Onlar əgər biz qulaq asıb ağlımızı işə salsaydıq

 
Onlar əgər biz qulaq asıb ağlımızı işə salsaydıq

«Onlar əgər biz qulaq asıb ağlımızı işə salsaydıq, cəhənnəm əhli içində olmazdıq, deyəcəklər.» 1.

P_S. Ağıl insanlığın özəyidir, ağılsız insan təsəvvür etmək mümkün deyildir. İnsanları biri birindən fərqləndirən də məhz ağıllarıdır. Ulu Rəbbimiz də dini ağıla nazil etmişdir və məhz buna görədir ki, ağılı olmayana – dəliyə haqq–hesab yoxdur.

___Ağıl eyni zamanda Allahın insana bəxş etdiyi ən böyük və misilsiz nemətdir. Bir hədisdə İmam Sadiq (ə) bu haqda belə deyir:

«Heç bir sərvət ağıllı olmaq qədər bərəkətli deyil və heç bir yoxsulluq ağılsızlıq qədər alçaq deyil.» 2.

___Ağıl haqda Dinimizdə bir çox məsələlərə rast gəlmək olar. Ağılın mənası, ağılın əhəmiyyəti, Ağılı artıran və azaldan şeylər və s. bu kimi məsələlər hədislərdə kifayət qədər açıqlanmışdır.

Onlar əgər biz qulaq asıb ağlımızı işə salsaydıq

___O cümlədən müqəddəs dinimizdə ağıllı insanların əlamətləri haqda da hədislərə rast gəlmək olar. Misal üçün bir hədisdə İmam Kazim (ə) buyurur:

«Ağıllı insan onu təkzib edəcəyini ehtimal verdiyi insanla kəlmə kəsməz, əsirgəməyə qorxduğu kimsədən heç nə istəməz və öhdəsindən gələ bilməyəcəyi vədi verməz...!” 3.

___Və yaxud başqa bir hədisdə İmam Əli (ə) («Ağıllı insan kimdir?» sualına cavabında belə buyurur:

«Ağıllı insan odur ki, hər şeyi öz yerində işlətsin.» Ərz olunur: «Nadanı bizə təsvir edin!» Buyurur: «Artıq təsvir etdim.» 4.

___Bəli. Hədisdən də göründüyü kimi hər yerdə, yerli – yersiz hətta düz sözü və haqqı belə demək ağılsızlığın əlamətidir, ağıllı insan isə haqqı da məhz yerində deyən insandı.

“Bir gün İmam Sadiq (ə) Numan adlı tələbəsindən soruşur:

-Ağıl nədir?

Onlar əgər biz qulaq asıb ağlımızı işə salsaydıq

Numan cavabında belə deyir:

-Ağıl yaxşı ilə pisi bir-birindən ayırd edən şeydir.

İmam tələbəsinin cavabından razı qalmayıb, deyir:

-Bu cavaba əsasən at da ağıllıdır, çünki at da yanına yaxınlaşanın ona ot gətirdiyini, yoxsa şallaq vuracağını başa düşür.

Numan:

-O zaman ağlın nə olduğunu siz söyləyin?

Həzrət belə deyir:

-Ağıl iki yaxşı şeylə eyni anda qarşılaşdıqda onlardan hansının daha yaxşı olduğunu ayırd edə bilməkdir.”


___Sadəcə ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki, özünü ən ağıllı hesab etməyəsən!

Onlar əgər biz qulaq asıb ağlımızı işə salsaydıq

Soruşanda ağıllıyam deyirsən,

Hansı daşı daş üstünə qoymusan?

Haqqı tapdamısan ayaqlar altda,

nahaqqısa baş üstünə qoymusan.

Soruşanda ağıllıyam, deyirsən

Bu ağlınla söylə, nə yaratmısan?

Dünya həyatını bir kənara qoy,

Allahın qatında hara çatmısan?


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Sirli Melek

  • 18 avqust 2011 10:19
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
«Heç bir sərvət ağıllı olmaq qədər bərəkətli deyil və heç bir yoxsulluq ağılsızlıq qədər alçaq deyil.» belay

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaMuSHaN

  • 18 avqust 2011 03:31
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

Delya_91

  • 17 avqust 2011 22:18
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Cox maraqli xeber idi.Beyenilsin

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

urek_yarasi

  • 17 avqust 2011 20:06
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
Soruşanda ağıllıyam deyirsən,

Hansı daşı daş üstünə qoymusan?

Haqqı tapdamısan ayaqlar altda,

nahaqqısa baş üstünə qoymusan.

Soruşanda ağıllıyam, deyirsən

Bu ağlınla söylə, nə yaratmısan?

Dünya həyatını bir kənara qoy,

Allahın qatında hara çatmısan? love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Narka E-ZaDe

  • 17 avqust 2011 19:54
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
«Heç bir sərvət ağıllı olmaq qədər bərəkətli deyil və heç bir yoxsulluq ağılsızlıq qədər alçaq deyil.» 2.
deyerli xeberdi .... fellow

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Doutzen Kroes

  • 17 avqust 2011 19:19
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Oxudum belə gözəl və dəyərli yazıya görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

KaRola_16

  • 17 avqust 2011 19:00
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

Soruşanda ağıllıyam deyirsən,

Hansı daşı daş üstünə qoymusan?

Haqqı tapdamısan ayaqlar altda,

nahaqqısa baş üstünə qoymusan.

Soruşanda ağıllıyam, deyirsən

Bu ağlınla söylə, nə yaratmısan?

Dünya həyatını bir kənara qoy,

Allahın qatında hara çatmısan?

--------------------

★Azerbaijan girl★

  • 17 avqust 2011 18:49
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssss

NİKİ

  • 17 avqust 2011 18:37
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

HaYaliM

  • 17 avqust 2011 18:29
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
[
b]Soruşanda ağıllıyam deyirsən,

Hansı daşı daş üstünə qoymusan?

Haqqı tapdamısan ayaqlar altda,

nahaqqısa baş üstünə qoymusan.

Soruşanda ağıllıyam, deyirsən

Bu ağlınla söylə, nə yaratmısan?

Dünya həyatını bir kənara qoy,

Allahın qatında hara çatmısan?[/b]


Allah razi olsun.sonluq daha da xosuma geldi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 48

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}