ay Üzlü

  • 17 avqust 2011 14:36
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

ZEHRA

  • 17 avqust 2011 14:34
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurler

MiLeyla

  • 17 avqust 2011 13:48
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
tam raziyam,cox guluncdu lol

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

HaYaliM

  • 17 avqust 2011 13:12
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
5. Meşədə gizlənqaç

Bu şablon “biz çox xoşbəxtik, qayğısızıq” anlamına gəlir. Sevgi-məhəbbət mahnılarında hadisələr gənclərin meşəyə getməsi, orada gizlənqaç oynaması, otun üzərində uzanması şəlalənin altında baxışmağı, yarım saat çəkən gülüşmələr – bizim kliplərimizə hind filmlərinin təsiridir, yəqin.


en menasiz kadr wink

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Deniz

  • 17 avqust 2011 13:12
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Ayyyyy cox guldum sag olun. Klassik klipler!!!

★Azerbaijan girl★

  • 17 avqust 2011 13:01
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanksssssssss interestingggg

Sirli Melek

  • 17 avqust 2011 12:58
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}


Bizin kliplərdə həmişə yağış yağır. Yəqin ki, bu da hind filmlərinin təsiridir. Sevgililər ayrılanda mütləq yağış yağır, sən əgər atılmısansa, yağış yağır, ayağın burxulub yıxılmısansa, yağış yağır... Bu qədər yağış Bakıya nə vaxt yağır, anlamaq olmur...
wink

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

jalicka

  • 17 avqust 2011 12:57
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
maraqli xeberdir cox saq ol

Mr.Perfect

  • 17 avqust 2011 12:53
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
Hamisi duzdu


5. Meşədə gizlənqaç lol

--------------------

ulka17

  • 17 avqust 2011 12:51
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
COOOOXXXX MARAQLIDIRRRR

İri yataq

Xarici kliplərin əksəriyyətində iri yataq var. Yataqda da bir qadın soxulcan kimi o tərəf-bu tərəfə qıvrılır. Çəkilişlər yuxarıdan aparılır ki, müğənni daha arıq və incə görünsün.
Yataq örtüyünün dartılması, alt paltarının görünməsi… 10 klipdən altısında ancaq bu görüntülər var.
HEE LAP COOOOXXX MARAQLIDIYEEE BU. wink
EMEYE GOREE TESEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}