Eşq yorğunu

 
Eşq yorğunu

Bir yol düşünün.Hansı ki gedişi var lakin dönüşü yoxdu.Bu yolda yalnız irəliləməlisən heç nəyə heç kəsə fikir vermədən, heç nəyi düşünmədən. Çox əngəllər var bu yolda , çox döngələr , çox çuxurlar var. Düşüncələrim təhrik etdi məni , dedi getmə , qafil yaxalanarsan mənzil başına çata bilməzsən amma bu ürək ki var o dedi qorxma, get. Ağlımı , düşüncələrimi yox , yenə də bu lənət olası ürəyimi dinlədim. Əvvəl çəkindim sonra , yox , mən irəliləməliyəm dedim. Bilirsiniz ən çətini və ən asanı nə idi? Bu start xətti idi.Hər başlanğıc asan olur hətta qələbəni düşünəndə dahada şirnikləşirsən və sanki təhrik edirsən özünü ki bu amansız yola baş qoyasan.Məndə belə etdim.Özümü toparladım və start xəttinə yaxınlaşdım. Mən bu yolda tək olmayacaqdım əlbəttə. Çünki, bu ağır yolda bir tərəf müqabilim də mənimlə bir qət etməliydi bu yolu. İlk əvvəllər çox inamlı idik.İkimizdə əl-ələ verib bütün əngəlləri dayanmadan, usanmadan ardıcıl şəkildə arxada qoyurduq.İkimizin də keçmişlə haqq-hesabımız vardı özümüzə görə.

Eşq yorğunu

Sanki finiş xətti bizim gələcəyə gedən yolumuzun açarı idi.Hansı ki biz onu əldə etmək üçün bu çətin sınağa girmişdik. Bu qaçış bir növ keçmişdən qaçış idi gələcəyə doğru. Ətrafdan səslər gəlirdi. Bəzisi deyirdi siz bacaracaqsınız , bəziləri isə səssiz şəkildə üzümüzə baxırdılar.Məni ən çox bu “səssiz” dayananlar düşündürürdü. Belə bir deyim var axı , “hər səssizliyin sonu mütləq bir fırtınadır”. Mən də məhz elə düşünürdüm. Xeyli yolu artıq qət etmişdik dediyim anda dizlərimə sanki qəfil bir ağrı gəldi. Sanki ayaqlarım dizlərimdən sındı. Ayaq üstə durmaq istədim , davam etmək istədim amma alınmadı.Bu “səssizlər” mənim dizimdən sındırdılar ayaqlarımı , əngəl qoydular yoluma...
Dedim:
- Bacarmıram artıq! Sən davam et mənsiz öz yoluna. İnşallah çatarsan mənzil başına...


Eşq yorğunu

Dediyim kimi də etdi. Davam etdi öz yoluna dayanmadan. O irəlilədikcə yeni tərəf müqabilləri yarandı həmin o “səssizlik”lərdən. Qalmışdım o yolda tənha tək başıma lakin mənlə yola bir çıxan insanın da artıq tərəf müqabili var idi bu yolda. Ardan vaxt keçdi və keçən hər an mənə səbr verdi, güc verdim, dayandım iki ayağımın üstündə nəhayət...
Davam etdim yoluma. Qəribəsi bilirsiniz nədi? Bəlkə də qəribə belə deyil. Mən bu yolu yalnız başıma addımladım gecə-gündüz. Hər gün bir az daha çox əzmlə irəliləyirdim bu yolda. Artıq xeyli müddət keçmişdi.

Eşq yorğunu

Mən irəlilədikcə mənimlə bir yerdə ümidlərim, arzularım da irəliləyirdi. Az qalmışdı, lap az qalmışdı hədəfə çatmağıma. Qarşıda final xətti son dayanacağım görünürdü.Yolun qırağında həmin insanı gördüm, hansı ki bir vaxtlar start xəttində mənimlə bu yola ilk addımlarını atan insan.Gücsüz idi , taqətsiz idi və nəhayət tək idi. Yox idi həmin o tərəf müqabili. Qoymuşdu onu bu yolda , getmişdi öz uydurma fikirlərində yaratdığı absurd dünyasına hansı ki orada hər şey özü kimi absurd idi hətta aldığı nəfəsi belə!

Eşq yorğunu

Dayanmadım, unutdum keçmişi uzatdım əlimi bir kərə daha ona. Dedim ver əlini gedək bir yerdə, ilkimiz bir oldu sonumuz da bir olsun. Amma keçmiş, qoymadı tutum əlini. Xatırlatdı mənə, dedi hesab versin sənə. Soruşmaq istədim mənsiz nə etdiyini, necə etdiyini. O an çəkildi arxaya. Çəkdi əlini, günahkar bildi məni öz etdiklərini heçə sayıb. Susdu...
Artıq bir addımlığındaydıq sonun, final xəttinin. İkimizdə yorulmuşduq amma mən lap çox yorulmuşdum , lap taqətdən düşmüşdüm. Heç bir şey sorğulamadım , sədəcə həmişəki kimi gülümsədim. Onsuz da artıq yalan olub gedirdim saniyələr keçdikcə. Hər şey nağıl kimi gəlirdi mənə , bu yolun başlanğıcı da , bu yolun sonu da. Bəzən düşünürdüm gərək ürəyimə deyil , ağlıma qulaq asardım. Paramparça oldu qəlbim amma ona yazığım gəlmədi. Çünki bunu özü istədi qəlbimin. Bircə addım qalmışdı və mən dayandım , keçmədim o son xətti. Dedim , gəl sən keç.Onsuz da mən uduzdum , təbrik edirəm , sən qalibsən. Üzümə baxdı , susdu...

Eşq yorğunu

Keçmədik bu xətti heç birimiz. Bilirsiniz niyə? Çünki hər ikimiz çox yorulmuşduq , taqətsizdik , eşq yorğunu idik. Səssizlik qalib gəldi yenə. Çünki hər ikimiz səssiz şəkildə oturmuşduq bir kənarda. Hər ikimiz silməyə çalışırdıq o izləri həyatımızdan , hansı ki onlar silinməz bir ömür boyu. Hər ikimiz yandıq , yaxıldıq keçə bilmədik əl-ələ o son finiş xəttini. Nə də olsa eşq yorğunu idi artıq adımız...


Geri dön

sevgi yalandir

  • 19 sentyabr 2011 20:44
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

BELLA_SWAN

  • 18 avqust 2011 11:48
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
tşk.......

--------------------
VAMPİRE GİRL

Sirli Melek

  • 18 avqust 2011 10:25
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Hər ikimiz yandıq , yaxıldıq keçə bilmədik əl-ələ o son finiş xəttini. Nə də olsa eşq yorğunu idi artıq adımız.. recourse

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaMuSHaN

  • 18 avqust 2011 03:33
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

Delya_91

  • 17 avqust 2011 22:21
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox gozel,tesirlendim oxuyanda,hemde cox

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

R.M_FaNaTka

  • 17 avqust 2011 20:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Narka E-ZaDe

  • 17 avqust 2011 20:03
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
cox gewengdi supper..... love

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

KaRola_16

  • 17 avqust 2011 18:59
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKKURLER...

--------------------

★Azerbaijan girl★

  • 17 avqust 2011 18:51
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssssssss

seninle_men

  • 17 avqust 2011 18:43
  • Məqalə: 53
  • Şərh: 1848
  • Bal:
{awards}
Bacarmıram artıq! Sən davam et mənsiz öz yoluna. İnşallah çatarsan mənzil başına... ela idi twk.ler

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

HaYaliM

  • 17 avqust 2011 18:38
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Hər ikimiz yandıq , yaxıldıq keçə bilmədik əl-ələ o son finiş xəttini. Nə də olsa eşq yorğunu idi artıq adımız...

bir kelime ile mohtesem bir yazi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Aleyra

  • 17 avqust 2011 18:38
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
twkler amma coxxxxxxxxxxxx uzun idi yariya qeder oxuya bilmedim

Ay Üzlü

  • 17 avqust 2011 18:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}