Günahın Siyasi Amilləri

 
Günahın Siyasi Amilləri

Günahın yayılmasına, artmasına imkan yaradan amillərdən biri də siyasi amillərdir. Bu amillərin çox hissəsi siyasi xadimlərin və dövlət işçilərinin adı ilə bağlıdır.
Dediklərimizi təsdiq etmək üçün «Bəqərə» surəsinin 205 və 206–cı ayələrini nümunə gətirək.

واِذا تَوَلّى سَعى فِي الاْرْضِ لِيُفْسِدَ فِيها وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللهُ لا يُحِبُّ الْفَسادَ
وَاِذا قِيلَ لَهُ اتَّقِ اللهَ اَخَذَتْهُ الْعِزَةُ بِالاِْثْمِ فَحَسْبُهُ جَهَنَّمَ وَلَبِئْسَ الْمِهادُ

«(Münafiqlərin bir əlaməti də budur ki,) Hakim və rəis olanda yer üzündə fitnə-fəsad, qarışıqlıq salarlar, əkin-biçini məhv edərlər. Allah fəsadı sevməz. Ona Allahdan qorx» deyilsə, qürurlanar, günaha batar. Belə şəxsə cəhənnəm bəs eləyər, necə də pis yerdir ora!».
Bu ayədən belə mə’lum olur ki, mö’min olmayan və öz nəfsinin istəklərinə əsir olan şəxs rəhbər olan zaman cəmiyyəti pozğunluğa və qarışıqlığa çəkər.

2. «Nəml» surəsinin 34-cü ayəsində oxuyuruq:
اِنَّ الْمُلُوكَ اِذا دَخَلُوا قَرْيَةً اَفْسَدُوها وَجَعَلُوا اَعِزَّةَ اَهْلِها اَذِلَّةً وَكَذلِكَ يَفْعَلُونَ
َ«Hökmdarlar girdikləri şəhəri xaraba qoyar, camaatın ən nüfuzlu şəxslərini alçaldarlar. Beləcə davranarlar onlar».
Təcrübədə təsdiq olunmuşdur ki, quldur və zalım padşahların hökuməti ölkədə viranəliklərə səbəb olur.

3. Həzrəti Yusif böyük ilahi peyğəmbərlərdəndir. O, həyatda müxtəlif hadisələrlə üzləşdi; O cümlədən qardaşlarının ona zülm etməsi, onu quyuya atmaları, onun Misir padşahının sarayına yol tapması, sonra zindana düşməsi və Misir padşahlığında vəzir olması. Yusif peyğəmbər ömrünün axırlarında Misrin padşahı oldu. O Həzrət üzləşdiyi hər bir hadisədə bir cür dua edirdi. Lakin rəyasət məqamına çatdıqda, özünü rəyasətə əsir etmədi. O, həmişə dünyanın fani olmasını və hamının əbədi padşaha (Allaha) qovuşacağını xatırlayırdı. Onun padşah olandan sonra duası bu idi:
... تَوَفِّني مُسْلِماً
«(İlahi:) Məni dünyadan müsəlman halında apar». («Yusif» surəsi, ayə-101)
Deməli, Yusif bu duanı yalnız padşah olandan sonra edirdi. Bu o deməkdir ki, rəyasət xətərli bir işdir. Hətta bu işdə Yusif peyğəmbər kimi şəxsiyyətin də ayağı büdrəyə bilər. Buna görə o Həzrət özünün Allah yolunda sadiq qalmasından ötrü dua edirdi. Yusif peyğəmbər özünün axıra kimi Allah yolunda olacağına şübhə etmirdi. Lakin bununla belə o rəyasət və padşahlığın xətərli və aldadıcı bir iş olduğuna görə həmişə Allahdan kömək diləyirdi.

4. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:
تِلْكَ الدّارُ الاْخِرَةُ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُون عُلُواً فِي الاَْرْضِ وَلا فَساداً وَالْعاقِبَةَ لِلْمُتَّقِينَ
«Bu axirət evini o kəslərə veririk ki, yer üzündə lovğalığı, qarışıqlıq salmağı sevməzlər. Axirət evində müttəqilərə (təqvalı insanlara) uğurlu tale qismət olar».
Rəyasətə can atmaq lovğalığın bir növüdür. Deməli, bu ayədən mə’lum olur ki, rəyasətə can atan şəxslərə axirət həyatından bir bəhrə yoxdur. Bu ayənin təfsiri o qədər genişdir ki, İmam Əli (ə) buyurur:
اِنَّ الرَّجُلَ لَيُعْجِبُهُ اَنْ يَكُونَ شِراكُ نَعْلِهِ اَجْوَدَ مِنْ شِراكِ نَعْلِ صاحِبِهِ فَيَدْخُلُ تَحْتَها
«Bə’zi vaxtlar bir şəxs hətta ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasına görə lovğalanır. Bu ayə onlara (lovğalara) şamil olur.»


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Delya_91

  • 17 avqust 2011 22:57
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox sagolun maraqli xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

R.M_FaNaTka

  • 17 avqust 2011 20:16
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Doutzen Kroes

  • 17 avqust 2011 16:04
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Axıra qədər oxudum çox gözəl yazıdı təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Ay Üzlü

  • 17 avqust 2011 15:55
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
TEWEKKURLER

HaYaliM

  • 17 avqust 2011 15:42
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
maraqla oxudum axira kimi.bele deyerli yazi ucun tesekkurler muellife.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 17 avqust 2011 15:35
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssss

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}